Slide 2 Azrbaycan dilində "Bulud Texnologiyası"



Yüklə 21,75 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü21,75 Kb.
#39262
1   2   3   4   5
Slide mətn

Slide 5

IaaS (IaaS – Infrastructure as a service) İnfrastrukturun yaradılması prosesini həyata keçirir. IaaS səviyyəsi infrastrukturun (hesablama resursları və yaddaş sistemini) icarəyə götürməsi servisini həyata keçirməyə imkan verir. Bu resurslara zəmanətli hesablama və yaddaş resursları verən virtual serverlərdən başqa, verilənlərin yaddaş sisteminə yüksək sürətlə daxil olmaq imkanı yaradan əlaqə kanalları da daxildir. Qısaca desək, bu səviyyədə məsələlərin həlli üçün kompüter infrastrukturu yaradılır. Mövcud olan IaaS xidmətinə misal olaraq, Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer Cloud (EC2), IBM Blue Cloud və s. göstərmək olar. Bu servisdən istifadə etmək üçün uyğun Webbrauzeri istifadəçi öz kompüterinə yükləyir və məsələnin həlli üçün buludlara müraciət edir.

IaaS üç əsas komponentdən ibarətdir:

1. Texniki təminat (server, verilənləri saxlama sistemləri, müştəri sistemləri, şəbəkə avadanlıqları);

2. Əməliyyat sistemləri və sistem proqram təminatı (virtuallaşdırma və avtomatlaşdırma vasitələri, əsas resursların idarə edilməsi);

3. Əlaqələndirici proqram təminatı (məsələn, sistemin idarə edilməsi). IaaS virtuallaşdırma texnologiyasına əsaslanır və istifadəçinin tələblərinə müvafiq olaraq resursları hissələrə bölmək imkanı verir, bununla da mövcud hesablama imkanlarının istifadəsinin səmərəliliyini artırır. Bu halda istifadəçi disk həcmini və digər resursları ona işləmək üçün zəruri olan miqdarda sərf edir. Bundan başqa, IaaS istifadəçiyə bütün nəzarət funksiyalarını vahid bir platformada təqdim edir. İstifadəçinin işi strukturu idarə etmək deyil, əməliyyat sisteminə, yaradılmış proqrama nəzarət etməkdir.

PaaS (Platform as a service) istifadəçilər tərəfindən virtual serverlərdə (fiziki serverlərdən təşkil olunan) yerləşən əməliyyat sistemlərindən və xüsusi proqram əlavələrindən (Apache, My SQL və s.) istifadə edilməsinə imkan yaradan virtual platformadır. PaaS servisinə misal olaraq, IBM IT Factory, Google App Engine, Force.com xidmətlərini göstərə bilərik. Bu xidmət növündə istifadəçinin bulud infrastrukturu üzrə satın alınmış funksional proqramları yerləşdirmək hüququ vardır. Burada da istifadəçi şəbəkə, server kimi bulud strukturunu idarə etmir və yoxlamır. O sadəcə, burada quraşdırdığı funksional proqrama nəzarət edir. Veb-tətbiqlərin yaradılması, sınaqdan keçirilməsi, yerləşdirilməsi və dəstəklənməsi üçün vahid bir platforma kimi PaaS bütün əməliyyatları vahid inteqrasiya olunmuş mühitdə təmin edir, bununla da ayrı-ayrı mərhələlərdə müxtəlif mühitlərin dəstəklənməsinə sərf edilən xərcləri aradan qaldırır .

SaaS (Software as a service) istifadəçiləri proqram təminatı ilə təmin edir. Bu səviyyədə istifadə olunan proqramlara misal olaraq, Microsoft “Software Services” (e-mail, video konfrans), Google Apps, Google Docs və s. göstərmək olar. İstifadəçi ona lazım olan proqram əlavələrinin rezident hissəsini öz kompüterinə yükləmədən şəbəkə kanallarının köməyi ilə bulud texnologiyalarına müraciət edir. Proqram əlavələri SaaS xidməti verən təchizatçının serverində işləyir və istifadəçiyə hesablamaların nəticəsini göndərir. Beləliklə, istifadəçi proqram təminatını almır və lazım gələndə ondan məsələnin həllində istifadə edir və istifadəyə görə uyğun pul ödəyir. SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq onun üçün ödəniş etmir, onu kirayəyə götürür. Bundan başqa, o, məhz ona lazım olan funksiyalardan istifadə edir. Məsələn, bir proqram sizə ildə bir dəfə lazım olur. Bu proqramdan bundan çox istifadə etmək niyyətində deyilsiniz. Beləliklə, lazımsız proqramın sizin kompüterinizdə yer tutmasına ehtiyac qalmır. SaaS məntiqi WaaS (WaaS – iş yeri xidmət kimi) anlayışına əsaslanmışdır. Yəni, müştəri proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş yeri ilə təchiz olunur .



Slide 6

Bulud texnologiyasının üstünlükləri aşağıdakılardır:

► Bulud hesablama sistemləri API ilə sürətli istifadə rahatlığın təmin edir.

► Daha çox saxlama seçimləri, sürətli data ötürülməsi və maliyyət qənaəti kimi bir sıra imkanları təmin edir.

► Gündən-günə artan datanın arxivləşdirilməsi, avtorizasiya və istifadəçilərin monitorinqi kimi məsələlərin yaratdığı infrastruktur qarışıqlığı yox olur.

►Cloud texnologiyası proqramı, veb brauzerlər vasitəsilə işlədiyi üçün kompüter, planşet, ağıllı telefon və Smart TV istifadə edərək platforma asılılığından qoruyur.

► Buludlu proqram xidmətləri göstərən serverlər əsas kompüterdən daha təhlükəsizdir, çünki datanın saxlanıldığı serverlərdə 24/7 təhlükəsizlik tədbirləri görürlər.

Qısaca olaraq bulud hesablama çox ucuz bir şəkildə heç bir quraşdırılmaya ehtiyac olmadan hər yerdə işləməyi dəstəkləyən xidmətdir.



Slide 7

Bulud texnologiyasının çatışmazlıqları aşağıdakılardır:

► Bulud texnologiyası xidmətindən istifadə etməklə datanın saxlanması, istifadəçini riskə atmaq informasiya təhlükəsizliyi və istifadəçi məxfiliyini təmin edə bilməz. Zəifliklər olduqca yüksəkdir.

► Ölkələrin iqtisadi vəziyyətinə görə rəqəmsal bölünməni artıracaq bu da beynəlxalq siyasi və iqtisadi problemlər yaradacaq



► Ən vacib problem, saxlanılan dataya  daxil olmaq üçün bir internet bağlantısının tələb olunmasıdır. Başqa sözlə, internet olmadığı hallarda məlumatlarımıza daxil olmaq mümkün deyil.  İnternetdən asılı olaraq, aşağı sürətli internetiniz varsa, data mübadiləsi sürətiniz daha yavaş olacaq.

► Son çatışmazlıqlardan biri də xidmətlərin inkişafı ilə aparat və proqram təminatı və təmir xərcləri azalacaqdır. Nəticədə bu işi həyata keçirən İnformasiya Texnologiyaları (İT) mütəxəssislərinin iş sahələrinin daralmasına səbəb olacaqdır.
Yüklə 21,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin