Menecmentin əsas konsepsiyaları və idarəetmə məktəbləri
İdarəetmə fikri olduqca qeyri-ardıcıl inkişaf etmişdir. Bu problemə bir sıra yanaşmalar mövcüd olmuşdur. Onlarda gah üst-üstə düşmüş, gah da bir-birindən xeyli fərqlənmişdir. Bu, xüsusilə idarəetmədəki məktəblərdə özünü göstərir. Əsasən aşağıdakı idarəetmə məktəblərini fərqləndirirlər: elmi idarəetmə məktəbi; klassik və ya inzibati idarəetmə məktəbi; insani münasibətlər və ya psixologiya konsepsiyası; davranış haqqında elm məktəbi.
Elmi idarəetmə məktəbi XX əsrin əvvəllərində ABŞ-da inkişaf etmiş və onun əsasını əməyin elmi təşkili ideyası təşkil etmişdir. Bu məktəbin banisi F. Teylordu. Onun təlimi menecmentin müasir konsepsiyalarının əsas nəzəri mənbələrini təşkil edir. F. Teylor hesab edirdi ki, menecment dəqiq qanunların, qaydaların planlaşdırmanın işin faktiki yerinə yetirilməsindən ayrılması prinsiplərinin əsasında duran bir elmdir. O, belə bir nəticəyə gəlmişdir ki, idarəetmə üzrə iş müəyyən ixtisasdır və təşkilat o halda müvəffəqiyyət qazanır ki, hər bir işçi qrupu daha müvəffəqiyyətlə yerinə yetirdiyi işlə məşğul olsun.
Elmi idarəetmə konsepsiyası nəticəsində menecment elmi tədqiqatların müstəqil sahəsi kimi qəbul edilmiş və subut olunmuşdur ki, elm və texnikada tətbiq edilən metodlar müəssisə və təşkilatların fəaliyyətində də səmərəli sürətdə istifadə oluna bilər.
Elmi yanaşma konsepsiyasının müəllifləri tədqiqatlarını əsasən istehsalın idarə edilməsi problemlərinə, o cümlədən istehsalın səmərəliliyinin yüksəldilməsi məsələlərinə həsr etmişdir.
Dostları ilə paylaş: |