Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə111/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   107   108   109   110   111   112   113   114   ...   118
Malus orientalis Ugl. – Şərq və ya Qafqaz alması. Orta Asiya növü.  
6-8 m-ə qədər hündürlüyü olan ağac və ya koldur, əlverişli şəraitdə 15-20 m-ə qədər ucalır. 
Enli,  çadırvari,  şarşəkilli,  bəzən  düzgün  olmayan  çətirlidir.  Gövdənin  diametri  40  sm-ə  çata  bilər. 
Cavan budaqların qabığı takansız, azca tüklü, tünd qəhvəyi, boz, bəzən bənövşəyi, yaşlı budaqların 
qabığı  isə  bozumtul,  qəhvəyi,  parlaq  olub,  civzəlidir,  pulcuqlar  şəklində  qopur.  Yarpaqları 
yumurtavari, lanset formalı və ya enli ovalşəkillidir, qısa budaqlarda dairəvidir. Yarpaların eni 1,5-7 
sm,  uzunluğu  3-10  sm-dir.  Çiçəyi  qısa    saplaq  üzərində  olub,  yarpaqlardan  tez  açılır,  ağ  solğun 
çəhrayı,  rəngli  və  çox  ətirlidir,  3-6-8  ədəd  çiçək  bir  yerdə  olub  çətir  təşkil  edir,  tacı  4-5  sm 
diametrində olur, beşləçəkli, çox erkəkcikli və 2-3 dişiciklidir. Meyvələri müxtəlif irilikdə, formada 
olub,  əksərən  dəyirmidir,  diametri  2-3-5  sm-dir.  Meyvə  ətinin  rəngi  ağ,  bir  qədər  sarımtıl  və  ya 
çəhrayı, dadı az şirin, turşməzə, ətirli, dadlı, yumşaq, bərk və ya kəpək kimidir [1,2,3,5,8]. 
Ləpəaltı  dirsək  30-50  mm  uzunluğunda,  1,25  mm  enindədir,  yaşıldır,  aşağıdan  çox  vaxt 
çəhrayıdır.  Ləpə  yarpaqları  enli  oval  və  ya  tərsinə  yumurtavaridir,  12-15  mm  uzunluğunda,  8-10 
(11)  mm  enindədir,  saplağı  qısadır.  İlk  yarpaqları  yumurtavaridir,  qeyri-bərabər  və  ikiqat-
dişciklidir, əsası enli pazşəkillidir, üst tərəfi tünd yaşıl, alt tərəfi isə açıq yaşıldır, torvari damarlıdır. 
Yaxın  sonuncu  yarpaqlar  yumurtavari-ovaldır, qeyri-bərabər  ikiqat dişciklidir. Ləpəüstü dirsək  və 
ya birinci buğumarası təxminən 5 mm uzunluğundadır, çəhrayı-qırmızıdır, tükcüklüdür [6]. 
Əkin  payızda  (15.10.2009)  aparılmışdır.  İlk  cücərtilər  30  mart  2010-ci  il  tarixində  əmələ 
gəlmişdir.  
Birillik  toxmacarların  hündürlüyü  15-20  sm,  çətirin  diametri  15  sm-dir.  Çətirin  yan 
budaqları 4-6 ədəd olub, uzunluğu 4-6 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm, 
yarpaqcıqların  sayı  7-8  ədəddir.  Kök  sistemi  mildir,  4-5  sm  dərinə  gedir.  Kök  boyuncuğunun 
diametri 4,5  mm-dir. Birinci dərəcəli  yan köklər  3-5 ədəd olub, uzunluğu 5-10 sm,  ikinci dərəcəli 
yan köklər 8-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 
3-4 sm-dir. Kök sisteminin diametri 22-25 sm-dir. 
 
İkiillik  toxmacarların  hündürlüyü  28-30  sm,  çətirin  diametri  20-25  sm-dır.  Çətirin  yan 
budaqları 4-6 ədəd olub, uzunluğu 10-12 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 3-5 
sm,  yarpaqcıqların  sayı  6-8  ədəddir.  Mil  kökün  uzunluğu  12-14  sm,  kök  boyuncuğunun  diametri 
4,5-5,5 mm-dir. Birinci dərəcəli yan köklər 6-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan 
köklər 14-16 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-28 ədəd olub, uzunluğu 
5-7 sm-dir. Kök sisteminin diametri 30-32 sm-dir. 
5.
 
Malus kirqhisorum Al. Et. An.Theod. – Qırğız alması. Orta Asiya növü. 
Ağacdır, qabığı qarışıqdır, qonurdur. Yarpaqları uzunsovdur, uzunluğu 8-10 sm, eni 4-6 sm-
dir,  əsası  pazşəkilli,  ucu  iti  və  ya  kütdür,  kənarı  dişcikli,  saplağı  qısadır.  Çiçəkləri  ağ  və  ya 
çəhrayıdır, diametri 4 sm-dir, az çiçəkli çətirlərdə toplanıb, kasayarpaqları tökülmür. Meyvələri tək-
tək,  şarşəkilli  və  ya  yastılaşmışdır,  qırmızı  kirşanlıdır,  diametri  3-8  sm-dir.  Toxumları  boz, 
uzunluğu 6-8, eni 3-5 mm-dir, 1000 toxum 24-27 qr-dır [1,2,3,8]. 
Ləpəaltı dirsək 30-40 mm uzunluğunda və  təxminən 1 mm enindədir, çox və ya az dərəcədə 
çəhrayı-qırmızıdır.  Ləpə  yarpaqları  enli  ovaldır,  10-12  mm  uzunluğunda  və  8-9  mm  enindədir, 
yuxarıdan  dairəvidir,  azca  ətvaridir,  saplağı  qısadır,  demək  olar  ki,  oturaqdır.  Ilk  yarpaqları 


 
 
 
 
növbəlidir,  sərt  ikiqat  dişciklidir,  saplağı  ayadan  üç  dəfə  qısadır.  Yaxın  sonuncu  yarpaqlar  ilk 
yarpaqlara oxşardır, lakin onlardan nisbətən iridir. Ləpəüstü dirsək və ya birinci buğumarası, yaxın 
və  sonuncu  buğumaraları  kimi  çəhrayı  qırmızı  və  ya  demək  olar  ki,  yaşıldır,  tam  oturaqdır, 
yarımbasılmışdır  və  bəzən  aralıdır,  uzun  tükcüklüdür.  Cücərtilər  qeyri-bərabər  rənglənmiş,  tünd 
çəhrayı lətə malik meyvələrdən alınmış toxumlardan becərilmişdir. Cücərtilərin ləpəaltı və ləpəüstü 
dirsək  hissələri, saplağı,  yarpağı,  yarpağın orta damarı çəhrayı-qirmızı,  bəzi cücərtilərdə  isə  yaşıl, 
ləpəüstü dirsək isə açıq çəhrayı rənglənmişdir [6]. 
Əkin  payızda  (15.10.2009)  aparılmışdır.  İlk  cücərtilər  27  mart  2010-ci  il  tarixində  əmələ 
gəlmişdir.  
Birillik  toxmacarların  hündürlüyü  20  sm,  çətirin  diametri  10-15  sm-dir.  Çətirin  yan 
budaqları 4-6 ədəd olub, uzunluğu 3-5 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-4 sm, 
yarpaqcıqların  sayı  6-8  ədəddir.  Kök  sistemi  mildir,  3-4  sm  dərinə  gedir.  Kök  boyuncuğunun 
diametri  3-4  mm-dir.  Birinci  dərəcəli  yan  köklər  3-5  ədəd  olub,  uzunluğu  6-8  sm,  ikinci  dərəcəli 
yan  köklər  10-12  ədəd  olub,  uzunluğu  4-8  sm,  üçüncü  dərəcəli  yan  köklər  20-22  ədəd  olub, 
uzunluğu 3-5 sm-dir. Kök sisteminin diametri 25-27 sm-dir. 
 
İkiillik  toxmacarların  hündürlüyü  27-30  sm,  çətirin  diametri  20-25  sm-dır.  Çətirin  yan 
budaqları 4-6 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 
sm, yarpaqcıqların sayı 6-10ədəddir. Mil kökün uzunluğu 12 sm, kök boyuncuğunun diametri 3,5-4 
mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan köklər 
18-20 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-30 ədəd olub, uzunluğu 4-5 sm-
dir. Kök sisteminin diametri 30-35 sm-dir. 
6.
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin