191
Yardımlı – ölkəmizin
uzaq, ucqar “Sibiri”.
Hafiz Rüstəm indi bir tarixə çevrilmiş sovet dövrünün yaşantılarını
qələmə alır. O, Rus İmperiyasının ölkəmiz içində cızdığı sərhədlərinin
törətdiyi fəsadları poemanın misralarına gətirir. Vətən içində öz yurd-
yuvasına çətinliklə gedib-gələn insanların məşəqqətli həyatını yana-yana
qələmə alır. O, parça-parça, tikə-tikə olmuş başıbəlalı Azərbaycanın faciəvi
taleyini, bütünlükdə hamımızın ürək ağrısını poemasında əbədiləşdirir.
Hələ tələbəlik illərində Bakı Universitetində oxuduğum zamanlarda tələbə
yoldaşlarım Naxçıvana, Yardımlıya bir çox sərhəd rayonlarına gediş-
gəlişin başağrısı olduğunu deyirdilər. Onların başıbəlalı Azərbaycanımızın
içərisindən çəkilmiş tikanlı məftillərin hər iki tərəfində həsrətli gözlərin
axıtdığı kədər yaşlarının hekayətini nəql etdiklərinin şahidi olmuşam.
Tələbə yoldaşlarım öz doğma yurdlarına çətinliklə gedib gəlirdilər, məhz
şair də bu həyat hekayətində xalqın keçirdiyi acı-ağrıları misraların dili ilə
oxucuya bəyan edir. Müəllif əsərin “İlk bahar lövhələri” bölməsində öz
halı-əhvalını dağlarla bölüşür:
Sizinçün burnumun ucu göynəyir,
Burnumdan uzağa getmədim, dağlar.
Mən də bəxtəvərdim guya şəhərdə,
Əslində murada yetmədim, dağlar.
Sizsiz neçə-neçə illər ötüşdü,
Əsdi rüzgarlar, yellər ötüşdü,
Ələndi qar-yağış, sellər ötüşdü,
Mənsə yanınızdan ötmədim, dağlar.
Deyirlər ki, insanın yaxşı günləri barmaqların sayı qədərdir. Müəllif
dağlara həsr etdiyi bu gözəl qoşmasında keçirdiyi xoş günlərinin
xatirələrindən doğan yurd istəyini, təbiət gözəlliklərini misraların sehri
içində bəsləyir. Sözün aliliyi ilə təbiət mənzərələrinə aşina olur. Şəhərin
texniki üstünlükləri saf kənd havasının, onun təbii yeməklərinin qarşısında
olduqca aldadıcı və keçicidir. Adam yaşa dolduqca, fiziki problemlər or-
taya çıxdıqca daha çox o təmizliyin, o saflığın, o büllurluğun həsrətini
192
çəkir. Hər kəsə bəllidir ki, candan şirin heç nə yoxdur, o şirin can bədən
ağrıları artdıqca öz öhdəsinə düşən yükü çəkə bilmir. Yavaş-yavaş insan
özü üçün sakit bir guşə arzusunda olur. O sakit guşələr isə uf demədən atıb
gəldiyimiz yurdlar, obalardır, məhz Hafiz Rüstəm də o obaların, o yurdların
qəlbdən getməz məhəbbətini möhtəşəm sözün axarı-buxarı ilə misralarının
ovqatına kökləyir. Qardaşım Hafiz Rüstəm, yurdun şirinliyi canla ölçül-
ür, can nə qədər insana əzizdirsə, yurd da elə can mərtəbəsindədir. Mən
əsgərlikdən sonra Rusiyanın ucqarlarının birində gün-güzəran sürmüş bir
nəfər yurddaşımızın ağır vəziyyətdə kəndə dönüb ata evinin daş divarını
qucaqlayıb hönkür-hönkür ağladığının şahidi olmuşam. Nə idi ömrünün
qüruba enən çağında onu kilometrlərlə yolu qət edib can ağrılarıyla ocağa
gətirən?! Mənə elə gəlir ki, beynin hansısa qatında özünə yuva salmış ocaq
sevgisi, uşaqlıq xatirələrində mürgüləyən ata mehri, ana məhəbbəti idi. Diş
göynədən bulaqların şaqqıltısı şairi hansı andasa gecə yuxusundan ayıldıb,
şirin yuxusuna soyuq su səpib:
Get Çanaqlı bulağa
Diş göynədən,
Dil-damaq donduran
Bir kuzə su gətir…
Necə deyərlər, bir el mahnısında deyildiyi kimi:
Dostları ilə paylaş: