Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə10/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   ...   118
         Açar sözlər: antropogen təsir, Tulipa eichleri Regel, monitorinq, morfometrik göstəricilər.  
 
                                                        GIRIġ 
 
         Tulipa  eichleri  Regel  –  eyxler  dağlaləsi  çoxillik  soğanaqlı  ot  bitkisi  olub,  Zanbaqçiçəklilər 
(Liliaceae Juss.) fəsiləsinin Dağlaləsi (Tulipa L.) cinsinə aiddir. Bu növə əsasən Qafqazda, Krımda, 
İranda,  Orta  Asiyada  təsadüf  olunur  [3].  Şərqi  Qafqaz  (Azərbaycan)  endemi  kimi  Azərbaycanın 
―Qırmızı  kitabı‖na  daxil  edilmişdir  [1].  Azərbaycanda  Samur-Dəvəçi  ovalığında,  Şamaxı, 
Qobustan,  Qazax,  Ağstafa,  Ağdaş,  Göyçay  rayonlarında  az  saylı  populyasiyaları  vardır.  Təbiətdə 
əsasən aşağı və orta dağ qurşağının quru-otlu yamaclarında, ayrı-ayrı lokalitetlərdə  məhdud areallı 
―adacıqlar‖ şəklində rast gəlinir.  
         AMEA  Botanika  Institutunun  herbari  fondunda  müxtəlif  illərdə  Dəvəçi  rayonunda  (Quşçu 
kəndi,  Karyagin,  1940),  Ağdaş  rayonunda  (A.A.Grossheym,  1940),  Abşeronda  (A.A.Grossheym, 
1929), Şamaxı rayonunda (U.K. Abdullayeva, 1966) toplanmış herbari kolleksiyaları saxlanılır.            
         Müalicəvi xüsusiyyətlərinə görə aparılan tədqiqatlar nəticəsində  T.eichleri  növündə delfinidi, 
sianidin  və  pelarqonidin  alkoloidləri  aşkar  edilmişdir  [6].  Bu  antosianlar  yoluxucu  infeksion 
xəstəliklərə,  xərcəng  xəstəliyinə  qarşı  güclü  müalicəvi  təsirə  malikdir.  Bəzi  digər  dağlaləsi 
növlərində olduğu kimi soğanağında tulipin alkoloidi vardır. Soğanağından hazırlanmış dəmləmələr 
və  cövhər  ürək-damar  xəstəliklərində  ürəyə  qüvvətləndirici  təsir  göstərərək,  qədimdən  bəri  xalq 
təbabətində istifadə edilir. 
         Tədqiqatlar  zamanı  T.eichleri  ölkənin  şimal-şərq  hissəsində,  Şamaxı  rayonunun  Şəhriyar, 
Mədrəsə  qəsəbələri,  Mərzəndiyə,  Çarhan  kəndləri,  Qobustan  rayonu  Cəyirli,  Ərəbşalbaşı,  Təklə, 
Bəklə,  Xilmili  kəndləri,  Xilədağda,  Gicəki  dağında,  Dəvəçi  rayonu  Taxtalar  və  Dağbilici 
kəndlərinin ərazisində dağ yamaclarında, əkin sahələrində, yol kənarında öyrənilmlşdir. 
         Tədqiqatın aparıldığı ərazidə bitkinin məhdud areallı və az saylı lokalitetləri daim antropogen 
təsirə  məruz  qaldığına  görə  təhlükə  altındadır.  Əsas  təhlükə  amili  bitkilərin  yayıldığı  ərazilərin 
təsərrüfat  məqsədləri  üçün  istifadə  edilməsidir.  Əsasən  taxıl  zəmiləri,  otlaq  və  bicin  yerləri  kimi 
istifadə olunan bu ərazilərdə bitkilər tarixən məskunlaşdığına görə ciddi təsirə məruz qalır [2]. Əkin 
zəmilərinin kənarında və taxılın arasında bitməkdə davam edən dağlaləsinin soğanaqları 50-60 sm, 
bəzən  70  sm-ə  qədər  dərinlikdə  yerləşir.  Hər  il  ana  soğanağın  əvəzedici  soğanaqla  yeniləşməsi 
nəticəsində  bitkinin  eyni  yerdə  uzun  illər  ərzində  yaşaması  davam  edir.  Lakin  ardıcıl  aparılan 
aqrotexniki tədbirlər nəticəsində populyasiyada ontogenezin yuvenil və immerativ yaş mərhələsində 
olan  fərdləri  sıxışdırılıb  sıradan  çıxarılır.  Əkin  sahələinin  şumlan-ması  və  mal-qaranın  otarılması 


zamanı  yetkinlik  həddinə  çatmamış  bitkilərin  soğanaqları  məhv  olur.  Əkin  sahəsinin  kənarında 
bitən bitkilər isə qızılı-qırmızı rəngli çiçəklərinin dekorativliyinə görə uzaqdan diqqəti cəlb edərək, 
əhali  tərəfindən  kütləvi  surətdə  toplanır.  Bu  səbəbdən  toxumla  çoxalan  növün  ozünübərpa 
qabiliyyəti  zəifləyir.  Aparılan  çoxillik  monitorinqin  nəticələri  göstərir  ki,  yalnız  yetkin  fərdlərin 
olduğu  kiçik  lokalitetlər  davamsız  olub,  ildən-ilə  bitkilərin  sayının  və  arealının  azalması  ilə 
səciyyələnir.  Digər  tərəfdən  mal-qaranın  otarılması  və  biçin  prosesində  antropogen  amilin  dolayı 
təsiri nəticəsində T.eichleri növünün təsadüf edildiyi bitki qruplaşmasının ikinci tip bitkiliklə, yəni 
zəhərli alaqlarla əvəz olunması uygunlaşdığı bitki növlərinin itirilməsi ilə müşayət olunur [4]. 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin