Sıra sayı Mövzular Mühazirə



Yüklə 0,77 Mb.
səhifə103/103
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#34839
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   103
sistem proqramlasdirmasi ve emeliyyat sistemleri aze

Vektor şriftləri Vektor şriftləri simvolu təsvir edən riyazi tənliklər şəkilində yadda saxlanılır Vektor şriftləri plotterlərdə istifadə olunur Windows-da 3 vektor şrifti mövcuddur: Modern, Roman və Script

Windows-da xüsusi simvolları yaratmaq mümkündür Private Cnarter Editor (Liçnıx simvolov Xüsusi simvollar) redaktoru sonradan istifadə üçün simvol və emblemləri yaratmağa imkan verir Redaktoru yükləmək üçün Run bəndində eudcedit daxil etmək lazımdır



Klaviaturanın quraşdırılması Müxtəlif dillərdə mətnləri daxil etmək üçün klaviaturanın düzülüşündən istifadə olunur Klaviatura düzülüşü Control Panel dən Keyboard (Klaviatura) seçilir Burada İnput Locales Əzıki i raskladki vərəqindən yeni dilləri əlavə etmək və ya əvvəlkiləri silmək olar Burada bir dildən digərinə keçmək üçün klaviş seçilir məsələn, Ctrl+Shift

 


Əməliyyat sistem proqramının təyinatı, örtük proqramı. Ümumi məlumat
ƏS. Proqramı komputerin çox vacib funksiyalarını yerinə yetirir. Bu səbəbdən də onu komputerin “canı“ adlandırırlar. Hal-hazırda müxtəlif strukturlu çoxlu sayda əməliyyat sistemləri yaradılıbdır. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqələr təşkilinə və bir çox başqa əlamətlərinə görə fərqlənir və bütün müasir komputerlərdə istifadə olunurlar.

Örtük proqramları fayllar (üzərində) üzərində əməliyyatı aparmaq üçün nəzərdə tutulub. Məs: faylı bir neçə hissələrə bölərək və onların faye formatını dəyişdirmək və bu kimi məsələləri yerinə yetirmək.

Təqdim olunan proqram ən geniş istifadə olunan əməliyyat sistemlərinin və örtük proqramlarının iş prinsiplərini və əsas funksiyalarının öyrənilməsi üçün nəzərdə tutulub.

Əməliyyat sistem proqramı deyiləndə böyük və kiçik proqranlardan ibarət olan uzlaşmış dəstə nəzərdə tutulub. Yəni əməli sistem proqramı deyəndə birdənə proqram nəzərdə tutulmur.- bu birneçə proqram dəsti, birliyidir. Əməliyyat sistem proqramı istifadəçi və komputer arasında olan ünsiyyəti asanlaşdırmaq üçün yaradılmışdır.

İstifadəçi və komputer arasında dialoqu yaradan, komputerdə olan digər proqramların işləməsini təmin edən və komputerin qurğuları arsında əlaqə yaradan proqrama Sistem proqramı deyilir.

Əməliyyat sistem proqramının tərkibini təşkil edən proqramlara Modul proqramları deyilir. Modul proqramlarının hərəsi komputerin bir funksiyasını y/y-r. Bu funksiyalar müxtəlif olur: bəzi funksiyaları yer. yetirən proqramlar xarab olsa ola komputer nasaz vəziyyətdə işlayə bilər. Ancaq əməliyyat sistem proqramının tərkibində elə də proqramlar vardır ki, onların biri pozulduqda belə komputer artıq işləmir. Həmin bu proqramlara Nüvə proqramları deyilir, onlar sistem proqramının özəyini təşkil edirlər.

Hazırda müxtəlif əməliyyat sistem proqramları mövcuddur, istifadəçi özü seçir və özü üçün sadə, istifadədə rahat və əlverişli olan əməliyyat sistem proqramını öz komputernə quraşdırır

Örtük proqramlar. Fayl menecerlərinin təyinatı

Bildiyimiz kimi əməliyyat sistemi proqramlarının asas təyinatı: istifadəçinin komputerdə işləməsi prosesini asanlaşdırmaqdır.

Hərdən komputerdə hansı işə əməliyyatı yerinə yetirmək üçün əməliyyat sisteminin imkanı bizim üçün o qədər də əlverişli olmaya bilər, yəni həmin əməliyyatı yerinə yetirərkən əməliyyat sisteminin vasitələri bizə çətinlik yarada bilər və xoşumuza gəlməyə bilər. Əməliyyat sisteminin standart vasitələri nə gədər az olsa, bir o qədər də bu sistemin imkanlarını asanlaşdı­ran proqramlara ehtiyac var. Nə qədər ki, əməliyyat sisteminin tərkibində fayllarla (proqramlar­la) işləyən yaxşı bir proqram olmayacaq, milyonlarla komputer istifadəçilərinin hərəsi öz komputerinə bu işi yerinə yetirən xüsusi proqramları quraşdırmalı olacaqlar. Belə proqramlara Fayl menecerleri proqramları deyilir.

Fayllar üzərində əməliyyatların aparılması prosesini asanlaşdıran proqramlara Fayl menecerleri deyilir

Əməliyyat sistemlərinin fayllarını idarə etmək sahəsində olan çatışmamazlıqları, çox – sayda gündəlik əməliyyatları asanlaşdıran örtük proqramlarının yaradılmasına səbəb oldu. Örtük proqramları əməliyyat sisteminin əmrlərinin yazılışı, işləməsi ilə bağlı incəliklərin bir növ üzərini örtür, bu incəlikləri istifadəçidən gizlədir, istifadəçi sadə əməliyyatlarla əməliyyat sisteminin əmrlərini icra edə bilər.Özəlliklə, 80 – ci illərin ortalarında PC – Tools proqramı geniş yayılmışdır. Sonra isə 80 – ci illərin sonlarında artıq NORTON Commandır örtük proqramı geniş yayıldı. Onun sayəsində komputerdə artıq MS – DOS – un qara ekranı deyil, iki göy panel ekranın standartı sayılırdı. MS – DOS əməliyyat sistem proqramı ən köhnə və ən dəqiq işləyən sistemdir, ancaq ona nə istifadədə asan, nə də işdə əlverişli demək olmaz. Bu proqramla işləməni asanlaşdırmaq üçün xüsusi örtük proqramı deyilən NC proqramından istifadə edilir, hansı ki MS – DOS altında işləyir.

Əməliyyat sistem proqramların nümunələri: Windows. NT, OS\2, Windows 95, Windows 98, 2000, Windows XP, Windows Wista.

MS – DOS haqqında ümumi məlumat. MS – DOS un tərkib yüklənməsi.

MS DOS əməliyyat sistemi (Microsoft Disk Operating System – yəni Microsoft firmasının istehsalı olan disk əməliyyat sistemi) İBM PC komputerləri ilə eyni vaxtda yaradılmışdır. Bu sistem 16 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş komputerlərdə istifadə olunur. Hal – hazırda o, fərdi komputerlər üçün əsəs əməliyyat sistemi kimi çox geniş yayılmışdır.

MS DOS sistemin bir sıra versiyaları yaradılmış və onların hər biri əvvəlkinin təkmilləşdirilmiş variantıdır. Bununla yanaşı, sistemin əvvəlki versiyaları üçün yaradılmış proqramlar yəni versiyalar üçün də öz əhəmiyyətini itirməmişdir.

MS DOS komputerin daimi yaddaşında saxlanılan əsas idarəedici proqram olub, yaddaşın proqramlar üçün bölünməsini faylın disketdə yerləşməsini avadanlıqlardan ( klaviatura, displey, disk sürücüsü, sərt disk ) daxil olan siqnallara və işləyən proqramlara qulluğu həyata keçirir.

Son 20 il ərzində istehsal olunan İBM markalı komputerin texniki texniki xarakteristikaları fantastik sürətlə artmış və bu komputerlərin göstəriciləri 80 – ci illərdə istehsal olunan komputerlərin göstəriciləri ilə müqaisəolunmaz dərəcədə ( yüz, hətta min dəfə ) yaxşılaşdırılmışdır. Bu səbəbdən də Microsoft firması istehsal olunan müasir fərdi komputerlərin texniki göstəricilərnə uyğun MS DOS əməliyyat sistemində çoxlu sayda dəyişikliklər etmiş, əməliyyat sisteminin bütün imkanlarını artıraraq effektiv istifadə olunmasına şərait yaratmış, sistemin daha güclü komputerləri birgə işləməsini təmin etmişdir.

Qeyd etmək yerinə düşərdi ki Microsoft firması MS DOS əməliyyat sisteminin versiyalarını işləyib hazırlayarkən əsas iki prinsipə üstünlük verilmişdir:

1. MS DOS – un birinci və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında mütləq uzlaşma olmalıdır.

2. MS DOS – un istənilən versiyası İBM və onunla uzlaşan digər komputerlər ilə birgə işləmək imkanına malik olmalıdır.

MS DOS əməliyyat sisteminin üstün cəhətlıəri bunlardır:

* Geniş imkanlı əmrlər dilinin olması;

* Fayllarla ardıcıl ( qurğularla işlədiyi kimi ) işləməyin mümkünlüyü;

*Çoxsəviyyəli kataloqların ( faylların adları, atributlarını və s özündə saxlayan yaddaş sahəsi ) təşkil olunma imkanı;

* Əlavə xarici qurğularla işləmək üçun sistemə drayverlərin qoşulmasının mümkün – lugu;

* İstifadəçilər ilə dialoq midobtində digər məsələnin həllinin mümkünlüyü və s.

MS DOS əməliyyat sisteminin versiyaları

MS DOS əməliyyat sisteminin 1 – ci versiyası İBM PC fərdi komputerləri üçün Microsoft firması tərəfindın 1981 – ci ildə yaradılmışdır. 1987 – ci ildə Microsoft firmasının yeni 3.3 əməliyyat sistemi üçün yaratdığı versiya faktiki olaraq sonrakı 3 – 4 il ərzində istifadə edilən komputerlər üçün standarta çevrilir. Yaradılmış versiya lazımı imkanlara malik olmaqla yanaşı həm də yıqcam şəkildə hazirlanmışdır. Qeyd edək ki, daha güclü komputerlərdə ( əməli yaddaşı neçə M bayt ) olan 5,0 və 6,0 versiyalı MS DOS əməliyyat sistemlərdən istifadə etmək əlverişlidir. Bu versiyalar əməli yaddaşın 640 kbaytdan çox tutuma , maqnit disklərin isə 32 mbaytdan artıq tutuma malik olmasına imkan yaradır. MS DOS – un 6.0 versiyası isə rezerv proqramlar yaratmağa həmçinin disklərdə sıxılmış informasiyadan təxminləşdirilmiş antivirus proqramlarından istifadə etməyə imkan yaradır.

Əksər istifadəçilər İBM firmasının hazırladığı PC DOS və ya Digital Research firmasının hazırladığı. DR DOS əməliyyat sisteminin 6.0 və ya 7.0 versiyasından istifadə edirlər. Çünki MS DOS – un bu versiyaları istifadəçi üçün əlverişli iş şəraitli yaradır. Adları çəkilən versiyaların çatışmayan cəhəti disketlərin istifadə edilən informasiyanın bir – biri ilə uzlaşmamasıdır.

Fayl və Kataloq anlayışı.

Faylların xassələri, sistem faylları.

Əməliyyat sisteminin daha bir mühüm hissəsi fayl sistemidir. Bu termin vasitəsi ilə iki tamamilə anlayış ifadə edilir. Birincisi, “ fayl sistemi “ dedikdə fayllarla işləmək üçün nəzərdə tutulan əməliyyat sistemi alqoritmləri başa düşülür. İkincisi: fayl sistemi – yadda saxlama qurğularında, məsələn disklərdə faylların saxlanması strukturudur.

Ən ümumi şəkildə faylı yazıların nizamlanmış yığımı, yazını isə faylların ardıcılığı kimi təyin etmək olar.

Fayl sisteminə yadda saxlama qurğularında faylların saxlanması strukturu kimi baxmaq daha münasibdir.

Yazı anlayışı vacib anlayışdır çünki fayllarla məhz yazı terminində işləyirlər. Məsələn mətn faylları ilə simvollar sətrinin yığınları ilə işlədikləri kimi işləyirlər, mətn fayllarında yazı – sətirdir. Videofayl kadrlardan ibarətdir, ona görədə videofaylda yazı – kadrdır. Bəzən faylla baytların ardıcıllığı kimi işləmək daha əlverişlidir, bu zaman hər bir baytı ayrıcayazı hesabetmək olar. Hər bir fayl üçün onun atributlarını saxlamaq lazımdır: 1. Fayl adı; 2. Faylın tipi: adı fayl, yaxud kataloq; 3. Faylın sahibi kimdir və o hansı istifadəçi qrupuna aiddir. 4. Fayldan istifadə hüququ – oxumaq,yazmaq və yerinə yetirmək üç istifadəçi kateqoriyası üçün: – faylın sahibi, faylın sahibinə eyni qrupdan olan istifadəçi və digəristifadəçilər. 5. Faylla işləmək haqqında informasiya – faylın yaradıldığı tarix onda edilən sonuncu dəyişiklik və ondan sonuncu istifadə tarixi və s. Bəzi fayl sistemlərində, məsələn MSDOS – un və ya Windows – un FAT – ında faylın adı adi simvollu ad, məsələn Mənim Faylım ola bilər VNİX əməliyyat sisteminin fayl sistemlərində faylın adı – sadəcə ədəddir, yəni bütün fayllar nömrələnmişdir.

Müasir əməliyyat sistemində eyni vaxtda bir neçə fayl sistemində işləmək tələb olunur. Məsələn diskdə VNİX və ya Windows əməliyyat sistemi ilə işləyən NTFS fayl sistemi yerləşdirilir, çünki həmin sistemlər xüsusi olaraq disklərdəki fayllarla səmərəli şəkildə işləmək üçün yaradılmışdır,yaxud, necə deyərlər, sürətə görə optimallaşdırılmışdır. CD – ROM diiskləri ilə işləmək üçün faylları daha səmərəli şəkildə saxlamağa imkan verən yəni saxlama sahəsinə gürə optimallaşmış IS 09660 fayl sistemindən istifadə edilir. Disklər, məlum olduğu kimi, vaxtı ilə MS DOS əməliyyat sisteminində istifadə edilir FAT fayl sisteminə malikdir.Hamı sadəcə adət edib ki, disket FAT – la işləyir. Bundan başqa, lakal şəbəkələrə qoşulan və ya İnternet vasitəsilə qoşulmaq mümkün olan digər EHM – lərin diskləri ilə işləməyə imkan verən NFS fayl sistemində mövcuddur. Fayl sistemləri arasında fayyların necə adlandırılmasına və yaxud ayrı – ayrı ad sahələrinə dair müxtəlif razılaşmalar mövcüddur. Əlbəttlə Əməliyyati Sistemi adların dəyişdirilməsi və onların vahid salınması işini öz üzərinə götürür. Adların dəyişdirilməsi işinə görə Əməliyyati sisteminin xüsusi hissəsi – Virtual fayl sistemi cavabdehdir, yəni virtual fayl sisteminin əməliyyat sistemindən fayllarla içləmək üçün sorğuları qəbul edərək müvafiq faylın hansı fayl sistemində yerləşdirilməsini müəyyən edir və sorğunu həmin fayl sisteminin əməliyyatna çevrilir.

Mətn faylı yaratmaq.Fayllar üzərində əməllər.

Disket sərt disk ( vinçester ), CD – başqa informasiya daşıcılarında informasiya fayylarda saxlanılır. Fayl – informasiyanı saxlamaq üçün xarici daşıyıcıların adlandırılmış sahəsidir. Fayllarda proqramın mətinləri, mətn sənədləri, ədədi verilənlər, cədvəl qrafik, yerinə yetiriləcək proqramlar və s.saxlanıla bilər. Fərdi komputer üçün fayl əməliyyat sisteminin emal etdiyi əsas informasiya obyekdidir.

Hər bir fayl bir – birindən nöqtə ilə ayrılan 2 – ki hissəli ada malikdir xüsusi ad və genişləndirilmə. MS DOS və Windows 1.0 – 3.11 – də xüsusi ad 1 – dən 8 – ə qədər, genişləndirmə isə 1 – dən 3 – ə qədərsimvollardan ibarət ola bilər. Windows 95/98, Windows NT sistemləri üçün faylın xüsusi adı 1 – dən 255 – ə qədər, genişləndirmə isə 1 dən 3 – ə simvollardan ibarət ola bilər.

Xüsusi adın yazılışı üçün böyük və kiçik latın hərfləri; rəqəmlər və simvollardan istifadə oluna bilər. Adın genişlənməsini göstərmək vacib deyil. Lakin adın genişlənməsi faylın məzmununu barədə əlavə informasiya verdiyi üçün ondan istifadə etmək əlverişlidir. Genişləndirmə faylın tipini təyin etməyə imkan verir. Əgəq fayl exe və com genişləndirilməsinə malikdirsə onda bu fayla icra edilən və ya əmr faylı deyilir. Proqram yalnız belə fayllar vasitəsi ilə işləyirlər. Məsələn: Doc genişləndirilməsi faylın Word proqramında yarandığını və mətn faylı olduğunu göstərir. Əməliyyat sistemi xüsusi adlardan istifadə edilən informasiyanın daxil və xaric olunmasını təkçə faylların deyil, komputerin müxtəlif qurğularının köməyi ilə həyata keçirməyə imkan yaradır. Bu zaman komputerin qurğuları ilə aparılan iş fayllarla aparılan işlə eyni yerinə yetirilir. Lakin belə olan zaman uyüun əmrlərdə faylın adının yerinə komputer qurğusunun adları faylın adı kimi istifadə edilə bilməz.Ümumiyyətlə hər bir faylın və qurğunun adı iş prosesi zamanı istifadəçi tərəfindən onun hansı iş va ya proqramı yerinə yetirməsindən asılı olaraq hərdənbir və ya tez – tez istifadə edilə bilər. Yeni fayl yaratmaq

Hər hansı bir proqramı açmadan sürətli bir şəkildə boş fayl piktoqramları yarada bilər,sonra onları açaraq içərisinə mətn,qrafik və ya sənəd əlavə edə bilərsiniz.Bunun üçün aşağıdakıları yerinə yetirin.

1. İşləmək istədiyiniz qovluq üzərində ikiqat sıxaraq onu açın:

2. Pəncərə açılandan sonra Fill ( Fayl ) menyusundan New ( Yeni ) alt menyusunu seçin və ya pəncərənin boş bir sahəsində sağ düyməni sıxın. Dinamik menyu açılacaqdır.

3. Yaratmaq istədiyiniz fayl tipini siyahıdan seçin piktoqrama ad verin və Enter düyməsini sıxın

Yaratdığınız faylların piktoqramı üzərində ikiqat sıxdıqda avtomatik olaraq açılır. Məsələn Bir Word faylı yaratmışsınızsa, bu faylın üzərində ikiqat sıxdıqda Word proqramı, sonra isə fayl özü avtomatik olaraq açılacaqdır

Fayllar üzərində əməllər

Kataloq anlayışı. Kataloq üzərində əməllər.

Faylların adları maqnit disklərində kataloqlarda qeyd olunur. Kataloq diskində faylların adları, onların ölçüləri,axırıncı dəyişiklik vaxtı, faylların xüsusiyyəti və s. haqqında məlumatlar saxlanılan sahədir. Əqər kataloqda faylın adı saxlanılırsa, onda deyirlər ki, fayl bu kataloqda yerləşir. Hər maqnit diskində çox sayda kataloq ola bilər. Hər bir kataloqda çox sayda fayllar ola bilər və eyni adlı fayl bir neçə kataloqda qeyd oluna bilər. Hər bir kataloq ada malikdir və özü başqa kataloqda qeyd oluna bilər. Əgər X kataloqu Ykataloqunda qeyd olunubsa, X kataloqu Y – in altkataloqudur və Y kataloqu X üçün üstkataloqdur. Kataloqun adlandırılması da faylın adlandırılmasıkimidir, lakin kataloqun adının genişlənməsi olmur.

Hər bir maqnit diskində bir baç və ya kök kataloq olur. Baş kataloqda fayylar və altkataloqlar qeyd olunur. Beləliklə, kataloqların bu cür iç – içə yerləşmə strukturuna kataloqlar Ağacı deyilir. Qeyd edək ki, fayl və kataloqu displeyekranındakı ilk görüntüsünə görə fərqləndirərək ayırmaq olar. Belə ki, kataloqların adları böyük, faylların adları isə kiçik hərflərlə verilir. Məlumat daşıyıcısının ekranda olunan mündəricatında əvvəlcə kataloqların, sonra isə fayyların adları yerləşir. İstifadəçinin indiki anda istifadə etdiyi kataloq cari Kataloq adlandırılır. Cari kataloqda olmayan fayldan istifadə edən zaman bu faylın hansı kataloqdan olduğunu göstərmək lazımdır. Bu isə fayla gedilən yolu güstərməklə həyata keçirilir. Yol bir – birindən “ / “ simvolu ilə ayrılan kataloqların adları və ya “ .. “ simvollar ardıcılığından ibarət olmaqla, cari və ya kök kataloqdan axtarılan faylın yerləşdiyi kataloqda qədər olan marşrutu göstərilir.

Faylın tam adı ümumi şəkildə aşağıdakı kimi verilir :

( disk sürücüsü: ) ( yol / ) faylın adı

Burada 1 – ci element disk sürücüsünün adını, 2 – ci element faylın yerləşdiyi kataloqda yerləşdiyi kataloqda qedən yolu, 3 – cü element isə faylın adını göstərir. Əgər disk sürücüsü göstərilməyibsə, onda cari kataloq başa deşülür. Faylı tam adı onun yerləşdiyi diskdən və kataloqdan asılı olmayaraq həmin faylı tamamilə müəyyən edir.

MS – DOS – un bəzi əməlləri

Disk və disklərlə işləmə qaydaları.

İnformasiyanın çevik maqnit diskinə ( ÇMD ) və bərkidilmiş maqnit diskinə ( vinçester ) yığıcıları da sistem blokunda yerləşdirilir. ÇMD və BMD xarici yaddaş qurğuları adlandırılır. Ümumiyyətlə ingilis əlifbasının birinci iki hərfi – A və B hərifləri ilə “ Floppy disk “ qurğusu işarə olunur. Sərt disk qurğusu – HDD hər zaman C ( və ya D ) adlanır. Əlifbanın sounrakı hərfi olan D ( və ya E )ilə kompakd disk qurğusu – CD – ROM işarə olunur. Adətən böyük həcmli sərt diski məntiqi olaraq iki üç hissəyə ayırırlar. Yəni fiziki şəkildə bütöv olan disk şərti olaraq iki ( üç ) disk kimi qeyd olunur. Bu zaman həmin disklərdən 1 – cisi C, sonrakılar əlifbaya nuyğun olaraq D ( E ) , CD – ROM isə E ( f ) adlandırılır. Lakin bu disklərin adelandırılmasını dəyişmək olar.

Sərt disklər ( Hard Disk Drive, HDD ) komputerlə işləmək lazım olan informasiyanın daimi saxlanması üçün nəzərdə tutulub. Əvvəllər 10 mb böyük tutum hesab olunurdu. İndi isə 200 Gb – dan çox tutumu olan disklər müvcuddur. Müasir proqram məhsulları geniç yer tələb etdiyi üçün, vinçesterlərin tutumunun artırılması inkişafı davam etdiriləcəkdir. Sərt diskin konstruksiyası elastik diskdəki kimidir. Ancaq ondan fərqli olaraq, burada bərk materiallardan, əsasən aluminiumdan ( ona görə “ Hard disk “ adlanır ) istifgadə olunur. Bundan başqa sərt disklər bir – birinin üzərində yerləşmiş disklərdən ibarətdir. Belə disklərin sayı nə qədər çox olarsa, vinçesterin yuyumu da bir o qədər çox olar.

Yeni diski komputerə quraşdırıldıqdan sonra əməliyyat sisteminin onu “ tanıması “ və ondan yüklənməsi üçün aşağıdakı 3 – əməliyyatı y/yet – k lazımdır:

1. Disk bölmələrə ayrılır.

2. Bölmələr formatlaşır.

3. Əməliyyat sistemi diskə köçürülür.

DOS əməliyyat sistemində sərt diski bir neçə hissəyə bölüb, hər bir hissə ilə müstəqil disk kimi işləmək olar. Bölünmüş müstəqil hissələr məntiqi disklər və ya sərt diskin bölmələri adlanır. Hər bir məntiqi diskin adı inqilis hərfləri ilə verilir və axırda “ : “ işarəsi qoyulur və ona müraciyət etmək olar. Məs: 40 qbayt tutumunda olan sərt diski iki məntiqi diskə : 32 q baytlıq C ; və 8 q baytlıq D ; diskinə bölmək olar.

Əgər komputerdə kifayət qədər əməli yaddaş varsa, onda bu yaddaşın müəyyən hissəsini “ elektron disk “ kimi ayırmaq olar Ayrılmış diskin bu hissəsi ilə bütöv disk kimi islədiyimiz kimi işləyə bilərik. İnformasiyanın daxil və xaric edilməsi “ elektron disk “ də adi diskdən dəfələrlə tez həyata keçirilir. “ Elektron disk “-in çatışmayan cəhəti komputeri dövrəyə qoşarkən və ya infornasiya ilə yükləyərkən diskə yazılmış informasiyanın itməsidir. “ Elektron disk “ ilə işləmək üçün xüsusi CONFİC. SYS proqram tələb edilir.

EXPLORER (TƏDQİQATÇI)

Sürücü və qovluqları açıb işlətsəniz masaüstünüz çoxlu sayda açıq pəncərələrlə dola bilər. Çünki hər yeni qovluq pəncərəsi əvvəlkinin üzərinə açılır. Explorer (Tədqiqatçı), Windows-da fayl və qovluqların idarə edilməsi üçün alternativ bir proqramdır.

Masaüstünüzdə fayllar üzərində apardığınız bütün əməliyyatları (köçürmə, daşıma, silmə) Explorer (Tədqiqatçı)da apara bilərsiniz. Explorer (Tədqiqatçı) bütün fayl sisteminizi, şəbəkəyə qoşulmuşsunuzsa bu şəbəkədəki kompüterlər də daxil olmaqla göstərir.

Explorer (Tədqiqatçı)ru Start (Başlat) menyusunun Programs (Proqramlar) alt menyusundan işlədə bilərsiniz.

Exptorer (Tədqiqatçı) pəncərəsi iki paneldən təşkil olunmuşdur . Sol paneldə My Computer (Kompüterim) adı altında kompüterinizdəki sürücü və qovluqların siyahısı görünür. Şəbəkəyə qoşulmuş digər kompüterlərin fayl sistemləri isə Network Neighborhood (Şəbəkə Qonşuluğu) başlığı altinda görünür.

Sürücü və qovluqlar ierarxik ağacvari strukturda göstərilir. Bir sürücünün və ya qovluğun üzərində Mouse qurğusunun sol düyməsini bir dəfə sıxdıqda onun içərisi sağ paneldə göstərilir. Köçürmək və ya daşımaq istədiyiniz piktoqramı seçdikdən sonra sürükləyib sol paneldə hədəf qovluq üzərində buraxmaqla, bu əməliyyatları asanlıqla yerinə yetirmək olar.

WİNDOWS PROQRAMLARI VƏ TƏCHİZATLARI

Windows Accessories (Təchizatlar) adlanan proqram qrupu ilə bərabər qurulur. Bu proqramlardan istifadə etmək üçün Start (Başlat) menyusundan Progrəms (Proqramlar), açılacaq alt menyudan isə Accessories (Təchizatlar)ı seçin.

Bu proqramlar haqqında qısaca məlumat verək:

• WordPad: Kiçik qeydlər və sənədlər yazmaq üçün nəzərdə tutulmuş bir proqramdır. Burada sənədin uzunluğunda məhdudiyyət yoxdur və istədiyiniz uzunluqda sənədlər hazırlaya bilərsiniz. WordPad təkmilləşdirilmiş yazı proqramlarında olan bəzi xüsusiyyətlərə malik deyildir. Buna baxmayaraq WordPad yenə də evdə, kiçik ofislərdə qısa qeydlər yazmaq üçün mükəmməl bir proqramdır. Sənədləri redaktə etmək, yazı tiplərini dəyişdirmək, səhifə formatını təyin etmək, paraqraf xüsusiyyətlərini qurmaq kimi xüsusiyyətlərə malikdir; Caicufator (Hesab Maşınt): Təkmilləşdirilmiş bir modeldə olan hesab maşınıdır (kalkulyator). Kalkulyatorun hesab, statistik və rəqəm çevirmə funksiyaları da vardır;

Paint: Windows-un Paint programı ilə rəngli təsvirlər və qrafiklər hazırlaya bilərsiniz, Hazrrlanan bir rəsm başqa bir sənədin içərisinə əlavə edilə bilər. Məsələn, WordPad-də yazdığınız bir sənədin başlanğıcına Paint-də hazırladığınız şirkət embelemini yerləşdirə bilərsiniz

HyperTermina! (HiperTerminal); Telefon xətiərindən istifadə edərək digər kompüterlərlə və on-line xidmətləri ilə əlaqə saxlayan bir proqramdır. Bu proqramdan da istifadə etmək üçün modeminiz olmalıdır;

CD-Player (CD-Səsləndirən): CD-ROM sürücünüz varsa, CD-Player (CD-Səsləndirən)dən istifadə etməklə musiqi CD-lərinizdəki musiqiləri ardıcıllıqla dinləyə bilər, hətta istədiyirüz musiqiləri siyahıdan çıxara bilərsiniz;

Sound Recorder (Səs Yazan): Səs yazmaq və səsləri dinləmək üçün bir proqramdır. Bu proqram vasitəsilə səs məlumatlarını yaza bilər və bunları sənədlərinizdə yerləşdirə bilərsiniz, e-mail (elektron poçt) ilə digər istifadəçilərə də göndərə bilərsiniz;

System Tools (Sistem Alətləri): Sabit diskinizi optimallaşdırmaq, disk xətalarına nəzarət etmək, diskinizi sıxışdırmaq kimi proqramları saxlayır.



 





  1. İnformasiya anlayışı

  2. Kəsilməz və discret informasiya və informasiyanın növləri

  3. İnformasiyanın və verilənlərin tipi

  4. İnformasiyanın kəmiyyət ölçüsü : Xartli və Şennon düsturları

  5. İnformasiyanın komputerdə təsviri : Say sistemləri

  6. İkilik,onluq say sistemləri-Bölmə,vurma qaydası

  7. Ədədin bir say sistemindən digərinə çevrilməsi

  8. Komputerdə təsvir olunan verilənlərin əsas tipləri

  9. Ədədlərin xüsusi kodlaşdırılması :düz,əks və əlavə

  10. Məsələlərin komputerdə həll mərhələləri

  11. Alqoritm anlayışı və əsas xassələri

  12. Alqoritmin təsvir üsulları

  13. Tipik hesablama proseslərinin alqoritmləşdirilməsi

  14. MS Word proqramı anlayışı

  15. Word-un işə salınması və onun interfeysi

  16. Word mətn prosessorunda mətnlərlə iş,sənədin yaradılması və mətnin daxil edilməsi

  17. Word mətn prosessorunda mətnlərlə iş-mətnin formatlaşdırılması

  18. Word mətn prosessorunda mətnlərlə iş : mətnin redaktəsi və sənədin yadda saxlanması

  19. Word mətn prosessorunda mətnlərlə iş : sənədin yadda saxlanması və sənədin çapı

  20. MS Excel prosessorunun əsas anlayışları

  21. Excel-in əsas pəncərəsinin strukturu

  22. MS Excel-də işçi kitabın yaradılması,saxlanılması və açılması

  23. MS Excel-də işçi kitabın çapı

  24. MS Excel-də cədvəldə verilənlərin emalı

  25. MS Excel-də funksiyalar və onlardan istifadə

  26. MS Excel-də diaqramların qurulması

  27. MS Access verilənlər bazasının idarəetmə sisteminin elementləri

  28. MS Access-də cədvəlin tərtib edilməsi

  29. MS Access-də formanın hazırlanması

  30. MS Access-də sorğuların hazırlanması

  31. MS Access-də hesabatların hazırlanması

  32. Qrafik redaktorları-rastr redaktorları

  33. Qrafik redaktorları-vektor redaktorları

  34. Qrafik redaktorları-üçölçülü qrafik redaktorları

  35. Qrafik redaktorları-avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD-sistemləri)

  36. Komputer şəbəkələri-ümumi məlumat

  37. Komputer şəbəkələri-OSİ etalon modelin səviyyələri

  38. Lokal komputer şəbəkələrinin aparat vasitələri

  39. Lokal komputer şəbəkələrinin strukturu və funksional təşkili

  40. Qlobal şəbəkələr

  41. “Kliyent-server” texnologiyası

  42. İnternetdə resursların ünvanlanması-dns

  43. İnternet xidmətləri-www-world wide web

  44. İnternet xidmətləri-elektron poçt (email)

  45. İnternetdə informasiya-axtarış sistemləri –ALTAVİSTA

  46. İnternetdə informasiya axtarış sistemləri : GOOGLE, YAHOO

  47. İnternetdə informasiya axtarış sistemləri :RAMBLER, YANDEX

  48. Web sənədlərə baxış proqramları

  49. Microsoft İnternet Explorer

  50. Komputer texnikasının yaranma tarixi

  51. Komputer texnikasının inkişaf mərhələləri (nəsilləri)

  52. Komputer və informasiya texnologiyaları

  53. İnformasiya prosesləri

  54. Proqramlaşdırmanın mahiyyəti

  55. Proqramlaşdırma dillərinin təsnifatı-prosedur proqramlaşdırma

  56. Proqramlaşdırma dillərinin təsnifatı-funksional proqramlaşdırma

  57. Proqramlaşdırma dillərinin təsnifatı-məntiqi və hadisəyönlü proqramlaşdırma

  58. Proqramlaşdırma dillərinin təsnifatı-vizual və obyektyönlü proqramlaşdırma

  59. Tipik alqoritmik strukturlar-xətti və budaqlanan

  60. Tipik alqoritmik strukturlar-dövri alqoritmik strukturlar

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin