Sıra sayı Mövzular Mühazirə


Windows 2000 əməliyyat sisteminin arxitekturası



Yüklə 0,77 Mb.
səhifə101/103
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#34839
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   103
sistem proqramlasdirmasi ve emeliyyat sistemleri aze

Windows 2000 əməliyyat sisteminin arxitekturası

Windows 2000 müxtəlif məsələləri birlikdə yerinə yetirən, asılı olmayan proqram kompanentlərindən təşkil olunmuş modullu sistemdir Windows 2000 CISC () və RISC () prosessorlu kompüterlər üçün nəzərdə tutulub Windows 2000 giriş/çıxış sorğular paketini (I/O request packets, IRP) və asinxron giriş/çıxış dəstəkləyir Windows 2000 modul sistemi kimi yaradıldığından o ya istifadəçi (user) rejimi, ya da nüvə (kernel) obyektlərindən təşkil olunur

Windows 2000 nin istifadəçi rejiminin səviyyəsi (user mode layer) komponentlərdən təçşkil olunur ki, bu da daxili və xarici altsistem adlanır Daxili altsistem (inteqral subsystems) ƏS-nin əsas funksiyalarını yerinə yetirir Bunlardan bəziləri aşağıdakı cədvəldə göstərilib:

Daxili altsistem

Funksiyası

Təhlükəsizlik altsistemi

İstifadəçinin registrasiya sorğusunu qəbul edir və onun sistemə daxil olmasının düzgünlüyünü yoxlayır Sistem resurslarının auditliyinə cavab verir

İşçi stansiya xidməti

Kompüterin şəbəkədə işləməsinə imkan verir

Server xidməti

Şəbəkədəki resurslara müraciətə xidmət edir

Xarici altsistem (environment subsystems) Windows 2000 nə müxtəlif ƏS-ri üçün olan tətbiqi proqramların yerinə yetirilməsinə və çığırılmasına imkan verir Bu zaman tətbiqi proqramlar interfeysindən (API-application programming interfage) istifadə olunur Windows 2000-nin xarici altsistem aşağıdakı cədvəldə təsvir olunub:

Xarici altsistem

Vəzifəsi

Win32

Win32 tətbiqi proqramları idarə edir və Win16, MS-DOS tətbiqi proqramların işi üçün mühiti təmin edir

POSIX

POSIX tətbiqi proramları üçün API interfeysini təqdim edir POSIX İEEE standartına uyğun olaraq, tətbiqi proqramların müxtəlif platformaya keçirilməsini zəmanət verir

Nüvə rejiminin səviyyəsi (kernel mode layer) sistem verilənlərinə və aparat vasitələrinə müraciət edir Nüvə rejiminin kompanentləri birbaşa yaddaşa müraciət edə bilər və mühafizə olunmuş ünvan sahəsində yerinə yetirilir Bu rejimdə bütün aparatlara və proqram kəsilmələrə prioritet təyin olunur ki, belə ki, proqram kodunun bəzi hissələri kəsilmənin yüksək səviyyəsində yerinə yetirilir Nüvə rejiminin komponentləri Executive (Windows-un icra olunan komponentləri), HAL (Hardware Abstraction Layer qurğudan abstraklaşdırılmış təbəqə) səviyyəsi və nüvə rejiminin drayverləri Rejimin 3 tip drayveri mövcuddur: yüksək, orta və aşağı səviyyəli WDM (Windows Driver Model - Windows-un drayverlərinin modeli) orta səviyyəli drayverlərə aiddir


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin