süpürgədir; çiçək qrupunun budaqlarının uzunluğu 15 sm-cəndir. Çiçəkləri çiçək saplağına doğru
əyilmişdir. Meyvəsi yumuru qutucuq olub diametri 5 sm-dir.
Amerikanın Şimali Karolina ştatında Floridadan Missisipiyəcən olan sahilyanı düzənliklərdə
bitir.
Y. recurvifolia Salisb.
– bükükyarpaq yukka. Həmişəyaşıl bitkidir. Gövdəsi qısadır, düz və ya
budaqlıdır. 80-150 sayda əyilmiş, 60-90 sm uzunluqda yarpaqları gövdənin yuxarısında topa
şəkilində düzülmüşdür. Cavan yarpaqlar boz-yaşıl rəngdə olub ucu tikanşəkilli itidir, ortası
hamardır, zəyif qırışlıdır, tamkənarlıdır və ya tək-tək dişlidir, kənarları yüngülcə liflidir.
Bükükyarpaq yukkaya ABŞ-ın Corciya ştatında qumlu təpəliklərdə rast gəlinir.
Bu növ kulturada geniş yayılmışdır.
Y. flaccida Haw. – sallaq yukka. Kolşəkilli bitkidir. Yarpaqları digər növlərlə müqayisədə
daha nazik və elastikdir, dik (vertikal) duran gövdədən bir az yana əyilir. Yarpaqlarının rəngi tünd-
yaşıldır, uzunluğu 65-100 sm-dir. Çiçək ox mərkəzdən inkişaf edir. Çiçək qrupu süpürgəvaridir.
Çiçəkləri ağımtıl rəngdə olur.
Şimali Amerikanın qərbi və mərkəzi rayonlarında bitir.
Y. glauca Nutt. – göyümtül yukka. Qısa gövdəli həmişəyaşıl bitkidir. Rozetə sıx toplanmış
yarpaqları düzdür, aşağıya əyilmişdir, uzunluğu 60-90 sm, eni 0,6-1,2 sm-dir. Rəngi boz-yaşıldır,
kənarları az sayda saplı olub ağımtıldır. Çiçək qrupu salxımşəkilli olub 1-2 m hündürlükdədir, bol
çiçəkləyir. Çiçəkləri zınqrovşəkilli, ağımtıl-yaşıl rəngdədir.
Bu növ Şimali Amerikada (ABŞ-ın qərb rayonları) bitir.
Qiymətli dekorativ bitki hesab olunur.
Y. gloriosa L. – gözəl yukka. Həmişəyaşıl ağacşəkilli bitkidir. Gövdəsi 0,5-2,5 m hündürlükdə
olur, yuxarı hissəsindən budaqlanır. Budaqlarının axırında toplanmış yarpaqları tünd-yaşıl
rəngdədir. Yarpaqları düz və çox sərtdir, uzunluğu 30-50 sm, eni isə 2-3,5 sm-dir. Yarpaq ayasının
kənarı tam, hamar, az hallarda dişli, ucu iti olur. Kökümsovlu bitkidir. Çiçək qrupu süpürgəvaridir.
Hündürlüyü 0,6-1,5 m-dir, bir az yarpaqlardan qısa olur. Çiçəkləri çox saylı olub zınqrovşəkillidir.
Uzunluğu 3,5 sm olub ağ rəngdədir. Bəzən bənövşəyi və ya qırmızı ləkəli olur. Meyvələri yaşıl olub
yetişən vaxt qəhvəyi rəngdə olur. Açılmamış qutu meyvəsinin uzunluğu 5-8 sm, eni 2,5 sm olur.
Tərsyumurtaşəkilli toxumları qara rəngdə olub qalındır. Dekorativ-yarpaqlı və dekorativ çiçəkli
bitkidir.
Gözəl yukka Amerika Birləşmiş Ştatlarının cənubi-şərqində sahilyanı qumsal təpəciklərdə
yayılmışdır.
Yukkanın Abşeronda öyrənilən növləri daxili və xarici interyerlərin, küçə və parkların
yaşıllaşdırılmasında çox perspektivlidir.
Dostları ilə paylaş: