Ailə və uşaqlarla sosial işin mahiyyətini izah edin.
Uşaq və ailələr ilə sosial iş, sosial işin ən böyük sahəsidir. Onun bünövrəsi 1920-ci ildə qoyulub.Yaradılarkən əsas əsas məqsədi “Dağınıq ailələr” ilə işləmək idi. Hal-hazırda isə bu sahə çox geniş inkişaf etmişdir. Bu sahədə çalışan sosial işçilər uşaq və ailələrin rifahını yaxşılaşdırmaq üçün həm makro həm də ailələr səviyyəsində iş apararaq onlara kömək etməkdir. Bu sahədə sosial işçilərin əsas məqsədi uşaqları təhlükədən qorumaq və onların aillərinin yanında qalmaları üçün bir çox xidmətləri səfərbər etməkdir.
Uşaq və ailələrə kömək etmək üçün sosiali işçilər ailənin üzləşdiyi yoxsulluq problemindən tutmuş psixoloji probleminə qədər poblemləri həll etmək üçün xidmətləri səfərbər edir və ya xidmətlərə yönəldirlər. Ailələr yardım etmək üçün sosial işçilər peşəkar sosial iş prosesindən istifadə edirlər. Bunun üçün uşaq və ailələr ilə işləyən sosial işçilərin ailə və uşaq problemləri sahəsində elmi biliklərə və praktiki bacarıqlara malik olmaları vacibdir.
Peşəkar elmi bazaya yəni biliklərə və bacarıqlara malik olmaq və çətin həyat şəraitində olan insanlara kömək prosesini bunların əsasında qurmaq, sosial işçiləri digər insanlara kömək edənlərdən fərqləndirir.Bu zaman sosial işçilər insanlara körtəbii deyil elmi metodlara əsaslanaraq planlaşdırılmış və sistemli şəkildə kömək edirlər.Bu halda sosial işçilər çətin həyat şəraitində olan insanlara kömək etmək üçün fərdi kömək planı tuturlar və bunun əsasında hərəkət edirlər.
Ailə ilə sosial iş sosial müdafiəyə və xarici dəstəyə ehtiyacı olan kiçik qruplara yönəlmiş xüsusi təşkil olunmuş fəaliyyətdir. Bu, əhalinin sosial müdafiəsinin növlərindən biridir, əsas məzmunu ailənin normal fəaliyyətinin bərpası və saxlanmasında köməkdir. Bu gün ailə ilə sosial iş dövlət səviyyəsində ailə üçün sosial müdafiə və dəstək, sosial xidmətlər üçün çoxfunksiyalı bir fəaliyyətdir.
Bu fəaliyyət müxtəlif profilli bir ailə ilə sosial iş mütəxəssisləri tərəfindən həyata keçirilir. Müəyyən bir cəmiyyətdə (federal və ya ərazi) həyata keçirilir və spesifikliyi ilə müəyyən edilir.
Dostları ilə paylaş: |