sistem proqramlasdirmasi ve emeliyyat sistemleri aze
RSA alqoritmi. Açıq açarlı şifrləmə sistemlərinə ilk konkret misal RSA adlanan sistemdir. Alqoritmin adı müəlliflərinin familiyalarının ilk hərflərindən ibarətdir. R. Rivest, A. Shamir, L.Adleman bu alqoritmi Massaçuset Texnologiya İnstitunda birgə işləri zamanı 1977-ci ildə təklif etmişlər.
Onların n=p*q hasili hesablanır. Həmçinin (n)=(p-1)*(q-1) (Eyler funksiyası) hesablanır;
1 Elə d ədədi seçilir ki, (e*d-1) ədədi (n)-ə bölünsün;
(n, e) cütü açıq açar;
(n, d) cütü məxfi açardır.
p və q ədədlərini məhv etmək və ya məxfi açarla birlikdə saxlamaq lazımdır.
Əgər ədədin sadə vuruqlara ayrılmasının effektiv metodları mövcud olsaydı n ədədini p və q vuruqlarına ayırıb məxfi d açarını tapmaq olardı. Beləliklə, RSA alqoritminin etibarlığı çətin həllolunan- praktik olaraq həll olunmayan məsələyə- ədədin vuruqlara ayrılması məsələsinə əsaslanıb
Müasir dövrdə kompüterlərdə informasiya təhlükəsizliyinin təmini məqsədilə müxtəlif üsul və vasitələrdən, eləcə də qaydalardan istifadə edilir. Bunlardan daha geniş yayılmışlarından biri də antiviruslardan istifadə edilməsidir.
Kompüter virusu nə deməkdir?Kompüter virusu elə kiçik ölçülü proqramdır ki, o kompüterdə olan proqramları, faylları silir, sıradan çıxarır və onların üzərində arzu olunmayan əməliyyatlar aparır.
Virusu olan proqramlar yoluxmuş proqramlar adlanırlar. Bu proqramlar işləməyə başlayan kimi, əvvəlcə virusu idarəedən proqramlara ötürür, sonra isə virus başqa proqramları tapıb yoluxdurur və çox ziyan verən ( məsələn: faylları və onların yerləşdiyi cədvəlləri, operativ yaddaşda olan informasiyaları sıradan çıxarır ) əməliyyatlar yerinə yetirir. Virus, ona lazım olan əməliyyatı aparandan sonra idarəetməni yerləşdiyi ( sıradan çıxarmaq istədiyi ) proqrama verir və həmin proqram adi qaydada işləyir və ilk baxışdan onun virusla yoluxması hiss olunmur.
Viruslarlın bəziləri ilə yoluxmuş proqramlar kompüterə daxil olandan sonra, uzun müddət (daha doğrusu sistem yenidən yüklənənə qədər) yaddaşda qalır və ziyan verən əməliyyatlar yerinə yetirir. Virus proqramları, bütün əməliyyatları çox sürətlə və heç bir xəbərdarlıq edilmədən (məlumat verilmədən) elə formada yerinə yetirir ki, istifadəçi kompüterdə baş verən qeyri – adiliyi demək olar başa düşmür. Kompüterdə çox sayda proqramları sıradan çıxarmayınca, virusun varlığı ola bilər hiss olunmasın. Lakin o kompüterdə uzun müddət qalarsa orada qəribə, aydın olmayan vəziyyətlər əmələ cətirər. Məsələn:
Bəzi proqramlar ya ümumiyyətlə işləmir və ya səhv işləməyə başlayır;
Ekranda başa düşülməyən məlumatlar və simvollar görünməyə başlayır;
Kompüterdə işləmək vaxt etibarı ilə çox çətinləşir, yəni maşın lənc işləyir.
Bəzi fayllar sıradan çıxır və s.
Bu zaman sizin istifadə etdiyiniz bir çox proqramlar yoluxmuş, bəzi fayllar və disklər sıradan çıxmış olur. Nəticədə isə sizin kompüterdəki yoluxmuş proqramlar, yəni viruslar disket və lokal şəbəkə vasitəsi ilə iş yoldaşlarınızın, dostlarınızın kompüterlərinə keçə bilir.
Bəzi viruslar əvvəlcə çox sayda proqramları və diskləri yoluxdurur, sonra isə onlara daha böyük ziyan vurmağa başlayır. Məsələn: kompüterin vinçesterini ( sərt, bərk diskini ) formatlaşdırır.
Beləliklə əgər virusdan mühafizə olunmağa vaxtında ölçü götürülməsə, kompüterin yoluxmasının nəticəsi çox ciddi olar. Məsələn: 1989-cu ildə Amerikalı tələbə Morrisin yaratdığı virusla minlərlə, o cümlədən ABŞ-ın Müdafiə Nazirliyinə aid olan kompüterlər yoluxmuş və sırıdan çıxmışdır. Ona görə həmin tələbəyə 3 ay həbs cəzası və 270 min dollar cərimə kəsilmişdir. Cəzanın yüncül olması səbəbi isə həmin virusun ancaq faylları sıradan çıxarması və çox dağıdıcı xarakterli olmaması ilə izah olunmuşdur.
Virus proqramının aşkar edilməməsi üçün həmin proqram kiçik həcmli olmalıdır.Ona görə də bu proqramlar Asembler dilində yüksək təcrübəyə malik olan proqramçılar tərəfindən yazılır.