Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda
Kont yeni
termin – «sosiologiya» anlayışını irəli sürdü.
XIX əsrin sonu – XX əsrin əvvələrində sosioloji pozitivizm
cərəyanının ən görkəmli nümayəndələrindən biri kimi fransız sosioloqu
Emil Dyürkheym (1858-1917) çıxış edir. Kontun və Spenserin sosioloji
baxışlarını daha da inkişaf etdirən Dyürkheymin fikrincə bütöv sosial
orqanizmin elementləri öz aralarında harmonik əlaqələr yaratmaqla tamı
qoruyub saxlamağa borcludurlar. Dyürkheym sosiologizm cərəyanının
banisidir. Özünün «Sosiologiyanın metodu» adlı əsərində Dyürkheym
sosiologiyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövcud
olan və onlara təsir gösətərən sosial faktlardan ibarət olduğunu iddia edirdi.
İtaliyada XIX yüzilliyin sonundan etibarən sosiologiyanın inkişafı Vilfredo
Paretonun (1848-1923) və
Qaetano Moskanın (1858-1914) adları ilə
bağlıdır. V.Pareto sosial hadisələrə qiymət verərkən, həm sosioloq və həm
də iqtisadçı kimi təbii - elmi baxışlara əsaslanırdı. Onu cəmiyyət həyatında
daim təkrarlanan və ayrı-ayrı mənəvi sərvətlərdən asılı olmayaraq təhlil
edilə bilən sosial faktlar maraqlandırırdı. O, hər cür nəzəri tarixi yalana və
ya özünü aldatmağa əsaslanan ideologiya kimi rədd edirdi. Paretonun
fikrincə, tarix siyasi elitaların hakimiyyət uğrunda mübarizə meydanıdır.
İnsanlar yalnız şərti olaraq sosial mövcudat kimi nəzərdən keçirilə bilərlər,
əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər. 2600
paraqrafdan ibarət olan «Ümumi sosiologiyaya dair traktat» əsərində Pareto
müəyyən mənada sosial mexanikanı inkişaf etdirir. O, insan fəallığını iki
əsas tipə: məntiqi və qeyri-məntiqi fəaliyyətə bölür. Real həyatda isə bu iki
tip qarışıq şəkildə çıxış edir. Paretonun fikrincə, insanların əksəriyyətinin
gündəlik fəaliyyətini məhz hisslər müəyyən edir. Pareto həm burjua
demokratiyasının ideallarına, həm də marksizm nəzəriyyəsinin
müddəalarına etinasızlıqla yanaşırdı.
11
Dostları ilə paylaş: