42. Amerika sosioloqu L. Kozer münaqişəni necə nəzərdən keçirirdi? A) Cəmiyyətin daxili həyatının məhsuludur
B) Zülm olunanlarla imtiyazlıların qarşıdurması kimi
C) Hakimiyyətlə ona müqavimət göstərilməsi arasında antaqonizm kimi
D) Hakimiyyət uğrunda mübarizənin mənbəyi kimi
E) Ümumi mənafelərin təzahürü zəminində daxili əks qüvvələrə qarşı mübarizə kimi
43. Sosial mobillik anlayışını sosiologiyaya kim daxil edib? A) P. Sorokin
B) M. Lipset
C) R. Bendiksin
D) P. Blau
E) B. Dyurye
44. P. Sorokin sosial mobillik anlayışını sosiologiyaya neçənci ildə daxil etmişdir? A) 1927-ci ildə
B) 1827-ci ildə
C) 1937-ciildə
D) 1837-ci ildə
E) 1972-ci ildə
45. P. Sorokin sosial mobilliyi neçə növə ayırırdı? A) 2
B) 3
C) 4
D) 5
E) 6
46. P. Sorokin sosial mobilliyin hansı növlərini ayırırdı? A) Üfuqi və şaquli
B) Açıq və qapalı
C) İrəliləmə və geriləmə
D) Üfüqi və horizontal
E) Şaquli və horizontal
47. Sosial mobillik nədir? A) Fərdlərin sosial stratifıkasiya sistemində bir qrupdan digərinə keçməsi
B) Fərdlərin bir yaşayış yerindən digərinə keçməsi
C) Fərdlərin bir dini qrupdan digərinə keçməsi
D) Fərdlərin sosial statusunu dəyişməsi
E) Fərdlərin sosial karyera əldə etməsi
48. Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun hansı səbəbləri vardır? -1- Tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əmək bölgüsünü dəyişdirir, yeni statuslar yaradır -2- Tarixi inkişaf nəticəsində cəmiyyətlər dəyişilmir, əmək bölgüsü stabil olaraq qalır -3- Elita təhsil almaq üçün imkanları inhisara ala bilməz -4- Elita istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlaya bilər -5- Elita təhsil almaq üçün imkanları inhisara ala bilər A) 1,5
B) 1,3
C) 3,4
D) 1,4
E) 2,5