Virusla yoluxmuş və sıradan çıxmış fayllar: Virus kompüterdə olan istənilən faylı sıradan çıxara bilər. Bəzi viruslar isə proqramları və faylları yoluxdurur, onların içinə daxil olur, müəyyən müddətən sonra fəaliyyətə başlayırlar. Proqramların və sənədlərin teksləri, verilənlər bazasının informasiya faylları və s. fayllar virus vasitəsi ilə yoluxa bilməz, onlar ancaq sırıdan çıxa bilər. Kompyterlərdə .COM və .EXEC fayllarının virusla yoluxmasına daha tez-tez təsadüf olunur. Kompüterləri bəzən də disketin yüklənmə sektorundan keçmiş viruslar yoluxdurur.
Kompüter viruslarından mühafizə üsulları: Viruslardan mühafizə üçün aşağıdakı metodlardan istifadə olunur:
1. İnformasiyaların mühafizəsinin ümumi vasitələri
2. Virusla yoluxmanın etimalını azaldan profilaktik ölçülər
3.Virusdan mühafizə üçün xüsusi proqramlar
İnformasiya mühafizəsinin ümumi vasitələrinin, həm informasiyaları virusdan mühafizə etməsi, həm də aşağıdakı iki müxtəlif sərfəli cəhəti var.
- İnformasiyaların surətini çıxarmaq
- İnformasiyaların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaq
İnformasiya mühafizəsinin ümumi vasitələri kompüterləri viruslardan qorumağın əsasını təşkil etməyinə baxmayaraq, virusdan qorunmaq üçün kifayyət deyil. Bunun üçün xüsusi proqramların olması zəruridir və həmin proqramlar aşağıda göstərilmişdir.
Detektor və doktor, vaksin, revizor, filtr proqramları.
Bu proqramların əksəriyyəti yoluxmuş faylları ləğv etmə recimində fəaliyyət göstərir. Bəzi detektor proqramları ancaq bir versiyalı, bəziləri isə bir neçə versiyali virusu məsələn: McAfee Associates firmasının proqramları təxminən 70, AIDSTEST isə 50 virusu təyin və ləğv edir. Detektordan fərqli olaraq doktor proqramları yoluxmuş faylları ilkin vəziyyətində zərərsizləşdirir. Bu proqramın çatışmayan cəhəti, onun faylları ancaq bir tip virusdan müalicə etməsi və bəzən də bu müalicəni düzgün aparmamasıdır. Revizor proqramları əvvəlcə proqramları və faylları öyrənir, yadda saxlayır, sonra ilkin vəziyyətləri ilə müqayisə edib, onların uyğun olmayan cəhətləri həqqında istifadəçiyə məlumat verir. Filtr proqramları həmişə kompüterin yaddaşında yerləşir və yerinə yetirilə bilən bütün əməliyyatlar haqqında istifadəçiyə məlumat verir. İstifadəçi isə öz növbəsində bu əməliyyatların yerinə yetirilməsinə ya icazə və ya qadağa qoya bilər. Bununla istifadəçi virusun varlığını qabaqcadan təyin edə bilir.
Kompüterin virusla yoluxduğu zaman 4 əsas qaydaya rəayət etmək vacibdir.
Birinci növbədə bu məsələnin həllində tələsmək lazım deyil. Düşünülməmiş hərəkət faylın bir hissəsini itirilməylə deyil, (hansı ki, onu bərpa etmək mümkün olardı), hətta kompüterin təkrar virusla yoluxması ilə nəticələnə bilər.
Kompüterin söndürülməsi birinci və ən vacib addım olmalıdır. Çünki virus kompüterdə çox qaldıqca, dağıdıcı təsirini davam edir.
Kompüterin virusla yoluxmasının və müalicəsinin bütün tiplərini, əməliyyat sisteminin yazılmaqdan mühafizə olunan disket vasitəsi ilə yüklənməsi zamanı təyin etmək mümkündür. Bunun üçün, yalnız yazılmaqdan mühafizə olunan disketlərdə saxlanılan .EXE və .COM timpli proqramlardan istifadə etmək olar.
Əgər siz kompüteri müalicə etməyə qadir deyilsinizsə, onda bu sahədə təcrübəsi olan yoldaşlarınızdan kömək istəyin.
Sizin illər ərzində gördüyünüz işin nəticəsini bir virus çox az zamanda məhv edə bilər. Ona görə də informasiyaları (kompüterləri) viruslardan mühafizə etmək üçün yüksək səviyyəli antivirus proqramlarından istifadə etmək zəruridir.
Beləliklə, Antivirus – Sizin faylların virusla yaluxmasını tez təyin edən proqramdır. Siz yoxlamaq istədiyiniz fayl qeyd olunduqdan sonra, kompüterdən xüsusi “sanitar” serverə yüklənir və ən yüksək səviyyəli proqram olan- Антивирус Касперского proqramı vasitəsi ilə yoxlanmağa başlanır. Bu proqram hətta ən yeni virusları da nəzərdən qaçırmır. Bu proqram vasitəsi ilə ölçüsü 1 mb-dan böyük olmayan fayılları bir dəfəyə yoxlamaq mümkündür. Əgər eyni zamanda bir neçə faylı yoxlamaq lazım gələrsə, onda həmin faylları birinci növbədə (ZIP və ARC və s. ) arxivləşdirmək, sonra isə yoxlamaq lazımdır. Bu variantda da arxivin ölçüsü 1 mb-dan böyük olmamalıdır. Baş menyunun Proqramlar siyahısından Антивирус Касперского proqramını seçməklə, həmin proqramın istənilən bölməsini yerinə yetirmək olar. Qeyd edək ki, hazırda digər antivirus proqramları da mövcuddur.
Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin dianostikasını təmin edir Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir
Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır Virus proqramlarının surəti də sonradan yayılır
Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:
- yerləşdiyi mühitə görə
- yerləşdiyi mühitə yoluxma üsuluna görə
- aktivləşmə üsuluna görə
- desktruktiv imkanlarına görə
- alqoritimin xüsusiyyətlərinə görə
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur
-Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır
-Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır
-Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır Həmçinin fayl və yükləyici sektorlara yoluxan fayllı yükləyici viruslar mövcuddur Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır
Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır Antivirus proqramların aşağıdakı tipləri mövcuddur:
- filtr və ya keşikçi
- detektorlar
- həkimlər və ya faqi
- müfəttişlər
- immunizatorlar və ya vaksinlər
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir Bu əməliyyatlara əşağıdakılar aiddir:
- icra olunana proqram fayllarının dəyişməsi
- rezident proqramların yerləşdirilməsi
- mütləq ünvana görə diskə birbaşa yazmaq
- diskin yükliyici sektoruna yazmaq
- diskin formatlaşdırılması
Filtr proqramların əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli əməlyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir Direktorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir Həkim antivurus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir Müqayisə bir çox parametrlərə görə yerinə yetirlə bilər Müfəttişin üstünlüyü ondadır ki, o, proqramda dəyişiklik edən virusları tapmaq xüsusiyyətinə malikdir Müfəttişə misal olaraq Adinf proqramını göstərmək olar
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirliməsində əks olunmur Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhdudluğudur
Geniş yayılan antivurus proqramlar aşağıdakılardır: Doctor Web, McAfeeVirus Scan, Norton Antivirus, Avast və s
Bu antivirus proqramlardan Symantec firması tərəfindən yaradılan Norton Antivirus daha çox istifadə olunur Norton Antivirus proqramı Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir
- sistem fayllardakı və yükləyici yazıdakı virusları yoxlayır
- icra olunana fayllardakı virusları yoxlayır
- şübhəli əməliyyatlara nəzarət edir
- İnternet-dən yüklənən faylları yoxlayır
- sərt diskə müraciətdə yükləyici virusları yoxlayır
Dostları ilə paylaş: |