MÜZAKĠRƏ VƏ NƏTĠCƏLƏR
Hal-hazırda sarmaşan bitkilərin bütün aspektlərdə öyrənilməsi davam etməkdədir. Bu maraq
təkcə onların gözəl xarici görkəmə və dekorativ əlvan çiçəklərə malik olması, becərilmələrinin ucuz və
asan başa gəlməsi və s. ilə yanaşı eyni zamanda tərkibində bioloji fəallığa malik maddələrin olmasi ilə
də əlaqədardır. Bu maddələr həm kəskin soyuqdəymələrdə, yüksək hərarətdə, dəri-zohrəvi və bir sıra
digər xəstəliklərin müalicəsində istifadə olunan antimikrob, antiparazitar və s. xassəli preparatların,
həmçinin beyin hüceyrələrinin işinin tənzimlənməsində rol oynayan benzopirin, diazepam və s.
tərkibinə daxildir [4].
Xüsusilə xalq təbabətində sarmaşan bitki preparatlarından geniş istifadə edilir. Məsələn:
kirkazonun (Aristolochia L.) bir çox növləri soyuqdəymə əleyhinə, sidikqovucu vasitə kimi, oynaq
ağrıları zamanı tətbiq olunur. Yarpaq və budaqlarindan alınmış şirəni turş şərabla qarışdırıb ilan
sancdığı əraziyə sürtdükdə zəhərin aktivliyini azalır.
Hələ qədimdən daşsarmaşığının (Hedera L.) bütün orqanlarından xalq təbabətində istifadə
olunduğu məlum idi. Bitkinin meyvələrinin qurudulub üyüdülmüş tozundan insan orqanizmində
ümumi zəiflik, halsızlıq əlehinə, təzə yarpaqlarının pörtlədilməsi irinli yaraların müalicəsində istifadə
olunmuşdur.
Başqa bir
sarmaşan bitki olan maya sarmaşığı (Humulus L.)
təkcə pivə istehsalında deyil, eyni
vaxtda bitkinin hamaş
meyvələri sakitləşdirici vasitə kimi, həmçinin mədə yaralarının müalicəsində
tətbiq olunur.
Çin limoncuğu (Schizandra chinensis (Turcz.) Baill.) daha geniş sahələrdə istifadə olunan
sarmaşan bitkidir. Hələ vaxtilə bitkinin qiymətli dərman xüsusiyyətlərini nəzərə alan çin imperatorları
əhalidən vergi borcları qarışılığinda çin limoncuğu meyvələrini alarmışlar. Bitkinin meyvə şirəsindən
şərq ölkələrinin əhalisi susuzluğa qarşı ən effektli vasitə kimi istifadə etmişlər.
Uzaq Şərqdə ovçulara və səyahətçilərə məlum idi ki, bir ovuc limoncuq onlari bir gün aclıq və
susuzluqdan mühafizə edə bilir. Xüsusilə gözün görmə qabiliyyətinə limoncuq daha müsbət təsir
göstərərək görməni 1,5 – 2 dəfə artırır, əsəb sisteminin fəaliyyətini stimullaşdırır, tənəffüsü gücləndirir,
qan təzyiqini aşağı salır.
Sarmaşan bitkilərin həm tibbi və həm də təsərrüfat əhəmiyyəti dünya alimləri tərəfindən
kifayyət qədər öyrənilməsinə baxmayaraq, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda bu
qrup bitkilərdən yalnız şaquli yaşıllaşdırma elementi kimi istifadə olunmuşdur. Yalnız üzüm tənəyinin
yarpaqlarının və giləmeyvələrinin bir sıra xəstəliklərin o cümlədən soyuqdəymədə, ürək və böyrək
xəstəliklərində və s. istifadəsi Azərbaycan xalqına da qədimdən məlum idi. Üzüm meyvələrinin
tərkibində 16-20% qlükoza və fruktoza şəkəri, müxtəlif turşular, dabbaq maddələri, vitaminlərin olması
ondan istifadənin təyinatını çox genişləndirmişdir. Beləki qədimdən bəri ondan doşab (bəhməz), ircal,
mürəbbə, halva, kişmiş, mövüc, sirkə, spirt, şərab və başqa materiallar hazirlamaqla onlardan həm qida
həm də müalicə məqsədilə istifadə olunmuşdur.
Bundan əlavə böyürtkənin (Rubus L.), maya sarmaşığının və s. xalq təbabətində müxtəlif
məqsədlərlə istifadəsi də Azərbaycan xalqına qədimdən məlum idi. Böyürtkənin bir sıra növləri, o
cümlədən qanqırmızı böyürtkən (R. Sanguineus Friv.), Qafqaz böyürtkəni (R. Caucasicus Focke.)
Azərbaycanın əksər ərazilərində geniş yayılmışdır. Böyürtkən növləri canlı çəpərlərin yaradılmasında,
dağ yamaclarında yarğanların, uçqunların, çay sahillərinin bərkidilməsində əvəzedilməz bitki olmaqla
yanaşı ekoloji cəhətdən təmiz giləmeyvə də verir.
Xalq təbabətində böyürtkən və moruq mürəbbəsindən soyuqdəymə və boğaz ağrılarında
müalicə vasitəsi kimi geniş istifadə olunur. Həmçinin dişlərdə sinqa xəstəliyinin və sümük boşluğunun
müalicəsində tətbiq edilir. Yarpaqlarından isə pörtlədilmiş halda irinli yaraların üzərini bağlamaqla
müalicəsində, tüklərin qara rəngə boyadılmasında istifadə olunur.
Böyürtkən həm də arıçılıqda bal verən bitki kimi tanınmışdır. Hesablamalara görə 1 ha
böyürtkən sahəsindən 20-25 kq bal əldə etmək mümkündür [3].
Ərazinin zərərli atmosfer havasından və səs-küydən qorunmasında sarmaşan bitkilərin rolu:
Məlum olduğu kimi bitkilər becərildikləri ərazinin atmosfer havasının oksigenlə
zənginləşdirilməsində əvəzedilməz rol oynayır ki, bu da digər canlılar – insanlar və heyvanlar üçün
zəruridir. Yaşayış sahəsinin, istirahət və sağlamlıq zonalarının ətrafında mütləq bitkilər əkmək üçün
yerlər saxlanılır. Burada əkiləcək bitkilər ərazini nə qədər tez yaşil kütlə ilə istismar etsələr orada
havanın təmizlənməsi və oksigenlə zənginləşməsi bir o qədər intensiv olar. Bu baxımdan sürətlə
böyüdüyündən və becərildiyi ərazini qısa vaxtda yaşıl kütlə ilə örtdüyündən sarmaşan bitkilər
əvəzedilməz bitkilərdir.
Qeyd edilməlidir ki, bütün bitkilər havanın oksigenlə zənginləşdirilməsində az – çox rol
oynayır. Ancaq sarmaşan bitkilərin üstünlüyü ondadır ki, onlar digər ağac və kol bitkilərinin bitə
bilmədiyi ərazidə (binaların divarlarının səthində, dəmir beton dirəklərin səthində, pəncərə və
eyvanlarda və s.) müvəffəqiyyətlə böyüyüb inkişaf edə bilirlər. Bu da əlavə torpaq və habitus sahəsi
tutmadan yaşıllıqların həcminin çoxalması deməkdir. Məsələn: Beşyarpaq qızüzümü ( Dostları ilə paylaş: |