Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə50/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   46   47   48   49   50   51   52   53   ...   118
Açar  sözlər:  tropik  bitkilər,  interyer,  işıqlanma  dərəcəsi,  temperatur,  nisbi  rütubət, 
yaşıllaşdırma, Bromeliaceae, Orchidaceae. 
  
Tarixi  inkişafın  müasir  mərhələsində  elmi-texniki  inkişafın  nailiyyətləri  insanın  təbiətdən 
asılığını  nə qədər azaltmış olsa da ətraf  mühitə göstərdiyi  mənfi təsirlə  bütün canlılar aləmi üçün 
real  təhlükəli  vəziyyət  yaratmışdır.  Ətraf  mühitin  çirklənməsi  insanın  öz  gələcək  həyatını  fəlakət 
qarşısında  qoymuşdur.  Buna  görə  də  insan  təbiətin  və  onu  əhatə  edən  ətraf  mühitin  qayğısına 
qalmalıdır.  
XX  əsr  dünya  tarixində  görünməmiş  dərəcədə  əhali  artımı  ilə  səciyyələnir.  Yüz  il  əvvəl 
dünyada əhalinin sayı 1,5 milyard olduğu halda, 1960-cı ildə 3 milyard olmuşdur. Son 40 il ərzində 
isə ikiqat artaraq 2000-ci ildə 6 milyard nəfərə çatmışdır [15]. 1990-cı ildə dünya əhalisinin 51%-i 
şəhərlərdə yaşayırdı, 2000-ci ildən sonra isə 80-90% olacağı proqnozlaşdırılır. Belə artım, xüsusilə 
şəhərlərin böyüməsi və əhalisinin artması ətraf mühitə çox mənfi təsir göstərir.  
Şəhərlərdə yaşayan əhali vaxtının 80%-ni evlərdə və örtülü istehsalat şəraitində keçirir ki, belə 
şəraitdə  insan orqanizmi  üçün olduqca zərərli olan  hava qatışıqları (CO
2
,  formaldehid, ağır  metal 
birləşmələri və s.), xəstəliktörədən mikroorqanizmlər açıq havaya nisbətən 20 dəfə, bəzi hallarda isə 
100  dəfədən  də  çox  olir.  Buna  görə  də  tropik  və  subtropik  bitkilərin  daxili  ekoloji  şəraitin 
sağlamlaşdırılmasında əhəmiyyəti əvəzsizdir.  
Yaşayış və ictimai binaların, eyni zamanda sənaye müəssisələrinin tikintisinin artan tempi ilə 
əlaqədar  olaraq  interyerlərin  arxitekturaca-dekorativ  tərtibatı  məsələləri,  xüsusilə  onların 
yaşıllaşdırılması daima aktuallıq daşıyır. 
Daxili  interyerlərin  (yaşayış,  istehsalat  və  ictimai  binaların)  abadlaşdırılmasında,  bədii-
memarlıq  tərtibatında  və  istehsalatda  əmək  şəraitinin  sağlamlaşdırılmasında  yaşıllaşdırma  əsas 
elementlərdən  biridir.  Müasir  dövrdə  otaq  şəraitində  becərilən  bitkilər  təkcə  dekorativ  memarlıq 
baxımından deyil, həm də sanitar-gigiyenik cəhətdən böyük maraq kəsb edir [2,8,9,12]. 
Bizim  ölkədə  aparılan  böyük  sayda  ictimai,  sosial  və  yaşayış  binalarının  geniş  kompleks 
şəkildə tikintisi və onların yaşıllaşdırılması ümumi abadlıq işlərinin ayrılmaz hissəsi olub insanların 
əhval-ruhiyyəsunə, əmək şəraitinin yaxşılaşdırılmasına, istirahət etməsinə kömək edir.  
Daxili  interyerlərin  yaşıllaşdırılması  üçün  seçilən  bitkilər  özündə  dekorativ  effektivliklə 
uzunmüddətli  inkişaf  fəaliyyətini  birləşdirməklə  ətraf  mühitə  sağlamlaşdırıcı  təsir  göstərməklə 
memarlıq elementlərinin bir hissəsinə çevrilməlidir [10,11,14].  
Hamıya  məlumdur  ki,  bitkilərin  bacarıqla  seçilərək  interiyerlərə  yerləşdirilməsinin  böyük 
emosional  və  estetik  təsiri  var.  Bitkilər,  açıq  şəraitlə  (0,03%)  müqayisədə  23  dəfə  çox  (0,7%) 
karbon  qazı  toplanan  bina  və  otaqların  havasını  təmizləyir.  Onlardan  bəziləri  özündən  zərərli 
mikroblara  məhvedici  təsir  göstərən  fitonsidlər  ayırırlar.  Nəhayət,  məlumdur  ki,  yaşıl  rəngin  özü 
əsəb sisteminə sakitləşdirici təsir edərək,  insanların  iş qabiliyətinə  və ümumi tonusuna  yaxşı təsir 
edir və bununla müsbət emosiyaya səbəb olur. 


Son  zamanlar  Mərkəzi  Nəbatat  Bağında  interyerlərin  yaşıllaşdırılmasının  elmi  əsaslarının 
işlənib hazırlanması sahəsində elmi tədqiqat işləri aparılır [5].  
Daxili yaşıllaşdırmada istifadə olunan əsas bitki növləri tropik və subtropik iqlim şəraiti olan 
ölkələrdən  çıxıblar.  Tropik  və  subtropik  bitkilərin  introduksiyası  və  onlardan  istifadə  edilməsi 
müasir dövrdə dünya florasının bitki ehtiyatlarının mənimsənilməsinin əsas problemlərindən biridir. 
Azərbaycanda  isə  yeni  tropik  bitki  assortimentlərinin  sayı  çox  deyil  və  onların  seçilməsi, 
becərilməsi təsadüfi xarakter daşıyır. Buna görə də bir çox xarici ölkələrdə geniş istifadə olunan və 
Mərkəzi Nəbatat Bağının kolleksiyasında toplanmış tropik və subtropik fəsilələrin (Bromeliaceae, 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin