Sosial sferada Menecment


§1.SOSİAL SFERA VƏ ONUN TƏSNİFATI



Yüklə 41,58 Kb.
səhifə2/13
tarix15.04.2022
ölçüsü41,58 Kb.
#55516
1   2   3   4   5   6   7   8   9   ...   13
Azərbaycanda sosial sfera anlayışı

§1.SOSİAL SFERA VƏ ONUN TƏSNİFATI

Maddi istehsal fəaliyyətinin mahiyyətini insanlar arasında baş verən maddələr mübadiləsi təşkil edir. İnsanla təbiət arasında maddələr mübadiləsini təmin etməyən başqa fəaliyyət növləri maddi istehsal sferasından kənarda qalır və sosial sferanı təşkil edir.Sosial sfera sosial proses subyektlərinin durmadan təkrara istehsalı zərurətindən doğan obyektiv təlabatın yaratdığı cəmiyyətə məxsus bütün tam bir alt sistemdir.Başqa sözlə bu insanın son həyatını təkrar istehsal edən fəaliyyət sistemidir.Cəmiyyət sosial funksiyanı həyata keçirən fəzasıdır.Burada insanın və sosial vətəndaş hüquqları reallaşır.Onun fəaliyyət göstərməsi obyektiv qanunlarla müəyyənləşdirir və sosial idarəçiliyin müəyyən prinsipinə əsaslanır.Sosial sfera əşya prosesual ideya və insani cəhətli zəruri kompanentlər dəstəsinə malikdir. Bunlara sosial infrastruktur və onların istehsal etdiyi istehlak məhsulları təhsil səhiyyə sosial və məişət xidmətləri prosesini sosial sfera idarəetmə orqanları və instutları əhalinnin istehlakçı davranışı mexanizmi və normativ tənzimlənməsi bazasını əhatə edir.

Bazar iqtisadiyyatının aparıcı ölkələri təhsil, mədəniyyət ,səhiyyə, turizm və istirahət yaşayış –komunal təsərüffatı və ekologiya kimi sahələrin funksiyalarının effektiv yerinə yetirilməsinə diqqəti artır.Bu sahələr birgə sosial sfera adlanır.Bazar iqtisadiyyatı inkişaf etdikcə sosial sferada öz növbəsində inkişaf edir.Sosial –iqtisadi proqnazlaşmasının istiqamətinin əsas məqsədi ondan ibarətdir ki, gələcəkdə həmin sahələrin prespektevini öyrənmək, real iqtisadi prosesləri idarəetmək inkişafın məqsədini formalaşdırmaq ,digər tərəfdən optimal planların hazırlamaq, hal-hazırdakı real vəziyyəti qiymətləndirməkdir. Sosial sfera –bu milli təsərüffatın sahələrinin bazasıdır.Bu əhalinin həyat keyfiyyətinə və rifahının səviyyəsinə birbaşa təsir edir.Bazar iqtisadiyyatı ölkələrində sosial sferaya hər gün böyük investisiyalar yatırılır.Həmin artımların tərkibinə maddi, əmək və maliyyə resursları aiddir.

Azərbaycanda sosial sferanın sahələrinin inkişafı ləng baş verir.Azərbaycanın hələ gənc ölkə olduğunu nəzərə alsaq bunu başa düşmək olar.Müasir cəmiyyətdə sosial sferanın rolunu dərk etmək bizim üçün hələ tam dərəcədə nail olunmayıb.Sosial –iqtisadi irəliləyişin , iqtisadiyyatın sosial orientasiyasının keyfiyyətində onun rolunun əsas faktorlarından biri olmasını anlamamaq şübhəsiz, iqtisadi reforma üsullarını tormozlaşdırır.

Sosial sferanın əsas sahələrindən birini təhsil tutur. O işçilərin inkişafının ,savadlığın ,intelektuallığın və cəmiyyətin ruhi patensialının artmasına istiqamətlənib.İstehsalat əməyində təhsil vacib rolu oynayır.XXI əsrin əvvələrində uğurlu sosial cəmiyyətin inkişafı yüksək keyfiyyətli işçi qüvvəsi, yüksək səviyyəli təhsilə və peşəkar hazırlığa malik olmağı tələb edir.Yüksək keyfiyyətli işçi qüvvəsi milli məhsulun həcminin artımını məhsulun keyfiyyətinin artımını məhsulun keyfiyyətinin qalxmasını resurslardan qənaətlə istifadəni və s. təmin edir.


Yüklə 41,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin