Menecmentin inkişafı tarixi və elmi əsasları



Yüklə 22,57 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü22,57 Kb.
#40020
  1   2   3   4   5   6
1-ci seminar


  1. Menecmentin inkişafı tarixi və elmi əsasları


1. Menecmentin inkişafının əsas mərhələləri

2. Menecmentin əsas konsepsiyaları və idarəetmə məktəbləri

3. Menecmentə elmi yanaşmalar

Menecmentin inkişafının əsas mərhələləri
İdarəetmə nəzəriyyəsinin inkişafı və idarəetmə təcrübəsi bir neçə tarixi dövrü əhatə edir.

I – Qədim dövr. İdarəetmənin inkişafının bu dövrü vaxta görə ən uzun dövrüdür. Təxminən 9-7 min il eramızdan əvvəl başlayaraq ХVIII əsrə qədər olan dövrü əhatə edir. Birgə əməyin nizamlanmasının və təşkilinin ilk, ən sadə, rüşeym formaları icma quruluşunda mövcüd olmuşdur. Bu zaman idarəetmə bütün qəbilə, tayfa və icma üzvləri ilə məsləhətli şəkildə həyata keçirilmişdir. Yunan filosofu Sokrat birinci olaraq idarəetmənin xüsusi fəaliyyət formasını xarekterizə etmişdir (е.ə. 470-399 il). Platon (е.ə. 428-348 il) işə dövlət idarəçiliyi formalarının təsnifatını vermiş, idarəetmə orqanlarının funksiyalarını fərqləndirməyə cəhd göstərmişdir.

İdarəetmənin II dövrü - sənayeləşmə dövrüdür (1775-1890 illər). Dövlət idarəetməsinin yaranmasının və inkişafının tədqiqi bu dövrdə А.Smitə məxsusdur. О, əmək bölgüsünün müxtəlif formalarının geniş təhlil etmiş, dövlətin və dövlət başçısının işini izah etmişdir (vəzifələrinin xarakteristikalarını vermişdir).

İdarəetmə nəzəriyyəsi və təcrübəsində ilk çevriliş – hesablama texnikasının yaradılması və istifadəsidə bu dövrə aiddir. 1833-cü ildə inglis riyaziyyatçısı Ç. Bebbiç analitik maşının layıhəsini hazırladı. Bu maşın rəqəm hesablama texnikasının əs*ladı sayıla bilər.

İdarəetmənin III dövrü – sistemləşdirmə dövrüdür (1895-1960). İdarəetmə elmi həmişə hərəkətdə və inkişafdadır. Yeni istiqamətlər, məktəblər, axınlar yaranır, elmi aparat dəyişilir və təkmilləşir, nəhayət tədqiqatçıların özləri və onların baxışları dəyişilir. Zaman keçdikcə menecerlər fəaliyyət istiqamətlərini özlərinin konkret təşkilatlarının tələbatlarından onları əhatə edən mühitdə fəaliyyət göstərən idarəetmə qüvvələrinin öyrənilməsinə yönəltmişdir. Onlardan bəziləri özlərinin idarəetmə problemlərini əvvəllər də mövcud olmuş üsullarla həll edirdi. Digər tədqiqatçılar isə idarəetməyə daha sistemləşdirilmiş yanaşmaları axtarırdılar.

İdarəetmənin VI dövrü-məlumatlar (informasiya) dövrüdür (1960-cı illərdən indiyədək).

İdarəetmənin son nəzəriyyələri əsasən kəmiyyət idarəetmə məktəbinin nümayəndələri tərəfindən yaradılmışdır. Bu məktəb riyaziyyatın və kompüter texnikasının idarəetmədə tətbiqi nəticəsində meydana gəlmişdir. Onun nümayəndələri idarəetməyə riyaziyyatla ifadə oluna biləcək məntiqi proses kimi baxirlar. XX əsrin 60-ci illərində riyazi aparatdan istifadəyə əsaslanan idarəetmə konsepsiyasının hazırlanması genişlənmişdir. Bunun köməyilə riyazi analizin və menecerlərin subyektiv qərarlarının inteqrasiyası əldə edilir.



Yüklə 22,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin