Tərkibi:
Düyü – 500 qr.
Şüyüd – 2 dəstə
Toyuq – 500 qr.
Yağ – 100 qr.
Duz – 30 qr.
Hazırlanması:
Şüyüd yaxşıca təmizlənərək doğranılır; düyü təmizlənir, isladılır və yuyulduq-
dan sonra qaynadılmış suya salınır, süzülür. Süzülmüş düyüyə əvvəlcədən
hazırlanmış şüyüd əlavə edilir, altına toyuq və ya un və yumurtadan hazılanmış
qazmaq əlavə edilərək dəmə qoyulur.
Nəticə:
Qubadlı və Şuşada şüyüdlü plovun hazırlanma qaydası eynidir. Fərq
ondadır ki, Qubadlıda bu plova soğan əlavə olunur və yuxa çörəklə verilir.
Xocavənddə isə toyuq əlavə olunur.
2.2 Plovlar
● 93
Şuşa
Turşu qovurma plov:
Tərkibi:
Düyü – 2 kq.
Ət – 1 kq.
Yağ – 1 kq.
Ərik – 20 qr.
Kişmiş – 20 qr.
Gavalı – 20 qr.
Şabalıd – 20 qr.
Baş soğan – 500 qr.
Hazırlanması:
Qoyun əti doğranılır, qaynadılıb süzülür, sonra yağda qovrulur. Soğan ayrıca
qovrularaq ətə qarışdırılır. Gavalı, qaysı əvvəl soyuq suda sonra isti suda
yuyulub ətin üzərinə əlavə edilir. Sonra şabalıd da qatılaraq bişirilir. Düyü
duzlu ilıq suda 3 saat saxlanılır, sonra qaynadılıb dəmə qoyulur və üzərinə
zəfəran əlavə edilir.
Cwbrayıl
Turşu-qovurma plov – 12 nwfwrlik
Tərkibi:
Qoyun əti – 1.5 kq.
Düyü – 1.5 kq.
Yağ – 540 qr.
Soğan – 800 qr.
Ət suyu – 600 qr.
Abqora – 90 qr.
Alça – 100 qr.
Şabalıd – 300 qr.
Quzuqulağı (turşəng) – 800 qr.
Mixək tozu – 12 qr.
Darçın – 3 qr.
Zəfəran – 12 qr.
Qarabaü mÿtbÿxi
94 ●
Duz – 80 qr.
İstiot – 2 qr.
Hazırlanması:
Qoyun əti 35-40 qramlıq tikələrə doğranılır, duz və istiot vurulub, ət suyunda
ağzı örtülü qabda pörtlədilir, soğan yağda qovrulur.
Şabalıd çərtilib suda pörtülür və qabığından təmizlənir. Qoyun ətinə qovrulmuş
soğan, albuxara, alça, şabalıd, quzuqulağı və mixək əlavə edilib bişirilir. Ayrıca
yağla qazmaqlı plov hazırlanır.
Süfrəyə veriləndə plovun yanında turşu qovurma verilir. Üzərinə darçın səpilir
və düyünün üstünə qazmaq qoyulur.
Dostları ilə paylaş: |