Əməliyyat sistemlərinin inkişaf istiqamətləri Əməliyyat sistemlərinin inkişafı haqqında uzunmüddətli proqnoz vermək çətindir, ona görə ki, kompüter bazarı olduqca dinamikdir Odur ki, yalnız əməliyyat sistemlərinin inkişafının mümkün istiqamətlərini təyin etmək olar
Birinci istiqamət əməliyyat sistemlərinin mürəkkəbləşməsidir Müasir ƏS (məsələn, Windows 95/98/2000 və ya OS/2 Warp) olduqca çox proqram və utilit külliyyətinə çevrilərək diskdə böyük yer tutur
İkinci istiqamət kompüterə müxtəlif obyektlərin ekranda təsvir üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü texnologiyanın əməliyyat sistemlərində tətbiqi
Üçüncü istiqamət əməliyyat sistemləri və proqram təminatı həmişə kompüterin aparat hissəsinin arxitektur həllini əks etdirir Burada əsas ideya 32-mərtəbəli mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və sonradan 64-mərətəbəli ƏS-nə keçməkdir
1996-cı ildə SunSoft kompaniyası Internet dən paylaşdırılan tətbiqi proqramlarla iş üçün 64-mərtəbəli Solaris- əməliyyat mühütü yaratdı Santa Crus Operation kompaniyası isə SCO UNIX Ware 21 versiyasının yaradılması haqqında məlumat verdi Bu UNIX ailəsindən yüksək sürətli, şəbəkələrlə və müxtəlif protokollarla işləmək imkanı olan 64-mərtəbəli ƏS-ə keçid idi
Internet texnologiyasının sürətli inkişafı əməliyyat sistemlərinin inkişafı tendensiyasını sürətlə dəyişdirir ƏS-nin inkişaf istiqamətlərindən biri fərdi kompüterlərdən tutmuş super kompüterlərə kimi bütün hesablama sistemlərində işləyə bilən ƏS-nin yaradılmasıdır
Buna UNIX ailəsindən olan 64-mərtəbəli IRIX ƏS-ni misal göstərmək olar Burada əməli yaddaş 16 Qbayt olmaqla, 1 Tbayt virtual yaddaşdan istifadə etmək olar Bu əməliyyat sisteminə XFS fayl sistemi daxildir ki, bu da 9 milyon Tbayt ölçülü faylla işləyə bilir və bir kataloqda 64 milyon fayl saxlamağa imkan verir
Dostları ilə paylaş: |