Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq



Yüklə 37,33 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü37,33 Kb.
#2692
1   2   3   4   5   6   7   8
Cinsi Zorakılıq Poblemin Tədqiqi

 

Cinsi zorakılıq dövlət orqanlarında təmsil olunan rəsmilərin və ya dövlətin nəzarət etmədiyi və yaxud da edə bilmədiyi qeyri-dövlət insanları tərəfindən törədilən qadınların hüqüqlarının pozulmasıdır. Zorlama və digər cinsi zorakılıq halları ilə bağlı çox vaxt MDB ölkələrində və dünyada yetərincə məlumat verilmir. İstər dövlət orqanının nümayəndəsi tərəfindən və ya ailə üzvü tərəfindən törədilməsindən asılı olmayaraq cinsi zorakılığın qurbanları lazımi müdafiə və köməklik əldə etmək istiqamətində bir çox maneələrlə rastlaşırlar.



Cinsi zorakılıq tanışlar, görüş təyin edən tərəfdaşlar, hazırki və keçmiş həyat yoldaşları olan intim partnyorlar və oğlan dostları kimi qeyri-dövlət insanları tərəfindən törədilə bilər. Dövlət qadınları bu cür zorakılıqlardan müdafiə etmək və cinayətkarların cəzalandırılması üçün lazımi addımlar atmadıqda zorakılıqlar qadınların hüquqlarının pozulmasına səbəb olur. Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Zorakılıq üzrə Xüsusi Məruzəçisi Radika Kumarasvaminin ailə daxilində baş verən zorakılığı izah etdiyi kimi Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması Komitəsinin qəbul etdiyi 19 saylı Ümumi Tövsiyyədə dövlətlərin təkcə qadınların hüquqlarının pozulmasından çəkinməsini deyil eyni zamanda qadınların müvafiq olaraq qorunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini təmin edən qanunların qəbul etməsini nəzərdə tutur. Əgər dövlət bu tövsiyyəni həyata keçirə bilmirsə deməli o, qadınların hüquqlarının pozulmasının qarşısının alınması, araşdırılması və cinayətkarların cəzalandırılması istiqamətində “lazımi səy” göstərməyib. Eyni zamanda dövlətlər bütün vətəndaşların qanunla bərabər müdafiə olunmasını təmin etməlidirlər. Məsələn, dövlət əcnəbiləri cinsi zorakılığa məruz qoyanları cəzalandırırsa lakin hər hansı bir qadını məhz tanışı, dostu, oğlan dostu və ya həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmaqdan qoruya bilmirsə deməli o özünün bütün qadınların qanunla bərabər şəkildə müdafiə olunması öhdəliyini yerinə yetirməyib.

Cinsi zorakılıq eyni zamanda polis və hərbçilər kimi dövlət rəsmiləri tərəfindən də törədilə bilər. Qadınlar xüsusən dövlət tərəfindən nəzarət altında saxlandıqları zaman müxtəlif formalı cinsi zorakılıqlara məruz qalırlar. Dövlət nəzarəti dedikdə burada fərdin sərbəstliyinin dövlət rəsmisi tərəfindən məhdudlaşdırıldığı istənilən hal nəzərdə tutulur. Həbs olunan, müvəqqəti təcridxanalarda saxlanılan və hətta polis tərəfindən saxlanılan və dindirilən qadınlar dövlət nəzarətində ola bilərlər. Bu cür hallarda dövlət rəsmiləri özlərinin qəyyumluq səlahiyyətlərindən istifadə edərək qadınları cinsi əlaqəyə girməyə zorla məcbur edə bilərlər. Qadınlar eyni zamanda xəstəxanalarda və müalicə mərkəzlərində də dövlət “qəyyumları” tərəfindən cinsi zorakılığa məruz qala bilərlər. Bir çox hallarda həbsxanalar və müalicə mərkəzləri dövlət tərəfindən maliyyələşir və ya dövlətə məxsus olur və qadınların bu yerlərdə üzləşdikləri zorakılıqlar fərd tərəfindən dövlət səlahiyyəti altında baş verir.


Qadınlar həm də silahlı münaqişələr zamanı və münaqişədən sonra cinsi hücumlara və zorakılıqlara məruz qalırlar. Münaqişə zamanı zorlama müharibə silahı kimi istifadə edilir. Zorlama və cinsi zorakılıqlar hərbi strategiya kimi istifadə olunmasa da bu hallar adətən hərbi qüvvələr tərəfindən və hətta münaqişə dayandırıldıqlan sonra sülhməramlılar tərəfindən törədilir. Qaçqın və məcburi köçkün düşmüş qadınların cinsi zorakılıq və istismara məruz qalmaq ehtimalı daha çoxdur.

Qadınlar zorakılığa görə onların özlərinin ittiham olunacaqlarından qorxurlar və ya hadisə ilə bağlı şikayət edəcəkləri halda özlərinin və ya ailə üzvlərinin yenidən zorakılıqla üzləşəcəkləri təhlükəsindən ehtiyat edirlər. Açıq Cəmiyyət İnstitutunun Qadınların Proqram Şəbəkəsi ən son nəşrində göstərir:
Regionda baş verən zorlanma halları ilə bağlı bir çox hallarda şikayət edilmir. Zorlanma hadisəsi nifrət doğuran stereotiplərlə əhatə olunub: qadınlar özləri bunu istəyirlər, onlar öz geyimləri və ya davranışları ilə buna təhrik edirlər və ya kişidən intiqam almaq üçün zorlandıqlarını bəyan edirlər; normal kişilər zorlamırlar, və sairə. Bundan əlavə polis məntəqəsində və daha sonra isə məhkəmələrdə olan şikayət proseduru mürəkkəb və alçaldıcıdır. Bir çox hallarda əgər qadın zorlandığını bəyan edirsə ona şübhə ilə baxırlar və çox az hallarda inanırlar; polis və məhkəmə tərəfindən mühafizə olunmaması qadının qisas təhlükəsi ilə üzləşmə ehtimalını artırır - ya cinayətkar tərəfindən və yaxud da ailənin namusunun ləkələndiyini fikirləşən yaxınları tərəfindən.
Qadınların Proqram Şəbəkəsi daha sonra göstərir, qadınların cinsi zorakılıqla bağlı məlumat vermək istəyinin və bacarığının qarşısında duran digər bir maneə “‘ənənəvi’ kişi təsəvvürünün bərpa olunmasının bütün regiona hakim kəsilməsidir. Tez-tez hökümətlər bu təsəvvürün bərpa olunmasını mədəniyyətin üstünə atırlar”. Misal olaraq hesabatda Polşa hökümətinin 1997-ci ildə qurbanlara tibbi və psixoloji yardım, sığınacaq, hüquqi və maliyyə yardımı göstərilməsini nəzərdə tutan kriz mərkəzlərinin yaradılması üzrə proqramı ləğv etməsi göstərilir. “Hökümət açıq aşkar bildirdi ki, ‘ailələrindən kənarda qadınlara və uşaqlara kömək göstərilməsi onların ailələrinin dağılmasına şərait yaradır.’”

Şikayətlərin az olmasına baxmayaraq əlimizdə olan statistik məlumatlar cinsi zorakılığın bütün cəmiyyətlərdə geniş yayılmış problem olduğunu göstərir. Şarlotta Bunç UNICEF-in 1997-ci il nəşrinə daxil edilmiş Millətlərin Tərəqqisi adlı məqaləsində bildirir ki, “sənayeləşmiş və inkişaf edən ölkələrdəki zorlama halları ilə bağlı statistik göstəricilər eyniyyət təşkil edie: beş nəfər qadından biri və ya yeddi nəfər qadından biri həyatları boyu zorlanmanın qurbanlarına çevrilirlər.” (Ş. Bunç)


Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçi Radika Kumarasvami 1997-ci ildə təqdim etdiyi qadınlara qarşı zorakılıq adlı hesabatında aşağıdakı statistik məlumatları daxil edib:


• Kanadada aparılmış tədqiqat göstərir ki, qadınların 23.3 %-i zorlanıb və ya zorlanma təhlükəsi ilə üzləşib.
• Seulda yaşayan qadınların 22%-i zorlanmanın qurbanlarına çevriliblər və ya zorlanma təhlükəsi ilə üzləşiblər.
• İndoneziyanın paytaxtı Cakarta şəhərində polis 1992-ci ildə qadınlara qarşı 2,300 zorakılıq halı qeydə alıb, 1993-cü ildə 3,200 və 1994-cü ilin birinci yarısında isə 3,000 belə halı müəyyən edib. • 1993-cü ildə Rusiya Federasiyasında qadınlara qarşı törədilən 331,815 cinayət hadisəsinin 14,000-ni zorlama təşkil edir.
• Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında aparılmış tədqiqat nəticəsində qadınların 19.4%-nin cinsi zorakılığın qurbanı olduğu müəyyən edilib.
• Birləşmiş Ştatlarda zorlanma qurbanlarnın 20-25%-ni gənclər təşkil edir.
• Birləşmiş Ştatlardakı universitetdə aparılmış sorğu zamanı altı qadın tələbədən biri son bir il ərzində zorlandığını və ya zorlanma təhlükəsi ilə üzləşdiyini bildirib. Kişilərdən isə on beş nəfərdən biri zorladığını və ya zorlamaya cəhd etdiyini deyib.

Mənbə Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 1997-ci il Hesabatından, Birləşmiş Millətlər Sistemi Daxilində İnsan Hüquqları və Əsas Hüquqların Səmərəli Qorunmasının Alternativ Yanaşmaları, Yolları və Vasitələri (E/CN.4/1997/47), 12 Fevral, 1997.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən:
• Bəzi ölkələrdə dörd qadından biri intim partnyoru tərəfindən cinsi zorakılığa məruz qalır və gənc qızların təxminən üçdə-biri ilk cinsi əlaqəyə zorla məcbur edildiyini bildirir.
• Albaniyada, Tirana şəhərində 1996-cı ilin məlumatına əsasən son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 6% təşkil edir.
• 1996-cı ilin məlumatına əsasən Macarıstanın paytaxtı Budapeşt şəhərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 2 % təşkil edir.
• 1997-ci ilin məlumatına əsasən Litvanın Diaulay, Kaunas, Klaypeda, Panevezis və Vilnus şəhərlərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 4.8% təşkil edir.
• 1996-cı ilin məlumatına əsasən Monqolustanın Ulanbator və Zumond şəhərlərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 3.1% təşkil edir.
• Çexiyada qadınlar arasında aparılmış sorğu zamanı 11.6% qadın həyatları zamanı zorla cinsi əlaqəyə girməyə məcbur edildiklərini və 3.4% isə bu hal ilə bir neçə dəfə üzləşdiklərini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatnın digər bir hesabatında göstərilir ki, hesablamalara əsasən MŞA/MDB ölkələrindəki qadınların iyirmi - əlli faizi ailədaxili zorakılıq, cinsi zorakılıq, insan alveri və cinsi təzyiq kimi gender zəminində baş verən zorakılıqlara məruz qalıb.
Araşdırmalar son münaqişələr zamanı cinsi zorakılıqlara məruz qalmış qadınların sayının müxtəlif olduğunu göstərir: “Balkan müharibəsi zamanı 20,000-dən artıq müsəlman qadın Bosniya və Hersoqovinada zorlanıb və bir il ərzində isə Rvandada zorlanmış qadınların sayı 15,000 təşkil edir.” (Ş. Bunç)

İntim partnyorlar tərəfindən törədilən cinsi zorakılıqlar da geniş yayılıb. Əhali Məruzələri üzrə on beş ölkədə keçirilmiş sorğuda işitrak edən respondentlər cinsi əlaqəyə girmək üçün tez-tez fiziki zorakılıqlarla üzləşdiklərini və ya/alçaldıcı və təhqiredici formada cinsi əlaqədə olduqlarını bildiriblər. Digərləri isə imtina edəcəkləri halda fiziki zorakılıqla üzləşəcəklərindən, iqtisadi dəstəyin itiriləcəyindən və ya xəyanətdə ittiham ediləcəklərindən qorxaraq cinsi əlaqəyə girdiklərini deyiblər. Məsələn Yeni Qvineyanın Papua şəhərində sorğuya cəlb edilmiş 95 qadından yarısı həyat yoldaşları tərəfindən zorla cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirib. Zorla məcbur edilənlərin üçdə-biri cinsi əlaqə zamanı döyüldüklərini və beşdə-biri isə buna sərxoş həyat yoldaşları tərəfindən məcbur edildiyini deyib. Hindistanda, Utar Pradeşdə sorğuya cəlb edilmiş 98 respondentin -üçdə-ikisi cinsi əlaqəyə həyat yoldaşı tərəfindən, - təxminən üçdə-biri isə döyülərək məcbur edildiyini deyib.


Bəzi yerlərdə cinsi zorakılıqla bağlı edilən şikayətlərin sayı artmaqdadır, çox güman ki, bu qadınlara qarşı zorakılıqla bağlı problemlərin təbliğatının artması ilə bağlıdır. Məsələn, 1993-cü ildə Polşada 1,313 zorlama hadisəsi ilə bağlı polisə şikayət edilib ki, bu da 1981-ci illə müqayisədə 40 faiz çoxdur.


Nəhayət araşdırmalar göstərir ki, qadınların əksəriyyəti onlara hücum edənləri tanıyırlar. Mərkəzi İsveçrədə yerləşən UNIFEM, Avropa Kilsələrinin Konfransı məlumatına əsasən “7 ölkədən əldə edilmiş statistik məlumatlara və informasiyalara əsasən cinsi zorakılığa məruz qalmış qurbanların 60%-dən çoxu onlara hücum edənləri tanıyır.” Amerika Birləşmiş Ştatlarında aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, cinsi zorakılığa məruz qalmış qurbanların səksən-dörd faizi onlara hücum edənləri tanıyır və bu cür halların əlli-yeddi faizi görüşlər zamanı baş verir. Zorakılıq edənlərin yalnız 17 faizi yad insanlardır, cinayəti törədənlərin 83 faizini isə tanışlar təşkil edir (ailə dostları, görüş təyin edənlər, oğlan dostları, qohumlar, səlahiyyətli şəxslər). Mənbə, Robin Uarşou, Mən Buna Heç Vaxt Zorlama Deməmişdim: Görüş və Tanışlıq Zorlamalarının Tanınması, Mübarizə Aparılması və Qurtulması üzrə Xanım Hesabatı, 1988, 11: Zorlama 101.com.


Bir çox qadınlar intim partnyorları tərəfindən zorlanır. Birləşmiş Ştatlarda sorğuya cəlb edilmiş qadınların təxminən 25 faizi hal-hazırda və ya keçmişdə birgə yaşadıqları partnyorları tərəfindən və ya həyatlarının müəyyən dövrlərində görüş zamanı zorlandıqlarını və ya/fiziki hücumlara məruz qaldıqlarını bildiriblər. Bu hesablamalara əsasən il ərzində Birləşmiş Ştatlarda təxminən 1.5 milyon qadın intim partnyoru tərəfindən zorlanır və ya /fiziki hücumlara məruz qalır.




Yüklə 37,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin