Sosial işçilərin fəaliyyət sahələri haqqında məlumat verin
Sosial sistemləri kiçik, orta, böyük, mürəkkəb sistemlər və milli,regional, bələdiyyə,lokal baxımından izah edin.
Sosial işin etikasının funksiyaları və sosial işin prinsipləri haqqında məlumat verin.
İnsan hüquqları,insan ləyaqəti və sosial ədalət dəyərləri haqqında məlumat verin.
Empatiya, nikbinlik və ünsiyyət vərdişləri haqqında məlumat verin.
Empatiya – sosial işçinin kilentlə iş zamanı empatiyadan istifadə etməsi klientin ruhlandırılmasına, özündə inam hissinin yaranmasına səbəb ola bilər. “Empatiya klientin keçirdiyi hisslər və qavradığı mənaya çox həssas olmaq və qəbul edilən bu anlayışı ona çatdırmaqdır.”(Rocers, 1986) Başqa sözlə, Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyətidir. Empatiyanı aşağıdakı cür ifadə etmək olar: ◼ Klientin əhvalatına qulaq asmaq və həqiqiliyini təsdiqləmək ◼ Qeyri-şifahi kommunikasiya ◼ Hisslərin ifadəsi və məmnunluq Sən hiss edirsən ki .... Hal-hazırda sən hiss edirsən ki..... Mən də belə bir hiss yaranıb ki..... ◼ Aydınlıq Əgər düzgün başa düşdümsə.... Eşitdiklərimdən belə başa düşdüm ki.... Bu o deməkdir ki.... ◼ Vizual Mən müşahidə edirəm ki.... Gördüyün kimi.....
Nikbinlik (optimizm) – sosial işçi tez-tez bir çox problemlərlə üzləşmiş insanlarla rastlaşır. Lakin bu vəziyyətlərdə sosial işçinin nikbinliyi, ədalət və problemin həll olunacağına inam hiss olmalıdır. Sosial işçinin sosial nikbinliyinin mənbəyi sosial ədalətin həyata keçə biləcəyinə, insanın daim özünü təkmilləşdirməsinə əmin olmasıdır. Sosial işçinin nikbin olmaması ilk növbədə klientə təsir edir.
Ünsiyyət vərdişləri – sosial işçi ünsiyyət vərdişlərinə yiyələnməklə istər fərdi, istərsə də qrup şəklində keçirilən sosial iş prosesində uğur əldə edə bilər. Ünsiyyət vərdişlərinə aşağıdakıları daxil edə bilərik:
✓ Oturuş – müraciətçi ilə münasibətdə həmişə düz oturmaq lazımdır. Belə poza qayğını, onun dinlədiyinizi göstərir.
✓ Aktiv dinləmə - bu zaman sosial işçi jestlərlə, mimikalarla müraciətçiyə onu dinlədiyini çatdırmalıdır.
✓ Bədən dili – Bədən dilinin məqsədi şifahi olmayan işarə və hərəkətlərin şüuruna çatılmasını təmin etmək və insanların bu mühiti istifadə edərək necə ünsiyyət qurduqlarını göstərməkdir. Albert Mehrabiana görə, bir mesajın təsirinin təxminən 7 % şifahi , 38 % səsli, 55% də şifahi olmayan elementlərdən meydana gəlir. Bədən dilinin ünsürləri: -Bədən Duruşu -Jestlər -Mimikalar -Başın İstifadəsi -Oturmaq Üçün Seçilən Yer/yeyər -Geyim -Baxım Və Makiyaj -Göz Təması -Ayaqların İstifadəsi -Oturma Forması -Məsafə İstifadəsi -İstifadə edilən Aksesuarlar
Dostları ilə paylaş: |