Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq


Cinsi Zorakılığın Sağlamlığa Vurduğu Fəsadlar



Yüklə 37,33 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü37,33 Kb.
#2692
1   2   3   4   5   6   7   8
Cinsi Zorakılığın Sağlamlığa Vurduğu Fəsadlar

Cinsi zorakılıq sağlamığa ağır təsir göstərə bilər. Cinsi zorakılığı müşayət edən fiziki hücumların nəticəsində yaranan zədələrdən əlavə zorla cinsi əlaqəyə girməyə məcbur edilmə qanaxma, yoluxma, xroniki çanaq ağrısı, çanaq iltihabı xəstəliyi və sidik yolunun infeksiyası kimi cinsiyyət orqanlarının zədələnməsi və ginekoloji fəsadlarla nitəcələnə bilər. Cinsi zorakılıq eyni zamanda qadını arzuolunmaz hamiləlik və HİV/ QİÇS kimi cinsi yolla keçən infeksiyalarla yoluxma riski ilə üz-üzə qoyur; arzuolunmaz hamiləliklər təhlükəli abortlara və ya hamiləliyin dayandırılması zamanı zədələrin yaranmasına səbəb ola bilər.

Cinsi zorakılığın qurbanları şok, həyəcan, depressiya, travmadan sonrakı stress, və ya zorlama travması sindromu və digər əqli sağlamlıq problemləri ilə bağlı olan müxtəlif psixoloji və emosional pozğunluqlara düçar ola bilərlər. Qurbanlar eyni zamanda yuxusuzluq, özünə hörmətin itməsi, cinsi disfunksiya, davranış və qida pozğunluqlarından əziyyət çəkə bilərlər. Psixoloji və emosional travma özünü mədə, baş və bel ağrıları kimi fiziki təsirlərlə göstərə bilər. Cinsi zorakılığın qurbanlarının sui-qəsdə cəhd və ya sui-qəsd etmək ehtimalı böyükdür.

 

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara əsasən əvvəllər cinsi zorakılığa məruz qalmış qadınların 33%-də və fiziki zorakılıqlara məruz qalmış qadınların 15%-də ruhi pozuntuların əlamətləri müəyyən edilib. Zorakılığa məruz qalmamış qadınların yalnız 6%-də ruhi xəstəliyin əlamətləri aşkar edilib.



Araşdırmalar göstərir ki, cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınların yüksək faizi travmadan sonrakı stress pozğunluğundan (TSSP) və ya “zorlama travma sindromundan” əziyyət çəkir. Fransa, Yeni Zenlandiya və Amerika Birləşmiş Ştatlarında aparılan tədqiqatların nəticələrinə əsasən “qadının zorlandınlan sonra TSSP -dən əziyyət çəkməsi ehtimalı 50% və 95% arasında dəyişir”.

Zorlama travması sindromu “cinsi zorakılıq zamanı qurbanın kəskin stressə olan çoxsaylı emosional reaksiyasıdır”. Bu reaksiyalara umidsizlik, nəzarətin itirilməsi, qəzəb və günahkarlıq eləcə də “nevroz, depressiya, cinsi çətinliklər, əvvəlki sosial və cinsi əlaqələri bərpa etmək iqtidarında olmamaq, işə qayıtmağa müvəffəq olmamaq, özünə qapılmaq, sui-qəsd fikrinə düşmək” kimi hisslər daxildir.

Bundan əlavə, cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınlar öz intim partnyorları və dostları ilə münasibətlərində də çətinliklərlə qarşılaşa bilərlər. Qadınlar başqalarına etibar etməkdə könülsüz ola bilərlər və sosial hadisələrdən geri çəkilə bilərlər. Cinsi zorakılığın qurbanları eyni zamanda cinsi pozğunluqdan əziyyət çəkə bilərlər; “onlar cinsi əlaqəyə girməkdən qorxa və bu əlaqədən yayına bilərlər; onların cinsi əlaqəyə girmək marağı və istəyi azala bilər”. (S. Orsillo)

Tez-tez qurbanlar zorakılığa görə özlərini günahlandırırlar. Özünü günahlandırma isə öz növbəsində qurbanlar üçün gələcəkdə ciddi və ağır psixoloji fəsadlarla nəticələnə bilər. Özünü günahlandırma qorxu, depressiya və narahatlıq kimi hisslərlə bağlıdır. Bir mütəxəssisin izah etdiyi kimi:

Zorlanıldığına görə nə qədər çox qadın özünü günahlandırırsa zorlamadan sonra sui-qəsd halları bir o qədər çox olur ki, bu da onların ruhi əsəb xəstəxanalarına düşmək ehtimalını artırır və özünə-hörmət hisslərini azaldır. Ümumilikdə, zorlama qurbanlarının təxminən üçdə biri travmadan sonrakı stress pozğunluğundan əziyyət çəkir və zorlama qurbanlarının on üç faizi özünə sui-qəsdə cəhd edir.
Tədqiqatlar göstərir ki, evlilik və görüş zəminində baş verən zorlamaların qurbanları qeyri-qurbanlardan on bir dəfə çox kliniki depressiyaya düşürlər və altı dəfə çox sosial nevroz keçirirlər. Qurbanlar eyni zamanda çıxış yolu kimi spirtli içkilərə alüdə olurlar. Aparılmış bir tədqiqatın nəticəsində müəyyən olunmuşdur ki, cinsi zorakılıq amili içkiyə alüdə olmaq halını 2.5 faiz artırır.

Qaçqın düşərgələrində olan qadınların cinsi zorakılığa məruz qalması və zorakılıq hədə-qorxusu təkcə onların fiziki və hissi sağlamlığına deyi, eyni zamanda onların özlərinin və uşaqlarının qida sağlamlığına da təsir göstərə bilər. Düşərgədəki şərait qadınların odun toplamaq və ya su gətirmək üçün getdikləri zaman təhlükəsizliyini təmin etmirsə, bu halda qadınlar bü cür fəaliyyətlərini məhdudlaşdırırlar və bu da onların və uşaqlarının qidalanmasına maneə yaradır.




Yüklə 37,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin