24. Cəmiyyətin əlamətləri hansılardır?
A) Ərazi, davamlı əlaqələr, özyetərlilik, mədəniyyətin ümumiliyi
B) Sosial təşkilat, sosial qrup, mədəniyyət
C) Sosial struktur, ərazi, sosial qrup
D) Sosial institut, özyetərlilik, əks əlaqə
E) Sosial birlik, davamlılıq, ərazi
25. Marksizm cəmiyyəti hansı parametrə görə fərqləndirir?
A) İstehsal münasibətlərinin tipinə görə
B) Əhalinin təhsil səviyyəsinə görə
C) Dövlət hakimiyyəti formalarına görə
D) Coğrafı vəziyyətinə görə
E) Sosial inteqrasiya dərəcəsinə görə
26. Marksizmə görə cəmiyyətin hansı növləri var?
A) İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm. sosializm
B) Demokratik, totalitar, avtoritar
C) Ənənəvi, industrial, postindustrial
D) İnkişaf etmiş, inkişaf etməkdə olan, geridə qalmış
E) Yüksək dərəcədə sabit, qismən sabit, qeyri-sabit
27. Müasir sosiologiyada cəmiyyətin əsas tipləri:
A) Ənənəvi, industrial, postindustrial
B) Demokratik, totalitar, avtoritar
C) İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm
D) İnkişaf etmiş, inkişaf etməkdə olan, geridə qalmış
E) Yüksək dərəcədə sabit, qismən sabit, qeyri-sabit
28. Ənənəvi cəmiyyətin xarakterik xüsusiyyətləri hansılardır?
-1- Ənənəvi davranış normaları, adətlər və sabit sosial təsisatların çox mühüm məna kəsb etməsi
-2- İstehsalın yüksək inkişafı
-3- İstehsalın aşağı inkişafı
-4- İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunması
-5- Sosial dəyişikliklərə, yenilikbrə doğru yönəlməsi
-6- Davamlı sosial həmrəylik
A) 1,3,4,6
B) 2,3,4,5
C) 2,3,5,6
D) 1,2,4,6
E) 1,2,3,5
29. Dövlət hakimiyyəti formalarına görə cəmiyyətin hansı tipləri vardır?
A) Demokratik, totalitar, avtoritar
B) Oliqarxik, tiraniya, demokratik
C) Aristokratik, monarxiya, avtoritar
D) Demokratik, teokratik, avtoritar
E) Aristokratik, demokratik, totalitar
Dostları ilə paylaş: |