Malus orientalis Ugl. – Şərq və ya Qafqaz alması. Orta Asiya növü.
6-8 m-ə qədər hündürlüyü olan ağac və ya koldur, əlverişli şəraitdə 15-20 m-ə qədər ucalır.
Enli, çadırvari, şarşəkilli, bəzən düzgün olmayan çətirlidir. Gövdənin diametri 40 sm-ə çata bilər.
Cavan budaqların qabığı takansız, azca tüklü, tünd qəhvəyi, boz, bəzən bənövşəyi, yaşlı budaqların
qabığı isə bozumtul, qəhvəyi, parlaq olub, civzəlidir, pulcuqlar şəklində qopur. Yarpaqları
yumurtavari, lanset formalı və ya enli ovalşəkillidir, qısa budaqlarda dairəvidir. Yarpaların eni 1,5-7
sm, uzunluğu 3-10 sm-dir. Çiçəyi qısa saplaq üzərində olub, yarpaqlardan tez açılır, ağ solğun
çəhrayı, rəngli və çox ətirlidir, 3-6-8 ədəd çiçək bir yerdə olub çətir təşkil edir, tacı 4-5 sm
diametrində olur, beşləçəkli, çox erkəkcikli və 2-3 dişiciklidir. Meyvələri müxtəlif irilikdə, formada
olub, əksərən dəyirmidir, diametri 2-3-5 sm-dir. Meyvə ətinin rəngi ağ, bir qədər sarımtıl və ya
çəhrayı, dadı az şirin, turşməzə, ətirli, dadlı, yumşaq, bərk və ya kəpək kimidir [1,2,3,5,8].
Ləpəaltı dirsək 30-50 mm uzunluğunda, 1,25 mm enindədir, yaşıldır, aşağıdan çox vaxt
çəhrayıdır. Ləpə yarpaqları enli oval və ya tərsinə yumurtavaridir, 12-15 mm uzunluğunda, 8-10
(11) mm enindədir, saplağı qısadır. İlk yarpaqları yumurtavaridir, qeyri-bərabər və ikiqat-
dişciklidir, əsası enli pazşəkillidir, üst tərəfi tünd yaşıl, alt tərəfi isə açıq yaşıldır, torvari damarlıdır.
Yaxın sonuncu yarpaqlar yumurtavari-ovaldır, qeyri-bərabər ikiqat dişciklidir. Ləpəüstü dirsək və
ya birinci buğumarası təxminən 5 mm uzunluğundadır, çəhrayı-qırmızıdır, tükcüklüdür [6].
Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 30 mart 2010-ci il tarixində əmələ
gəlmişdir.
Birillik toxmacarların hündürlüyü 15-20 sm, çətirin diametri 15 sm-dir. Çətirin yan
budaqları 4-6 ədəd olub, uzunluğu 4-6 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm,
yarpaqcıqların sayı 7-8 ədəddir. Kök sistemi mildir, 4-5 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 4,5 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 5-10 sm, ikinci dərəcəli
yan köklər 8-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu
3-4 sm-dir. Kök sisteminin diametri 22-25 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 28-30 sm, çətirin diametri 20-25 sm-dır. Çətirin yan
budaqları 4-6 ədəd olub, uzunluğu 10-12 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 3-5
sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Mil kökün uzunluğu 12-14 sm, kök boyuncuğunun diametri
4,5-5,5 mm-dir. Birinci dərəcəli yan köklər 6-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan
köklər 14-16 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-28 ədəd olub, uzunluğu
5-7 sm-dir. Kök sisteminin diametri 30-32 sm-dir.
5.
Malus kirqhisorum Al. Et. An.Theod. – Qırğız alması. Orta Asiya növü.
Ağacdır, qabığı qarışıqdır, qonurdur. Yarpaqları uzunsovdur, uzunluğu 8-10 sm, eni 4-6 sm-
dir, əsası pazşəkilli, ucu iti və ya kütdür, kənarı dişcikli, saplağı qısadır. Çiçəkləri ağ və ya
çəhrayıdır, diametri 4 sm-dir, az çiçəkli çətirlərdə toplanıb, kasayarpaqları tökülmür. Meyvələri tək-
tək, şarşəkilli və ya yastılaşmışdır, qırmızı kirşanlıdır, diametri 3-8 sm-dir. Toxumları boz,
uzunluğu 6-8, eni 3-5 mm-dir, 1000 toxum 24-27 qr-dır [1,2,3,8].
Ləpəaltı dirsək 30-40 mm uzunluğunda və təxminən 1 mm enindədir, çox və ya az dərəcədə
çəhrayı-qırmızıdır. Ləpə yarpaqları enli ovaldır, 10-12 mm uzunluğunda və 8-9 mm enindədir,
yuxarıdan dairəvidir, azca ətvaridir, saplağı qısadır, demək olar ki, oturaqdır. Ilk yarpaqları
növbəlidir, sərt ikiqat dişciklidir, saplağı ayadan üç dəfə qısadır. Yaxın sonuncu yarpaqlar ilk
yarpaqlara oxşardır, lakin onlardan nisbətən iridir. Ləpəüstü dirsək və ya birinci buğumarası, yaxın
və sonuncu buğumaraları kimi çəhrayı qırmızı və ya demək olar ki, yaşıldır, tam oturaqdır,
yarımbasılmışdır və bəzən aralıdır, uzun tükcüklüdür. Cücərtilər qeyri-bərabər rənglənmiş, tünd
çəhrayı lətə malik meyvələrdən alınmış toxumlardan becərilmişdir. Cücərtilərin ləpəaltı və ləpəüstü
dirsək hissələri, saplağı, yarpağı, yarpağın orta damarı çəhrayı-qirmızı, bəzi cücərtilərdə isə yaşıl,
ləpəüstü dirsək isə açıq çəhrayı rənglənmişdir [6].
Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 27 mart 2010-ci il tarixində əmələ
gəlmişdir.
Birillik toxmacarların hündürlüyü 20 sm, çətirin diametri 10-15 sm-dir. Çətirin yan
budaqları 4-6 ədəd olub, uzunluğu 3-5 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-4 sm,
yarpaqcıqların sayı 6-8 ədəddir. Kök sistemi mildir, 3-4 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 3-4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 6-8 sm, ikinci dərəcəli
yan köklər 10-12 ədəd olub, uzunluğu 4-8 sm, üçüncü dərəcəli yan köklər 20-22 ədəd olub,
uzunluğu 3-5 sm-dir. Kök sisteminin diametri 25-27 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 27-30 sm, çətirin diametri 20-25 sm-dır. Çətirin yan
budaqları 4-6 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7
sm, yarpaqcıqların sayı 6-10ədəddir. Mil kökün uzunluğu 12 sm, kök boyuncuğunun diametri 3,5-4
mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan köklər
18-20 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-30 ədəd olub, uzunluğu 4-5 sm-
dir. Kök sisteminin diametri 30-35 sm-dir.
6.
Dostları ilə paylaş: |