Plan tapşırığı (müqavilə öhdəliyi)
Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir. Plan tapşırığı nisbi kəmiyyəti, adətən, faizlə ifadə olunur və onu hesablamaq üçün hesabat dövründə nəzərdə tutulan plan tapşırığı göstəricisini 100-ə vurub müqayisə üçün əsas götürülmüş dövrün faktiki göstəricisinə bölmək lazımdır.
Plan tapşırığının (müqavilə öhdəliyinin) yerinə yetirilməsi
Plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyəti, bir qayda olaraq, faiz şəklində hesablanılır. Plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyətini hesablamaq üçün hesabat dövründə əldə edilmiş həqiqi nəticəni 100-ə vurub plan tapşırığına və ya planda nəzərdə tutulmuş göstəriciyə bölmək lazımdır. Bu zaman həm plan tapşırığı, həm də hesabat göstəricisi eyni obyekti və eyni dövrü əhatə etməlidir, həmçinin eyni ölçü vahidi ilə ifadə olunmalıdır.
Plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyəti nəzərdə tutulmuş plan ilə hesabat dövründə əldə edilmiş nəticəni müqayisə etmək üçündür.Məsələn cədvəlde verilmiş göstəricilərlə bunu hesablayaq.Planda 2013 – cüil üçün 250 ton istehsal nəzərdə tutlub lakin hesabat dövründə 300 ton istehsal olub. Deməli plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyəti (300/250)*100=120% təşkil edir.
Dinamika
Nisbi kəmiyyətlərin çox mühüm növlərindən biri dinamika nisbi kəmiyyətidir. Eyni keyfiyyətli sosial-iqtisadi hadisələrin səviyyələrinin zaman etibarı ilə dəyişilməsini xarakterizə edən nisbi göstəricilərə dinamika nisbi kəmiyyəti deyilir. Müxtəlif dövrlərə aid olan eyni keyfiyyətli hadisələrin müqayisəsi nəticəsində dinamika nisbi kəmiyyəti alınır. Dinamika nisbi kəmiyyəti hadisənin cari (hesabat) səviyyəsinin müqayisə üçün əsas götürülmüş dövrə nisbətən necə dəyişildiyini göstərir. Dinamika nisbi kəmiyyəti əmsal (dəfə) və faiz şəklində ifadə oluna bilər. Bu göstərici həm özündən qabaqkı, həm də uzun dövr üçün hesablanır. Uzun dövr üçün dinamika nisbi kəmiyyəti silsiləvi (özündən qabaqkı dövrə nisbətən) və əsas qaydada hesablana bilər. Uzun dövr üçün əsas qaydada hesablanılan dinamika nisbi kəmiyyətində müqayisə üçün götürüləcək əsas kəmiyyətin düzgün seçilməsinin xüsusi əhəmiyyəti vardır.
Quruluş
Quruluş nisbi kəmiyyəti məcmuyun tərkibini xarakterize edir.Onu hesablamaq üçün məcmuyun ayrı-ayrı hissələrinin kəmiyyətlərini yekun kəmiyyətə bölmək lazımdır.Öyrənilən məcmuyun quruluş nisbi kəmiyyətlərinin cəmi əmsalla hesabladıqda vahidə , faizlə hesabladıqda isə 100-ə bərabər olmalıdır.Burada Yükuna görə faizlə göstərilən hissədəki ədədlər quruluş nisbi kəmiyyətini ifadə edirlər. Və göründüyü kimi cəmləri 100 - ə bərabrdir.
Məsələn ( 2090534 /3566914 ) * 100 = 58,6 %
İntensivlik
Hadisənin yayılma dərəcəsini xarakterizə edən göstərici intensivlik nisbi kəmiyyət adlanır. İntensivlik nisbi kəmiyyəti iki müxtəlif adlı mütləq kəmiyyətlərin müqayisəsi nəticəsində alınır. İntensivlik nisbi kəmiyyətə misal əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm, təbii artım əmsallarını, əhalinin sıxlığı göstəricisini (hər km²-ə düşən əhalinin sayını), işə qəbul və işdən çıxma əmsallarını və s. göstərmək olar.
İntensivlik nisbi kəmiyyəti əmsal, faiz, promille, prodesimille ilə ifadə oluna bilər. Məsələn, promille ilə ifadə olunan doğum əmsalını hesablamaq üçün il ərzində doğulanların sayını 1000-ə vurub əhalinin orta illik sayına bölmək lazımdır. Bu qayda ilə ölüm və təbii artım əmsalları da hesablanır.
Cədvəldə verilmiş göstəricilər intensivlik nisbi kəmiyyətləri olub, əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm və təbii artım göstəricilərini dinamikada xarakterizə edir.
Koordinasiya
Koordinasiya nisbi kəmiyyəti statistika məcmuyunda ayrı-ayrı hissələrin müqayisə üçün əsas götürülmüş hissəyə nisbətini xarakterize edir.Bu göstəricilər quruluş nisbi kəmiyyətinə oxşasada eyni deyil.Bu kəmiyyəti hesablamaq üçün tamın hissələrindən biri müqayisənin əsası kimi qəbul edilir və digər hissələr onunla müqayisə edilir.
Məsələn : Azərbaycan Respublikasında hər 1000 kişiyə düşən qadınların sayı 2000-ci ildə 1045,8, 2003-cü ildə isə 1038,9 olmuşdur. Ayrı-ayrı yaş qruplarında bu göstərici ciddi fərqlənirlər. Belə ki, 20-24 yaş qrupunda 2003-cü ildə bu göstərici 1002,2 olmuşdursa, 30-34 yaş qrupunda 1118,1, 70 və daha yuxarı yaşda 1234,9 olmuşdur.
Məsələn: 2014 – cü il üzrə 30/15=2 hər qadına düşən kişi sayını göstərən koordinasiya nisbi kəmiyyəti 2015 – ci il üzrə 45/10=4,5 hər qadına düşən kişi sayını göstərən koordinasiya nisbi kəmiyyəti.
Müqayisə
Nisbi kəmiyyətlərin çox geniş yayılmış və tarixən ən qədim növlərindən biri müqayisə nisbi kəmiyyətidir. Müxtəlif obyektlərə aid olan eyni növ göstəricilərin müqayisəsi nəticəsində alınan göstəriciyə müqayisə nisbi kəmiyyəti deyilir. Müqayisə nisbi kəmiyyətinin düzgün hesablanmasında əsas məsələ müqayisə edilən göstəricilərin eyni dövrə aid olmasıdır və göstəricilərin eyni metodla hesablanmasıdır. Müqayisə nisbi kəmiyyətləri, bir qayda olaraq, əmsal (dəfə) və faiz şəklində ifadə olunurlar.
Cədvəldə 2012-ci il üzrə ölkələrin ÜDM həcmi verilmişdir.Bu göstəricilər eyni dövrə aiddir.Burada bir göstəricini baza göstərib və ya cəmlərini 100% göstərib bir-birləri ilə müqayisə edə bilərik .
Ədəbiyyat siyahısı
S.M.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Dərslik. Bakı. 2005
Əlisa Zeynallı, Zakir Zeynallı. Statistika: Ümumi nəzəri məsələlər. Avropa Nəşriyyatı, 2011.
Y. H. Həsənov. Statistika. Praktiki nümunələrlə. Tuna nəşriyyatı, Bakı 2014.
Dostları ilə paylaş: |