MÜZAKĠRƏ VƏ NƏTĠCƏLƏR
Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsinə daxildir. Fəsilənin nümayəndələrində yeraltı və
yerüstü hissənin inkişafənın eyni olduğu müşahidə olunur. Ləpə yarpaqları adətən ovaldır, demək
olar ki, dairəvidir və ya nisbətən uzunsovdur, uzunsov-yumurtavarıdır, çılpaqdır, yaşıldır, bəzən
yağlı kimidir. Bir qayda olaraq gülçiçəklilər fəsiləsində ləpə yarpaqları çox qalmır, tez tökülür. İlk
yarpaqlar növbəli və ya qarşı-qarşıyadır. Sonuncular mütəşəkkil olub, sadədir, onlar nisbətən
şaxələnib, bəzən yerin altında onlar reduksiya olur, pulcuqşəkillidir, sonradan inkişaf etmiş
yarpaqlarla əvəz olunur [6].
Alma (Malus Mill.) cinsi. Böyüməsi yerüstüdüür, ləpə yarpaqları adətən ovaldır və ya
tərsinə yumurtavaridir, kifayət qədər iridir, çox və ya az dərəcədə ətlidir. İlk yarpaqlar dişciklidir,
yetkin bitkinin yarpaqları ilə müqayisədə az fərqlənir. Ləpəaltı dirsək bir qayda olaraq qırmızıdır
[6].
Aşağıda hər bir növün ayrılıqda tədqiqi verilmişdir:
1.
Malus sargenti Rehd. - sarjent alması. Şərqi Asiya (Yapon) növü.
Ağac və ya koldur. Yabanı almaların ən alçaq boylusudur. Zoğların qabığı tünd boz, tikanlıdır.
Yarpaqları yumurtavarı, uzunluğu 5-8 sm, eni 3-6 sm-dir, əsası azca üzəkvarıdır, kənarları iti
dişciklidir. Çiçəkləri 4-7 ədəd olmaqla çətir çiçək qrupunda yerləşir, ağdır. Meyvələri şarşəkilli və
ya ovaldır, 3 ədəd olmaqla yerləşir, diametri 8-13 mm-dir, sarıdır, çəhrayı və ya qırmızı kirşanı var,
uzun müddət ağacın üstündə qalır, ləti yumşaqdır, kasa yarpaqları töküləndir, uzundur, meyvə
saplağı 3-3,5 sm-dir. Toxumları qəhvəyidir [1,2,3,8].
Ləpaəaltı dirsək aşağıdan qalınlaşmışdır, 20-25 mm uzunluğunda; 1-1,25 mm enindədir, az və
ya çox dərəcədə kirli-qırmızımtıl rənglənmişdir. Ləpə yarpaqları ovaldır, 15-16 mm uzunluğunda,
8-9 mm enindədir, yuxarıdan enli dairəvidir, əsası qısa pazşəkillidir, hiss olunmadan 5 mm
uzunluğunda saplağa keçir. Daralmış pulcuqları da təxminən 5 mm uzunluğundadır. İlk yarpaqlar
növbəlidir, 20-25 mm uzunluğundadır, ümumi görünüşü yumurtavaridir, uzunsov orta seqmenti var,
hər iki tərəfdən 1-2 iri dişciklə təchiz edilmişdir və nisbətən kiçik tərsinə yumurtavari, 1-2 dişcikli,
üst seqmetlidir, pulcuğu 5-7 mm uzunluğundadır. Üçüncü yarpaq birinciyə keçib, lakin onun
yuxarıdan seqmenti üç bölümlüdür, dişciklidir. Ləpəüstü dirsək və ya birinci buğumarası təxminən
15 mm uzunluğundadır. Gövdəciyi kirli-qırmızımtıldır, yumşaqdır, kiçikdir, buruq tükcüklüdür [6].
Əkin payızda (4.10.2007) aparılmışdır. İlk cücərtilərin əmələ gəlməsi yazda (25.III. 2008 )
müşahidə edilmişdir.
Birillik toxmacarların hündürlüyü 10-15 sm, çətirin diametri 13-15 sm-dir. Çətirin yan
budaqları 3-5 ədəd olub, uzunluğu 5-7-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm-dir,
yarpaqcıqların sayı 5-7 ədəddir. Kök sistemi mildir, 3-5 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 5-7 sm, ikinci dərəcəli yan
köklər 8-10 ədəd olub, uzunluğu 2-5 sm, üçüncü dərəcəli yan köklər 15-20 ədəd olub, uzunluğu 2-3
sm-dir. Kök sisteminin diametri 15-20 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 15-20 sm, çətirin diametri 15-17 sm-dır. Çətirin yan
budaqları 7-9 ədəd olub, uzunluğu 7-10 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7
sm, yarpaqcıqların sayı 8-10 ədəddir. Mil kökün uzunluğu 10-12 sm, kök boyuncuğunun diametri
6 mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-15 sm, ikinci dərəcəli yan köklər
15-20 ədəd olub, uzunluğu 7-10 sm, üçüncü dərəcəli yan köklər 25-30 ədəd olub, uzunluğu 5-7 sm-
dir. Kök sisteminin diametri 25-35 sm-dir.
2.
Dostları ilə paylaş: |