Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə107/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   103   104   105   106   107   108   109   110   ...   118
 
GĠRĠġ 
 
 
Ağac və kol bitkilərinin cücərti və toxmacarlarının bir-ikiillik inkişafı dövründə öyrənillməsi 
böyük praktik əhəmiyyət kəsb edir. Bir çox ağac və kol bitkiləri qələmlə olduğu kimi toxumla da 
çoxaldılır. Toxumla çoxaldılma zamanı toxumların yığılma vaxtı, saxlanma şəraiti, səpinin vaxtında 
və  düzgün  aparılması  və  s.  kimi  faktorlar  cücərtilərin  əmələ  gəlməsinə  təsir  edir.  Daha  sonra  isə 
cücərtilərin  düzgün  təyini  və  onların  sonrakı  inkişafı  səpinin  effekivliyini  və  bu  bitkilərdən 
meşəsalmada, şəhərin yaşıllaşdırılmasında istifadəni əvvəlcədən müəyyən etməyə imkan verir [4]. 
 
Cücərtilər toxum rüşeymindən fərqli olaraq kök sistemi və yarpaqları ilə fəaliyyət göstərən 
müstəqil  bitkilərdir.Toxmacarlar  ilk  yarpaqları,  əsas  və  əlavə  kökləri  vasitəsilə  qidalanaraq, 
yarpaqların  formasına,  həmçinin  gövdə  və  köklərin  xüsusiyyətlərinə  görə  yaşlı  bitkilərdən  kəskin 
fərqlənirlər [4]. 
 
Uyğun şərait (su, hava, istilik, bəzən  işıq, bəzi sükunət dövründən sonra) olduqda toxumlar 
cücərməyə  başlayır.  Bu  zaman  əvvəlcə  əsas  kökə  başlanğıc  verən  rüşeym  kökcüyü  inkişaf  edir, 
daha  sonra  hipokotil  və  ləpəaltı  dirsək  uzanır,  nəhayət  əsas  gövdəyə  və  epikotilə  başlanğıc  verən 
tumurcuq  böyüməyə  başlayır.  Cücərmənin  bu  ardıcıllığı  bioloji  cəhətdən  tənzimlənir.  Beləliklə, 
cücərti kök vasitəsilə torpağa birləşir, bitkini su mineral maddələrlə təmin edir. Hipokotilin inkişafı 
ilə  cücərtinin  ilk  assimiləedici  orqanı  olan  ləpəaltı  dirsəyi  işıq  üzü  görür,  bundan  sonra  yuxarı 
tumurcuq uzanır və cavan bitkinin yerüstü gövdəsinin böyümə və formalaşmasını təmin edir [4]. 
 
İ.Q.  Serebyakovun  qeyd  etdiyinə  görə,  cücərtidən  bitki  orqanizmin  sərbəst  həyat  yolu 
başlayır ki, bu da sonra yeni toxumların əmələ gəlməsinə qədər davam edir [4]. 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin