3. Sosial - psixologıyanın tədqiqat metodları
Sosial-psixologiya empirik elmdir və müxtəlif tədqiqat metodlarmdan uğurla istifadə edir. Bu metodlardan bəziləri əsas, bir qismi köməkçi metodlardır. Köməkçi metodlar bir qayda olaraq əsas metodlarla qarşılıqlı əlaqədə tətbiq olunur. Aşağıda Amerikan sosial-psixoloqlarmın (E.Aropson, T.Uilson, R.Eykert, 2002) təfsiri kökündə müasir araşdırmalarda geniş tətbiq olunan üç tip metod - müşahidə metodu, korrelyasiya metodu və eksperiment metodu nəzərdən keçirilir.
Müşahidə metodu özünəməxsus texnikadır: bu zaman tədqiqatçı adamları müşahidə edir və onların davranışmı sistemli təsbit edir. Müşahidə metodu müxtəlif elm sahələrində, o cümlədən ümumi psixologiyada, yaş psixologiyasında, peda- qoji psixologiyada geniş tətbiq olunur. Sosial psixologiyada mü- şahidə özünəməxsus ölçülərlə tətbiq olunur: müşahidə prose- sində sosial psixoloqu ayrı-ayrı sosial-psixoloji fenomenlər, mə- sələn, aqressivliyin təzahür xüsusiyyətləri maraqlandırır.
Bu metod müxtəlif variantlarında tətbiq olunur.
Bir halda tədqiqatçı müşahidə etdiyi hadisələrdə bilavasitə iştirak etmir və onlarm gedişinə müdaxilə etmir. Başqa sözlə, tədqiqatçı müşahidə etdiyi hadisənin gedişini kənardan izləyir.
Başqa bir halda isə öyrəndiyi hadisəni kənardan deyil, hadisənin öz daxilində müşahidə edir: bu zaman o, müşahidə et- diyi adamlarla qarşılıqlı əlaqədə olur, ancaq situasiyanı qətiyyən dəyişməyə çalışmır. Belə müşahidəyə qoşulmuş müşahidə de- yilir.
Arxiv materiallarınm təhlili də müşahidənin öziinəməxsus növü hesab olunur. Bu zaman tədqiqatçı arxiv materialları, mə- sələn, gündəlikləri, romanları, jurnal və qəzetləri, toplanılmış sənətləri nəzərdən keçirir və onların məzmununu təsvir edir.
Əgər tədqiqatçmm məqsədi hər hansı sosial fenomeni təs- vir etməkdən ibarətdirsə, müşahidə bu baxımdan ən səmərəli üsuldur. Lakin onun məhdud cəhətləri və çatışmazlıqları da var. Əvvəla, ona görə ki, davramşın müəyyən növlərini, məsələn, intim həyat hadisələrini sadəcə olaraq müşahidə etmək müm- kün deyil. Bundan başqa, mlişahidə üsulu bir qayda olaraq hələ öyrənilən sosial fenomenlərin mahiyyətini, sosial-psixoloji qa- nunauyğunluqlarım açıqlamaq imkanı vermir.
Korrelyasiya metodu da müşahidə metodu kimi özünəməxsus texnikadır. Lakin ondan mahiyyətcə fərqlənir. Korrelyasiya metodunun vasitəsilə iki və ya daha çox kəmiyyət sistematik surətdə ölçülür və onlarm arasında təbii surətdə əmələ gələn qarşılıqlı münasibət müəyyən olunur. Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya metodu vasitəsilə tə- bii şəraitdə öyrənilir.
Müşahidə metodunda olduğu kimi, korrelyasiya metodunda da tədqiqatçı çox vaxt adamların davranışmı bilavasitə müşahidə edir.
Eksperiment metodu. Ayrı-ayrı kəmiyyətlər arasmda səbəb-nəticə miinasibətləri ancaq bir yolla - eksperiment metodu ilə müəyyən olunur. Bu metodun əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir;
- eksperiment metodu səbəb-nəticə əlaqələri haqqında informasiyanımiiəyyən edir;
- bir və ya bir neçə faktoru (asılı kəmiyyətləri) dəyişir;
- ancaq o biri faktorları olduğkimi onlara nəzarət edir.
Eksperiment prosesində iki qrup - eksperimental və kon- trol qruplar yaradılır. Eksperimental qrupun materialları kon- trol qmpun materiallarına nəzərən təhlil olunur.
Eksperimentin digər növlərində olduğu kimi, sosial-psixo loji eksperimentin də iki əsas komponenti olur: onlardan birinə asılı olmayan kəmiyyət (1), digərinə isə asılı kəmiyyət (2) deyi- lir. Tədqiqatçı asılı olmayan kəmiyyəti dəyişir və ya variant- laşdırır, bu zaman o yoxlayır ki, asılı olmayan kəmiyyət başqa faktorlara (oxu; asılı kəmiyyətlərə) necə təsir göstərir.
Asılı kəmiyyət ölçtilən kəmiyyətə deyilir. Asılı kəmiyyətə ona görə belə deyirlər ki, o, bir qayda olaraq asılı olmayan kə- miyyətin dəyişdirilməsindən asılıdır.
3.3.4. Çöl eksperimentləri. Eksperimentin özünəməxsus bir forması çöl eksperimenti sayılır. Çöl eksperimentində laboratoriya eksperimentlərindən fərqli olaraq adamlarm davranışı təbii şəraitdə öyrənilir. Çöl eksperimenti sosial psixoloji eksperimentin xarici validliyini yüksəltməyin ən yaxşı vasitəsi sayılır.
Kross - mədənı tədqıqatlar. Hər bir xalqın özünəməxsus bənzərsiz mədəniyyəti var. Şəxsiyyət bu mədəniyyət kontiniumunda doğulur, böyüyür, ərsiyə çatır. Görəsən, hər hansı bir mədəniyyət, məsələn, Amerika mədəniyyəti çər- çivəsində aparılmış sosial-psixoloji tədqiqatın nəticələri başqa mədəniyyətlər, tutaq ki, Fransa, Almaniya və ya Azərbaycan mədəniyyəti axarında da özünii eyni ölçülərlə göstərir? Bu köklümetodoloji sualdır, sosial psixologiya nəzəriyyəsi və təcrübə- sində kross-mədəni araşdırmalar vasitəsilə açıqlanır.
Kross-mədəni tədqiqatlar başlıca olaraq iki yönümdə aparılır.
a) Müxtəlif mədəniyyətlər axarında müqayisəli araşdırma lar təşkil olunur. Bu müqayisələrin ana xətti oxşarlığına, mlixtəlif xalqlarm sosial-psixoloji durumunda universal məziyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır.
b) Hər bir xalqm mədəniyyəti, başqa sözlə, psixoloji tər- cümeyi-halı üçün səciyyəvi elmi özünəməxsus xüsusiyyətlər müəyyənləşdirilir. Əsas psixoloji proseslərin formalaşmasma və inkişafına mədəniyyət hansı önəmli ölçülərlə təsir göstərir? kross-mədəni araşdırmalarda bu sual əsaslı təhlil olunur. Psixi qanunauyğunluqlarm formalaşmasında mədəniyyət faktoru kök- lü rol oynayır. Onun araşdırılması aktual sosial-psixoloji prob- lemdir.
Dünya psixologiyasmda müxtəlif istiqamətlərdə kross-mə- dəni tədqiqatlar aparılır. Kross-mədəni tədqiqatlar Azərbaycan sosial-psixologiyası üçün yeni olan istiqamətdir.
Sosial psixologiyada statistik (riyazi) metodlann tətbiqi haqqında. Riyazi psixologiya XX əsrdə psixologiya elminin bir sahəsi kimi formalaşmağa başlasa da, statistik metodlar qısa müddət ərzində psixologiya elminin bir çox sahələrinə niifuz etdi. Elmşünaslarm proqnozlarına görə, əsrin sonuna doğru psixologiya elminin bütün sahələri riyaziləşəcəkdir, başqa sözlə, riyaziyyat, sözün əsl mənasında, bütünlüklə və təmamilə onun ətinə və iliyinə hopacaqdır. Bu, psixologiya elminin inki- şafında yeni keyfiyyət dəyişiklikləri ilə əlamətdar olacaqdır. El- min ənənəvi «qeyri-riyazi» sahələrinə riyaziyyatm nüfuz etməsi elmi biliklərin inkişafmın qanunauyğun hadisələrindən biridir.
Riyazi metodlar sosial psixologiyada, xüsusilə bir sıra problemlərin həllində müvəffəqiyyətlə tətbiq edilir. Bəzi sosial- psixoloji problemlər (məsələn, qrupda sosial-psixoloji proseslə- rin dinamik qanunauyğunluqları və s.) də vardır ki, onları ətraflı öyrənmə üçün riyazi metodların tətbiq olunması zəruridir.
Sosial-psixoloji proseslər mürəkkəb və çoxcəhətlidir. So- sial psixologiyada elə problemlər mövcuddur ki, oııları hal-ha- zırda riyazi metodlarla həll etmək mümkün deyildir. (Sosial psi- xologiyamn problemləri üçün adekvat riyazi aparat işlənildikcə, həmin problemlərin də miqdarı azalır).
Psixoloji tədqiqatlar göstərir ki, riyaziləşməkdən ötrü problemin özü «yetişməlidir», yəni bunun üçtin aşağıdakı şərtlər zəruridir: a) müvafıq fenomen sahəsində kifayət qədər dəqiq və məzmunlu nəzəri konsepsiya olmalıdır; b) elə bir «empirik baza» olmalıdır ki, o, nəzəriyyəni yoxlamağa imkan verə bilsin; q) relevant kəmiyyətləri ölçmək üçün adekvat metodlar olmalıdır; d) müvafıq fonomeni formalaşdırmaq imkanı verən riyazi sxemlər işlədilməlidir.
Beləliklə də aydın olur ki, psixologiyada riyazi metodların müvəffəqiyyətlə tətbiqi nəinki adekvat metodlarm işlənməsin- dən, həm də sosial-psixoloji nəzəriyyənin özünün inkişaf səviy- yəsindən asılıdır.
4.Sosial psixolojı tədqiqatlarm etik problemləri
Sosial-psixoloji tədqiqatlarda insan münasibətləri açıqlamr və bu kökdə də bilavasitə miixtəlif etik problemlər meydana çıxır. Tədqiqat prosesində bu etik problemləri necə nəzərə al- maq olar? Bu yönümlü metodoloji məsələlər sosial-psixolo- giyanm inkişafınm müəyyən mərhələsində önəmli əhəmiyyət kəsb etmiş, sosial-psixoloji ədəbiyyatda müxtəlif aspektlərdə müzakirə olunmuş. F.Zimbardonun məşhur eksperimentlərindən sonra isə xüsusi aktuallıq kəsb etmişdir.
F.Zimbardonun böyük əks-səda doğurmuş eksperimenti sosial psixologiyanm tarixinə «Stenford tlirmə eksperimentləri» kimi daxil olmuşdur.
Dostları ilə paylaş: |