07.10.2011
DAMCILIDAN GƏLƏN SƏSLƏR
Mənə elə gəlir ki, Vətən sevdası, yovşan iyi verən yurd sevgisi, ocağa
bağlılıq kənddən başlayır, çünki kənddə yad dildə danışmırlar, insan
doğulub beşiyə qoyulandan sonra anası hansı dildə ona pıçıldayırsa, uşaq
da o dilin şirinliyini, odunu, közünü havayla birgə ciyərlərinə çəkir. Bu
dilin sehri körpənin qanına işləyir, ruhuna çökür. Kənddə daha çox mil-
lilik, şifahi ədəbiyyatımızın inciləri analarımızın beşik başında söylədiyi
laylalardan, nənnini yellədə-yellədə, yırğalaya-yırğalaya dilinin ucuna
düz düyü ninnilərdən ürəyimizə süzülür və qəlbimizin ən dərin guşələrində
ocaq çatır, köz bağlayır. Hələ körpə ikən damarımızda dövran edən
qanımızda şimşəklərtək çaxır, ağlımızın, ruhumuzun buzlaşmaması üçün
bizə daim od-atəş verir. Elə Vətənə bağlılıq da nənələrimizin, adları heç yerdə
çəkilməyən bu el şairələrimizin canından canımıza adlayır. Onlar təndir sala-
139
sala, ocaq çatıb lavaş yaya-yaya, nehrə çalxaya-çalxaya bal dillərindən süzülən
bayatıları söz boğçalarında əzizləyə-əzizləyə nəsildən-nəslə bizlərə ötürüblər.
Bir növ kimliyimizi bu söz incilərilə bizlərə diqqət ediblər. Bax beləcə yaranıb
inkişaf edib dilimiz, kimliyimiz, sözümüz və özümüz!
Yeri gəlmişkən, bunu qeyd etmək yerinə düşər ki, bəzən ayrı-ayrı
yazarlarımızdan eşidirik, hansısa şerin misralarında, nəsrin cümlələrində
müəllif arxaik sözlərdən istifadə edib. Çox hörmətli həmkarlarımın nə-
zə ri nə çatdırmaq istəyirəm ki, hansısa söz adamına tanış olmayan ifa-
dəyə arxaik damğası vurmaq olmaz. Əksinə, ayrı-ayrı bölgələrimizdə
el ara sında işlənən ifadələri bədii ədəbiyyata gətirmək dilimizi zəngin-
ləşdirmək deməkdir. Dilimizin zənginliyini arxaik damğasıyla yaral-
amaq yolverilməzdir. Ola bilsin ki, sözə arxaik damğası vuran müəllifin
doğulduğu yerdə o sözdən istifadə olunmur. O demək deyil ki, ona tanış
olmayan söz arxaik sözdür. Bir vaxt Salman Mümtaz kimi ədəbiyyatımızın
qeyrətini çəkən tədqiqatçılarımız bölgələrimizi qapı-qapı düşüb dilimizin
zənginliyindən istifadə edərək el arasında işlənən sözlərlə ədəbi dilimizi
formalaşdırırdılar, onun inkişafı naminə gecə-gündüz, yorulmadan məşğul
olurdular. Əbəs yerə demirlər ki, mütaliə insanın dilini zənginləşdirir,
bu yolda gözlərinin işığını yağ kimi əridən söz adamının yaratdığı bədii
ədəbiyyat yurdlarımızın dil şirinliyindən yaranıb və yaranır.
Məhz Vətən hissi, dilə, kökə bağlılıq gül analarımızın, nənələrimizin
qönçə dodaqlarından qəlbimizə çağlar çeşmə kimi axdıqca axıb. Dədə-
lərimizin, babalarımızın, atalarımızın yaratdıqları əfsanələr, dastanlar,
növbənöv atalar məsəlləri bəzilərimizin “kəndçi” deyib yuxarıdan aşağı
baxdığımız bu canlı, köklü-köməcli söz xiridarlarının bağrından qo-
pub, məhz bu gün şifahi xalq ədəbiyyatı dediyimiz bu söz boğçasının
yaranması üçün biz elə, elata, yurda, ocağa, onun əsrarəngiz gözəlliklərinə,
ürəklərimizi təlatümə gətirən və bizi bir maqnit təki öz qoynuna çəkən
KƏNDƏ borcluyuq...
Şəhərin ürək sıxan səs-küyü, sıxlığı, soyuqluğu, öz kökünə, soyuna
yadlaşma diktəsi bizləri bir qədər dərinə varmağa, özümüzdən qopmamağa
çağırır. Milli mənlik, qürur, ləyaqət hissini itirməməyi bizlərə aşılayır.
Asfaltın qışda bumbuz, yayda can yandıran istisi insanda necə torpaq,
ocaq sevgisi yarada bilər? Əgər analarımızın çatdığı o ocaqlarımız yox-
dursa?.. Bütün günü internet çatlarında özündən uzaqlaşmağa ayaq döyən
bəzi dırnaqarası vətənpərvərlər avropalılar kimi dəyişmək, yeniləşmək
140
istəyirlər. Avropalılar isə, əksinə, bu cür düşüncə sahiblərini mədələrində
həzm etmək istəyirlər. Vətəndən yazmağı, Vətəni vəsf etməyi özlərinə ar
bilən bu dırnaqarası bahadurlara deyəsən anaları beşik başında layla da
çalmayıb, əgər çalmış olsaydı içlərində bir Vətən hissi oyanmış olardı...
Bəlkə də bu yaxınlarda televiziya kanallarının birində şair həmkarımın
“Mən Müdafiə Nazirliyində işləmirəm ki, Vətən haqda şeir yazım”
deməsi məni dəhşətli dərəcədə çalxalamasaydı, mən Əli Rza Xələflinin
yenicə çapdan çıxmış “Damcılı” kitabına üz tutub bu poema haqqında
söz deməyə ehtiyac duymayacaqdım, çünki düşünürdüm ki, kitabda əsər
barədə həmkarlarım gen-bol sözlər deyiblər. Bir anlıq mənə elə gəldi ki,
biz kifayət qədər Vətən haqqında yazılan bədii ədəbiyyat nümunələrinə
diqqət kəsilmirik. Onları az təbliğ edirik, başımıza gələn yurdla bağlı
müsibətlər bizə görk olmur ki, olmur. Ona görə bəzi gənclər arasında yurda
biganəlik, başqa xalqların, millətlərin əsirinə çevrilmək, onlara can-dildən
pərəstiş etmək kimi dəhşətli fikirlər mətbuat aləmində baş alıb gedir. Vətən
məhəbbəti mənlik hissindən cilalanır. Mənlik hissi olmayan adamların
Vətən sevgisi olmaz, çünki biz hamımız Allahın bəndəsiyik. Allah öz
yaratdığı bəndələri fərqliliyinə görə dil, din məsələsində bir-birindən üstün
tutmayıb. Mənliyi olan adam heç kimə alçalmaz və heç kimin qarşısında
yaltaqlıq etməz, qul olmaz. Qul üçün fərqi yoxdur, kimdir onun yiyəsi!
Sən əgər qul hisslərin əsirisənsə, milli təəssübkeşlik səndə yoxdursa, sən
necə Vətəni sevə bilərsən? Necə deyərlər, elə mənim də şair həmkarımın
dilindən qopduğu xətadan yana doğdu bu kitab haqqında yazmaq istəyim.
İlahi, necə şair, yazıçı olasan, Vətəndən bir kəlmə söz deyə bilməyəsən?..
Özü də min bir yerə parçalanmış bizim doğulduğumuz Vətəndən!..
Deyirlər, qulaq gündə bir təzə söz eşitməsə kar olar...
Nə isə, dəyərli oxucular, sizi çox yormayım, əsas mətləbə qayıdım. Elə
Əli Rza Xələflinin də “Damcılı” poeması təlatümlü ürəyin insanı riqqətə
gətirən həzin söz çalarlarıyla şair ruhuna boyanmış yurd dastanıdır.. Əsərin
lakonik yazılması da onun oxunaqlığını artırır, çünki indi informasiya əsridir.
İnsanlar şam, neft lampasının işığında mütaliə etmirlər. İndi xəbər çoxluğu
o qədərdir ki, bu əsrin adamları uzun-uzadı səhifələnmiş bədii əsərləri
xoşlamırlar, daha doğrusu, mütaliə etməyə səbirləri çatmır. Elə poemanın
diqqət çəkən məziyyətlərindən biri də odur ki, o qısa və əhatəlidir. Oxucu
müəllifin müraciət etdiyi bölgə haqqında tam məlumatlana bilir. Vətənin
hansı hissəsindən yazırsan yaz, sən onu sözün qüdrətilə bədiiləşdirə-
141
bədiiləşdirə təbii hisslərlə tarixə köçürürsən. Tarix isə elə ilkin olaraq söz
sərraflarının ağlından və qələmindən həyatilik qazanır. Başıbəlalı, sinəsi
azğın yağılar tərəfindən min bir yerə parçalanmış, sönmüş, ocaqlarına su
calanmış Vətənin qərb hissəsində uca dağlardan üzü aşağı süzülən, qayalar-
dan aram-aram ələnən, göz yaşı kimi dumduru bir bulaqdan söz açır müəllif.
Qazaxın Daş Salahlı kəndinə toya gedən şairi bulağın qeyri-adiliyi ovsunlayır.
O da ovsununa düşdüyü Damcılı bulağına gözəl bir poema yazır. Əsərlərinin
ab-havasıyla tərbiyələndiyimiz böyük Səməd Vurğunun, “İdeal”ı ilə məni
hələ də heyrətdə qoymuş İsa Hüseynovun (Muğannanın), “Dəli Kürü” ilə
qəlbimizdə özünə yer qazanmış İsmayıl Şıxlı kimi sənətkarların diyarıdır
Qazax mahalı. Bu bölgə qurudu, xingalı, qatlaması, yurdcanlılığı, elə bağlılığı,
istiqanlılığı ilə dillər əzbəridir, məhz Əli Rza Xələfli də qonağı olduğu bu gözəl
bölgədən söz ovqatını kökləməmiş qayıtmayıb.
Maraqlı və diqqətçəkən cəhət odur ki, müəllif oradakı camaatın Damcılı
adı verdiyi bulağa əlavə bir ad da qoyub: “Ağlayan gözəl”ə nə gözəl dey-
im, nə gözəl bənzətmə! Qayalardan damcılar şəklində süzülüb gəlib daş
hovuza tökülən bulağın əsrarəngizliyi şairi ovsunlayıb və könlünü riqqətə
gətirib. Şair təbiətin rəssam fırçasıyla işlədiyi bu gözəlliyə biganə qala
bilməyib və onun sözlə çəkdiyi təsvirini belə şeirlə cilalayıb:
Dostları ilə paylaş: |