MÖVZU 7. WINDOWS ƏMƏLIYYAT SISTEMININ FAYL SISTEMI
Plan:
Örtük proqramları
Fayl menecerlərinin təyinatı
Fayllar üzərində əməllər.
Faylın əsas xassələri
Örtük proqramları fayllar (üzərində) üzərində əməliyyatı aparmaq üçün nəzərdə tutulub. Məs: faylı bir neçə hissələrə bölərək və onların fayl formatını dəyişdirmək və bu kimi məsələləri yerinə yetirmək.
Təqdim olunan proqram ən geniş istifadə olunan əməliyyat sistemlərinin və örtük proqramlarının iş prinsiplərini və əsas funksiyalarının öyrənilməsi üçün nəzərdə tutulub.
Bildiyimiz kimi əməliyyat sistemi proqramlarının asas təyinatı: istifadəçinin komputerdə işləməsi prosesini asanlaşdırmaqdır.
Hərdən komputerdə hansı işə əməliyyatı yerinə yetirmək üçün əməliyyat sisteminin imkanı bizim üçün o qədər də əlverişli olmaya bilər, yəni həmin əməliyyatı yerinə yetirərkən əməliyyat sisteminin vasitələri bizə çətinlik yarada bilər və xoşumuza gəlməyə bilər. Əməliyyat sisteminin standart vasitələri nə gədər az olsa, bir o qədər də bu sistemin imkanlarını asanlaşdıran proqramlara ehtiyac var. Nə qədər ki, əməliyyat sisteminin tərkibində fayllarla (proqramlarla) işləyən yaxşı bir proqram olmayacaq, milyonlarla komputer istifadəçilərinin hərəsi öz komputerinə bu işi yerinə yetirən xüsusi proqramları quraşdırmalı olacaqlar. Belə proqramlara Fayl menecerleri proqramları deyilir.
Fayllar üzərində əməliyyatların aparılması prosesini asanlaşdıran proqramlara Fayl menecerleri deyilir
Əməliyyat sistemlərinin fayllarını idarə etmək sahəsində olan çatışmamazlıqları, çox sayda gündəlik əməliyyatları asanlaşdıran örtük proqramlarının yaradılmasına səbəb oldu. Örtük proqramları əməliyyat sisteminin əmrlərinin yazılışı, işləməsi ilə bağlı incəliklərin bir növ üzərini örtür, bu incəlikləri istifadəçidən gizlədir, istifadəçi sadə əməliyyatlarla əməliyyat sisteminin əmrlərini icra edə bilər. Əməliyyat sistem proqramların nümunələri: Windows. NT, OS\2, Windows 95, Windows 98, 2000, Windows XP, Windows Wista.
Faylların xassələri, sistem faylları.
Əməliyyat sisteminin daha bir mühüm hissəsi fayl sistemidir. Bu termin vasitəsi ilə iki anlayış ifadə edilir. Birincisi, “ fayl sistemi “ dedikdə fayllarla işləmək üçün nəzərdə tutulan əməliyyat sistemi alqoritmləri başa düşülür. İkincisi: fayl sistemi – yadda saxlama qurğularında, məsələn disklərdə faylların saxlanması strukturudur.
Ən ümumi şəkildə faylı yazıların nizamlanmış yığımı, yazını isə faylların ardıcılığı kimi təyin etmək olar.
Fayl sisteminə yadda saxlama qurğularında faylların saxlanması strukturu kimi baxmaq daha münasibdir.
Yazı anlayışı vacib anlayışdır çünki fayllarla məhz yazı terminində işləyirlər. Məsələn mətn faylları ilə simvollar sətrinin yığınları ilə işlədikləri kimi işləyirlər, mətn fayllarında yazı – sətirdir. Videofayl kadrlardan ibarətdir, ona görədə videofaylda yazı – kadrdır. Bəzən faylla baytların ardıcıllığı kimi işləmək daha əlverişlidir, bu zaman hər bir baytı ayrıca yazı hesab etmək olar. Hər bir fayl üçün onun atributlarını saxlamaq lazımdır: 1. Fayl adı; 2. Faylın tipi: adı fayl, yaxud kataloq; 3. Faylın sahibi kimdir və o hansı istifadəçi qrupuna aiddir. 4. Fayldan istifadə hüququ – oxumaq, yazmaq və yerinə yetirmək üç istifadəçi kateqoriyası üçün: – faylın sahibi, faylın sahibinə eyni qrupdan olan istifadəçi və digər istifadəçilər. 5. Faylla işləmək haqqında informasiya – faylın yaradıldığı tarix onda edilən sonuncu dəyişiklik və ondan sonuncu istifadə tarixi və s. Bəzi fayl sistemlərində, məsələn MSDOS – un və ya Windows – un FAT – ında faylın adı adi simvollu ad, məsələn Mənim Faylım ola bilər UNİX əməliyyat sisteminin fayl sistemlərində faylın adı – sadəcə ədəddir, yəni bütün fayllar nömrələnmişdir.
Müasir əməliyyat sistemində eyni vaxtda bir neçə fayl sistemində işləmək tələb olunur. Məsələn, diskdə UNİX və ya Windows əməliyyat sistemi ilə işləyən NTFS fayl sistemi yerləşdirilir, çünki həmin sistemlər xüsusi olaraq disklərdəki fayllarla səmərəli şəkildə işləmək üçün yaradılmışdır,yaxud, necə deyərlər, sürətə görə optimallaşdırılmışdır. CD – ROM diskləri ilə işləmək üçün faylları daha səmərəli şəkildə saxlamağa imkan verən yəni saxlama sahəsinə görə optimallaşmış IS 09660 fayl sistemindən istifadə edilir. Disklər, məlum olduğu kimi, vaxtı ilə MS DOS əməliyyat sisteminində istifadə edilir FAT fayl sisteminə malikdir. Hamı sadəcə adət edib ki, disket FAT – la işləyir. Bundan başqa, lakal şəbəkələrə qoşulan və ya İnternet vasitəsilə qoşulmaq mümkün olan digər EHM – lərin diskləri ilə işləməyə imkan verən NTFS fayl sistemində mövcuddur. Fayl sistemləri arasında fayların necə adlandırılmasına və yaxud ayrı – ayrı ad sahələrinə dair müxtəlif razılaşmalar mövcüddur. Əlbəttlə Əməliyyat Sistemi adların dəyişdirilməsi və onların vahid salınması işini öz üzərinə götürür. Adların dəyişdirilməsi işinə görə Əməliyyat sisteminin xüsusi hissəsi – Virtual fayl sistemi cavabdehdir, yəni virtual fayl sisteminin əməliyyat sistemindən fayllarla içləmək üçün sorğuları qəbul edərək müvafiq faylın hansı fayl sistemində yerləşdirilməsini müəyyən edir və sorğunu həmin fayl sisteminin əməliyyatına çevrilir.
Mətn faylı yaratmaq.Fayllar üzərində əməllər.
Disket sərt disk ( vinçester ), CD – başqa informasiya daşıcılarında informasiya faylarda saxlanılır. Fayl – informasiyanı saxlamaq üçün xarici daşıyıcıların adlandırılmış sahəsidir. Fayllarda proqramın mətnləri, mətn sənədləri, ədədi verilənlər, cədvəl qrafik, yerinə yetiriləcək proqramlar və s.saxlanıla bilər. Fərdi komputer üçün fayl əməliyyat sisteminin emal etdiyi əsas informasiya obyekdidir.
Hər bir fayl bir – birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir: xüsusi ad və genişləndirilmə. MS DOS və Windows 1.0–3.11–də xüsusi ad 1 – dən 8 – ə qədər, genişləndirmə isə 1–dən 3–ə qədər simvollardan ibarət ola bilər. Windows 95/98, Windows NT sistemləri üçün faylın xüsusi adı 1– dən 255– ə qədər, genişləndirmə isə 1 dən 3 – ə simvollardan ibarət ola bilər.
Xüsusi adın yazılışı üçün böyük və kiçik latın hərfləri; rəqəmlər və simvollardan istifadə oluna bilər. Adın genişlənməsini göstərmək vacib deyil. Lakin adın genişlənməsi faylın məzmunu barədə əlavə informasiya verdiyi üçün ondan istifadə etmək əlverişlidir. Genişləndirmə faylın tipini təyin etməyə imkan verir. Əgəq fayl exe və com genişləndirilməsinə malikdirsə, onda bu fayla icra edilən və ya əmr faylı deyilir. Proqram yalnız belə fayllar vasitəsi ilə işləyirlər. Məsələn: Doc genişləndirilməsi faylın Word proqramında yarandığını və mətn faylı olduğunu göstərir. Əməliyyat sistemi xüsusi adlardan istifadə edilən informasiyanın daxil və xaric olunmasını təkçə faylların deyil, komputerin müxtəlif qurğularının köməyi ilə həyata keçirməyə imkan yaradır. Bu zaman komputerin qurğuları ilə aparılan iş fayllarla aparılan işlə eyni yerinə yetirilir. Lakin belə olan zaman uyğun əmrlərdə faylın adının yerinə komputer qurğusunun adları faylın adı kimi istifadə edilə bilməz.Ümumiyyətlə hər bir faylın və qurğunun adı iş prosesi zamanı istifadəçi tərəfindən onun hansı iş va ya proqramı yerinə yetirməsindən asılı olaraq hərdən bir və ya tez – tez istifadə edilə bilər.
Yeni fayl yaratmaq
Hər hansı bir proqramı açmadan sürətli bir şəkildə boş fayl piktoqramları yarada bilər, sonra onları açaraq içərisinə mətn, qrafik və ya sənəd əlavə etmək olar.
Fayllar üzərində əməllər
Kataloq anlayışı. Kataloq üzərində əməllər.
Faylların adları maqnit disklərində kataloqlarda qeyd olunur. Kataloq diskində faylların adları, onların ölçüləri, axırıncı dəyişiklik vaxtı, faylların xüsusiyyəti və s. haqqında məlumatlar saxlanılan sahədir. Əqər kataloqda faylın adı saxlanılırsa, onda deyirlər ki, fayl bu kataloqda yerləşir. Hər maqnit diskində çox sayda kataloq ola bilər. Hər bir kataloqda çox sayda fayllar ola bilər və eyni adlı fayl bir neçə kataloqda qeyd oluna bilər. Hər bir kataloq ada malikdir və özü başqa kataloqda qeyd oluna bilər. Əgər X kataloqu Ykataloqunda qeyd olunubsa, X kataloqu Y – in alt kataloqudur və Y kataloqu X üçün üst kataloqdur. Kataloqun adlandırılması da faylın adlandırılması kimidir, lakin kataloqun adının genişlənməsi olmur.
Hər bir maqnit diskində bir baş və ya kök kataloq olur. Baş kataloqda fayllar və altkataloqlar qeyd olunur. Beləliklə, kataloqların bu cür iç – içə yerləşmə strukturuna kataloqlar ağacı deyilir. Qeyd edək ki, fayl və kataloqu displey ekranındakı ilk görüntüsünə görə fərqləndirərək ayırmaq olar. Belə ki, kataloqların adları böyük, faylların adları isə kiçik hərflərlə verilir. Məlumat daşıyıcısının ekranda olan mündəricatında əvvəlcə kataloqların, sonra isə fayyların adları yerləşir. İstifadəçinin indiki anda istifadə etdiyi kataloq cari Kataloq adlandırılır. Cari kataloqda olmayan fayldan istifadə edən zaman bu faylın hansı kataloqdan olduğunu göstərmək lazımdır. Bu isə fayla gedilən yolu güstərməklə həyata keçirilir. Yol bir – birindən “ / “ simvolu ilə ayrılan kataloqların adları və ya “ .. “ simvollar ardıcılığından ibarət olmaqla, cari və ya kök kataloqdan axtarılan faylın yerləşdiyi kataloqda qədər olan marşrutu göstərilir.
Faylın tam adı ümumi şəkildə aşağıdakı kimi verilir :
( disk sürücüsü: ) ( yol / ) faylın adı
Burada 1 – ci element disk sürücüsünün adını, 2 – ci element faylın yerləşdiyi kataloqda yerləşdiyi kataloqda qedən yolu, 3 – cü element isə faylın adını göstərir. Əgər disk sürücüsü göstərilməyibsə, onda cari kataloq başa düşülür. Faylı tam adı onun yerləşdiyi diskdən və kataloqdan asılı olmayaraq həmin faylı tamamilə müəyyən edir.
MS – DOS – un bəzi əməlləri
Disk və disklərlə işləmə qaydaları.
İnformasiyanın çevik maqnit diskinə ( ÇMD ) və bərkidilmiş maqnit diskinə ( vinçester ) yığıcıları da sistem blokunda yerləşdirilir. ÇMD və BMD xarici yaddaş qurğuları adlandırılır. Ümumiyyətlə ingilis əlifbasının birinci iki hərfi – A və B hərifləri ilə “ Floppy disk “ qurğusu işarə olunur. Sərt disk qurğusu – HDD hər zaman C ( və ya D ) adlanır. Əlifbanın sonrakı hərfi olan D ( və ya E )ilə kompakd disk qurğusu – CD – ROM işarə olunur. Adətən böyük həcmli sərt diski məntiqi olaraq iki üç hissəyə ayırırlar. Yəni fiziki şəkildə bütöv olan disk şərti olaraq iki (üç) disk kimi qeyd olunur. Bu zaman həmin disklərdən 1 – cisi C, sonrakılar əlifbaya uyğun olaraq D(E), CD – ROM isə E (f) adlandırılır. Lakin bu disklərin adlandırılmasını dəyişmək olar.
Sərt disklər (Hard Disk Drive, HDD) komputerlə işləmək lazım olan informasiyanın daimi saxlanması üçün nəzərdə tutulub. Əvvəllər 10 mb böyük tutum hesab olunurdu. İndi isə 200 Gb – dan çox tutumu olan disklər müvcuddur. Müasir proqram məhsulları geniş yer tələb etdiyi üçün, vinçesterlərin tutumunun artırılması inkişafı davam etdiriləcəkdir. Sərt diskin konstruksiyası elastik diskdəki kimidir. Ancaq ondan fərqli olaraq, burada bərk materiallardan, əsasən aluminiumdan (ona görə “Hard disk“ adlanır ) istifgadə olunur. Bundan başqa sərt disklər bir – birinin üzərində yerləşmiş disklərdən ibarətdir. Belə disklərin sayı nə qədər çox olarsa, vinçesterin tutumu da bir o qədər çox olar.
Yeni diski komputerə quraşdırıldıqdan sonra əməliyyat sisteminin onu “tanıması“ və ondan yüklənməsi üçün aşağıdakı 3 – əməliyyatı yerinə yetirmək lazımdır:
1. Disk bölmələrə ayrılır.
2. Bölmələr formatlaşır.
3. Əməliyyat sistemi diskə köçürülür.
DOS əməliyyat sistemində sərt diski bir neçə hissəyə bölüb, hər bir hissə ilə müstəqil disk kimi işləmək olar. Bölünmüş müstəqil hissələr məntiqi disklər və ya sərt diskin bölmələri adlanır. Hər bir məntiqi diskin adı ingilis hərfləri ilə verilir və axırda “ : “ işarəsi qoyulur və ona müraciət etmək olar. Məs: 40 qbayt tutumunda olan sərt diski iki məntiqi diskə : 32 q baytlıq C ; və 8 q baytlıq D ; diskinə bölmək olar.
Əgər komputerdə kifayət qədər əməli yaddaş varsa, onda bu yaddaşın müəyyən hissəsini “elektron disk “ kimi ayırmaq olar Ayrılmış diskin bu hissəsi ilə bütöv disk kimi islədiyimiz kimi işləyə bilərik. İnformasiyanın daxil və xaric edilməsi “elektron disk “ də adi diskdən dəfələrlə tez həyata keçirilir. “ Elektron disk “-in çatışmayan cəhəti komputeri dövrəyə qoşarkən və ya infornasiya ilə yükləyərkən diskə yazılmış informasiyanın itməsidir. “ Elektron disk “ ilə işləmək üçün xüsusi CONFİC. SYS proqram tələb edilir.
EXPLORER (TƏDQİQATÇI)
Sürücü və qovluqları açıb işlətsəniz masaüstünüz çoxlu sayda açıq pəncərələrlə dola bilər. Çünki hər yeni qovluq pəncərəsi əvvəlkinin üzərinə açılır. Explorer (Tədqiqatçı), Windows-da fayl və qovluqların idarə edilməsi üçün alternativ bir proqramdır.
Masa üstünüzdə fayllar üzərində apardığınız bütün əməliyyatları (köçürmə, daşıma, silmə) Explorer (Tədqiqatçı)da apara bilərsiniz. Explorer (Tədqiqatçı) bütün fayl sisteminizi, şəbəkəyə qoşulmuşsunuzsa bu şəbəkədəki kompüterlər də daxil olmaqla göstərir.
Explorer (Tədqiqatçı)ru Start (Başlat) menyusunun Programs (Proqramlar) alt menyusundan işlədə bilərsiniz.
Exptorer (Tədqiqatçı) pəncərəsi iki paneldən təşkil olunmuşdur . Sol paneldə My Computer (Kompüterim) adı altında kompüterinizdəki sürücü və qovluqların siyahısı görünür. Şəbəkəyə qoşulmuş digər kompüterlərin fayl sistemləri isə Network Neighborhood (Şəbəkə Qonşuluğu) başlığı altında görünür.
Sürücü və qovluqlar ierarxik ağacvari strukturda göstərilir. Bir sürücünün və ya qovluğun üzərində Mouse-un sol düyməsini bir dəfə sıxdıqda onun içərisi sağ paneldə göstərilir. Köçürmək və ya daşımaq istədiyiniz piktoqramı seçdikdən sonra sürükləyib sol paneldə hədəf qovluq üzərində buraxmaqla, bu əməliyyatları asanlıqla yerinə yetirmək olar.
WİNDOWS PROQRAMLARI VƏ TƏCHİZATLARI
Windows Accessories (Təchizatlar) adlanan proqram qrupu ilə bərabər qurulur. Bu proqramlardan istifadə etmək üçün Start (Başlat) menyusundan Programs (Proqramlar), açılacaq alt menyudan isə Accessories (Təchizatlar)ı seçin.
Bu proqramlar haqqında qısaca məlumat verək:
• WordPad: Kiçik qeydlər və sənədlər yazmaq üçün nəzərdə tutulmuş bir proqramdır. Burada sənədin uzunluğunda məhdudiyyət yoxdur və istədiyiniz uzunluqda sənədlər hazırlaya bilərsiniz. WordPad təkmilləşdirilmiş yazı proqramlarında olan bəzi xüsusiyyətlərə malik deyildir. Buna baxmayaraq WordPad yenə də evdə, kiçik ofislərdə qısa qeydlər yazmaq üçün mükəmməl bir proqramdır. Sənədləri redaktə etmək, yazı tiplərini dəyişdirmək, səhifə formatını təyin etmək, paraqraf xüsusiyyətlərini qurmaq kimi xüsusiyyətlərə malikdir; Caicufator (Hesab Maşınt): Təkmilləşdirilmiş bir modeldə olan hesab maşınıdır (kalkulyator). Kalkulyatorun hesab, statistik və rəqəm çevirmə funksiyaları da vardır;
Paint: Windows-un Paint programı ilə rəngli təsvirlər və qrafiklər hazırlaya bilərsiniz, Hazrrlanan bir rəsm başqa bir sənədin içərisinə əlavə edilə bilər. Məsələn, WordPad-də yazdığınız bir sənədin başlanğıcına Paint-də hazırladığınız şirkət embelemini yerləşdirə bilərsiniz
HyperTerminal (HiperTerminal); Telefon xətiərindən istifadə edərək digər kompüterlərlə və on-line xidmətləri ilə əlaqə saxlayan bir proqramdır. Bu proqramdan da istifadə etmək üçün modeminiz olmalıdır;
CD-Player (CD-Səsləndirən): CD-ROM sürücünüz varsa, CD-Player (CD-Səsləndirən) dən istifadə etməklə musiqi CD-lərinizdəki musiqiləri ardıcıllıqla dinləyə bilər, hətta istədiyirüz musiqiləri siyahıdan çıxara bilərsiniz;
Sound Recorder (Səs Yazan): Səs yazmaq və səsləri dinləmək üçün bir proqramdır. Bu proqram vasitəsilə səs məlumatlarını yaza bilər və bunları sənədlərinizdə yerləşdirə bilərsiniz, e-mail (elektron poçt) ilə digər istifadəçilərə də göndərə bilərsiniz;
System Tools (Sistem Alətləri): Sabit diskinizi optimallaşdırmaq, disk xətalarına nəzarət etmək, diskinizi sıxışdırmaq kimi proqramları saxlayır.
Dostları ilə paylaş: |