SOSİAL PSİXOLOGİYANIN METODOLOJİ VƏ METODİKİ MƏSƏLƏLƏRİ
Nəzərıyyə, eksperiment və praktika
Sosial-psıxoloji tədqıqatın metodoloji məsələləri: ümumi və xüsusi metodologiya, konkret metodiki priyomlar
Sosial - psixologıyanın tədqiqat metodları
Sosial psixolojı tədqiqatlarm etik problemləri
Nəzəriyyə, eksperiment, praktika
30-cu illərdə psixoloji tədqiqata verilən əsas tələb belə idi: nəzəriyyəsiz eksperiment həm kordur, həm də kardır. Elmi- texniki tərəqqi dövründə isə psixoloji tədqiqatm metodologiyası və metodikasının ən başlıca paradiqması aşağıdakmdan ibarətdir: nəzəriyyə, eksperiment, praktika.
Bu baxımdan başqa elm sahələrində olduğu kimi sosial psixologiyada da tətbiqi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Lakin buradan səhv nəticə çıxarıb belə hesab etmək olmaz ki, müasir dövrdə fundamental tədqiqatlarm rolu güya azalmağa başlamışdır.
Sosial psixologiyada tətbiqi tədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət üçün başlıca cəhət ondan iba- rətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar əsasmda müəyyən olunur və ya fundamental tədqiqatların nəticələri bilavasitə praktikaya tətbiq edilir.
Tətbiqi tədqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur: bu istiqamət daxilində tətbiqi tədqiqatlar bilavasitə fundamental tədqiqatlarm nəticəsi kimi deyil, praktik tələbatlar əsasında meydana çıxır.
Dostları ilə paylaş: |