11.11.2009
MƏTBƏX DÖYÜŞLƏRİ – XALQIMIZIN
BİŞ-DÜŞLƏRİ
“Sizi deyib gəlmişəm, ey mənim
müsəlman bacı və qardaşlarım…”
Cəlil Məmmədquluzadə
Televiziya həyatımıza daxil olan gündən, demək olar ki, radionu,
kino-teatrı, mütaliəni kölgədə qoyub, amma bizim gənclik dövrümüzdə
televiziyanın elə də böyük imkanı yox idi. Azərbaycan televiziyasında
sovet vaxtının siyasi ab-havası kəskin şəkildə vəsf olunurdu. Az bir hissəsi
isə kinonu, musiqili-bədii verilişləri əhatə edirdi. Müstəqilliyimizi qa-
zanandan sonra dünyaya hərtərəfli çıxış imkanı yarandı. Mobil telefon,
kompüter, internet, radio, müasir televiziya sahəsində cövlan edən saysız-
hesabsız telekanallar… Ölkəmizdə də dövlət televiziyasından başqa bir çox
müstəqil telekanallar günümüzün gerçəkliklərini əks etdirməyə başladı.
Müasir zəmanəmizdə insan mənəviyyatının təkmilləşməsində televiziya
öncül rol oynamaqdadır. Hər kəs evində otura-otura dünyanın hər yerindən
xəbər tutmaq, ömründə eşitmədiyi və üzünü görmədiyi adam haqqında
məlumatlanmaq və onu seyr etmək şərəfinə nail olur. Televiziya bir
həftənin içində alim olmayanı alim, şair olmayanı şair, müğənni olmayanı
müğənni etmək qüdrətinə malikdir və yaxud əksinə. Ona görə televiziyanın
həyatımızda oynadığı rol heç nəylə ölçülmür və bu rol danılmazdır. O,
insanın ruhunun və mənəviyyatının təkmilləşməsində əvəzolunmaz bir
vasitəyə çevrilib. Əslində saatlarla ekran qarşısında oturub ona aludə olmaq
insanın psixi durumunda qarşısıalınmaz çətinliklər yaradır. Beyin yorulur,
insan özünü halsız və xəstəhal hiss edir. Heç bir işin qulpundan yapışmaq
istəmir, hətta adamda baş ağrıları, ürək sıxıntıları, mənəvi yorğunluq yaradır.
72
Ümumiyyətlə, heç nəyə həddindən çox aludə olmaq lazım deyil. Hər şey
qədərincə olanda insana gözlənilməz problemlər yaratmır. Televiziyanın
reklam gücü o qədər geniş və əhatəlidir ki, o, insanları asanlıqla öz təsiri
altına sala bilir. İradəsi zəif adamlar isə bu təsir gücündən heç çıxa da
bilmir. Kompüter, əgər müasir zəmanənin əvəzolunmaz, heyrətedici kəşfi
sayılsa da, ancaq o da kütləvilik baxımından televiziyanın yerini vermir.
Televiziya məişətimizə daxil olandan, hətta radionu, mütaliəni kölgədə
qoydu. Bütün bunlara rəğmən ekran aludəçilərinin sayı milyonlarladır.
Müstəqilliyimizi qazanmaq bizə qürur, əvəzolunmaz səadət bəxş edib.
Keçmiş quruluş, sovet qayda-qanunları iflasa uğradı, sanki dəhşətli bir sel
oldu, bu sel özüylə qabağına nə çıxdısa hər şeyi götürüb gəldi. Həyatımızın
hər sahəsində xoşagəlməz hallar baş versə də inkişaf da duyulmaqdadır. Bu
xoşagəlməz hallar elə həyatımızın güzgüsü olan telekanallarda da tüğyan
edir. Bütün günü əttökən şou layihələr adamın əməlli-başlı zəhləsini aparır.
Özəl telekanallarda biz daha nələrlə üzləşmirik? Reklam xatirinə dəyərsiz,
mənəviyyatımızı aşağılayan verilişlərin, falçıların, baxıcıların, serialların,
aşağı səviyyəli insanların ailədaxili problemlərinin ekran nümayişi, oxuya
bilməyən müğənnilərin, şeirdən, şeriyyətdən başı çıxmayan dırnaqarası
şairlərin, bir sözlə, çulğalanan meyxanaçıların özəl kanallarda at oynatması
adamda vallah, billah ikrah hissi oyadır. Düşünürsən o boyda Müslüm
Maqomayev, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova,
Rübabə Muradova, səsinin sədası hələ də qulaqlarımızda qalmış Akif
İslamzadə, Zeynəb Xanlarova kimi musiqi nəhəngləri yetirmiş bu ölkə, bu
xalq niyə birdən-birə belə kasadlaşıb? Səhərdən axşama, axşamdan səhərə
qədər oxuya bilməyənlər, necə deyərlər, istedadı olmayanlar telekanallarda
lövbər salıb. Az qalıb ki, bütün millət müğənni, şair, yazıçı və jurnalist ol-
sun. Kimi əlinə mikrofon, kimi isə əlinə qələm-kağız götürüb Azərbaycan
insanının, Azərbaycan gəncinin mənəviyyatını korlamaqla məşğuldur.
Telekanallarda baş alıb gedən yemək-içmək şoularının üstündə isə
məxsusi dayanmaq istərdim. Bu mətbəx döyüşləri bütünlükdə özəl tele-
kanalların bir çoxunu işğal edib. Adama elə gəlir ki, bu ölkədə insanın
yemək-içməkdən başqa dərdi-səri yoxdur. Əməlli-başlı tele-kanallarda
mətbəx döyüşləri gedir. Cürbəcür təamlarla dolu süfrələr adama şadlıq
evlərindəki hay-küyü, qulaq batıran mənzərəni xatırladır. Bərbəzəkli
mən zillər, bahalı qab-qaşıqla bəzədilmiş və əhalinin ac təbəqəsinin çox-
dan üzünə həsrət qaldığı yemək-içmək yarışması televiziyadan bu
73
bədbəxt, bəxti kəm insanlara acıq verir. Guya onlar ərə getməyə ha-
zırlaşan qızlarımıza xörək bişirmək, süfrə açmaq, bir sözlə, evdarlıq
dərsi keçirlər... Xalqımızın elə adət-ənənələri var ki, dünya durduqca öz
keyfiyyət və kəmiyyətini itirməyəcək. Ruhumuzun qida mənbəyidir. Elə
biş-düşümüz, yəni süfrəylə bağlı nemətlərimiz də bu qida mənbəyinə
daxildir. Adətimizə görə, bişən xörəyin iyi ətrafa yayılıbsa, mütləq on-
dan yaxın qonum-qonşuya daddırardılar, əks halda bu günah sayılardı.
Əgər buna maddi imkan yoxdursa onu aləmə faş etməzdilər. Sakitcə səhər
yeməyi, nahar, şam edərdilər və yemək mərasimi pünhan bir iş sayılardı,
amma bu gün tele-kanallarda mətbəx döyüşləri, yemək prosesinin şouya
çevrilməsi, yemək zamanı bayağı didişmələr, çəkişmələr, qulaqbatırıcı
yüngül gülüşlər, hətta yeməyin içindən çıxan tükü tamaşaçının gözünə
soxmaq, göz yaşları, küsüb yemək süfrəsini tərk etmək və bir çox buna
bənzər hallar ikrah doğurur. Görəsən, bu layihələrlə özlərinin “istedadını”
tamaşaçı qarşısında nümayiş etdirənlər bilmirmi ki, süfrədə reklam olu-
nan o təamların çoxunun üzünə adamlarımızın bəziləri həsrətdirlər. Yalnız
bəlkə yatanda yuxuda görürlər. Axı heç işləməyən və yaxud az təminatlı
ailələr var ki, aylarla ət, balıq, toyuq üzünə həsrətdirlər. Evində soğan
suyu bişəndə sevinirlər. Bizim dırnaqarası istedadlı tele-aparıcılarımız
isə mətbəx şoularını kanallara çıxarmağı böyük kəşf sayır. Necə deyərlər,
kasıb təbəqənin ağzının suyunu axıtmağı özlərinin məqsədi seçirlər.
Allah bərəkətinə bu cür yüngül münasibət bəsləmək nədən xəbər verir:
mənəviyyatdan və ya mənəviyyatsızlıqdan?! Bu mətbəx döyüşləri bizə
nəyi aşılayır? Bəla burasındadır ki, adına “yarışma” deyilən bu üzdəniraq
şoulara şəxsiyyətlərinə hörmət, izzət bəslədiyimiz əsl sənət adamları da
qatılır. Axı biz başa düşə bilmirik, evinin içini, əşyalarını, yemək-içməyini
camaata reklam edənlər nə məqsəd güdürlər? Bununla gündəmdəmi qa-
lmaq istəyirlər? Belə gündəmdəmi qalarlar? Onlar bilmirlərmi ki, xalqın
gözündə kiçilirlər, özlərini gözdən, nəzərdən salırlar, adiləşirlər. Bizə
onların sənəti və yaxud ev-eşiyi, zinət əşyaları, biş-düşümü lazımdır? Axı
sənət olan yerdə bütün bunlara nə hacət?.. Biz bu kimi dərdlərimizin bir
parasını qələmə aldıq, amanı ürək yaxır, Allah yamanından saxlasın…
Amin!
15.11.2009
|