Colutea komarovii Takth., Celtis caucasica Willd., Celtis taurnefortii Lam., Crataegus pontica
C.Koch. , Juniperus foetidissima Willd., Punica granatum L., Pistacia mutica Fisch.et Mey., Pyrus
salicifolia Pall., Quercus araxina (Trautv.) Grossh., Rhus coriaria L., Rosa nizami Sosn. və s.
göstərmək olar.
Bildiyimiz kimi gecə və gündüzün uzunluqları arasındakı fərq bitkilərdə yarpaq
tökülməsinə, çiçəkləmə, budaqlama, yarpaq parçalanması, piqment əmələ gətirmə və s. kimi
hadisələrə təsir edir. İşığın düşmə vaxtı ilə əlaqədar olaraq bitkilər qısa və uzun gün bitkilərinə
ayrılır [18].
Fərqli coğrafi bölgələrdə yayılmış bitkilər öz inkişafları boyunca yaşadıqları yerin işıq
vaxtına ekoloji olaraq uyğunlaşmışlar.
Aparılan tədqiqatlar nəticəsində öyrənilən bitkilər içərisində işıqsevən və kölgə sevən bitki
qrupları ayırd edilmişdir (cədvəl 1).
İşığa qarşı münasibətinə görə öyrənilən bitkilərdən 31 növü işıqsevən, qalan növlər isə kölgə
sevəndir. Kölgəli yerdə bitən Albizia julibrissin Durazz., Diospyros lotus L., Euonymus velutina
Fisch.et Mey., Crataegus pontica, Punica granatum, Pterocarya pterocarpa (Michx.)Kunth ex
Ilyinsk., Rosa nizami, Stаphylea colchica Strv. kimi növlər üzərində aparılan müşahidələrin nəticəsi
göstərmişdir ki, bu bitkilərin inkişafında zəifləmələr, o cümlədən çiçəkləmə faizinin aşağı düşməsi,
yan budaqların sayının artması, yarpaqların nazikləşməsi baş verir.
Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, insan fəaliyyəti ilə bağlı işlərin
bitkilərə təsiri həmin bitki qruplaşmalarının strukturunun pozulmasına gətirib çıxarır və bu da öz
növbəsində nadir növlərin normal böyüyüb inkişaf etməsinə mənfi təsir edir və onların təbiətdə
arellarının daralmasına səbəb olur [20].
Cədvəl 1
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol
bitkilərinin işığa görə münasibəti
№
Növ
şıqsevən
Kölgəsevən
1
2
3
4
1
Albizia julibrissin
+
2
Alnus subcordata
+
3
Buxus colchica
+
4
Buxus hyrcana
+
5
Calligonum aphyllum
+
6
Calligonum bakuense
+
7
Castanea sativa
+
8
Celtis caucasica
+
9
Celtis taurnefortii
+
10 Colutea komarovii
+
11 Corylus colurna
+
12 Cotoneaster saxatilis
+
13 Crataegus pontica
+
14 Danaea racemosa
+
15 Diospyros lotus
+
16 Euonymus velutina
+
17 Ficus hyrcana
+
18 Gleditsia caspica
+
19 Hedera pastuchowii
+
20 Ilex hyrcana
+
21 Juniperus foetidissima
+
22 Laurocerasus officinalis
+
23 Padus avium
+
24 Parrotia persica
+
25 Platanus orientalis
+
1
2
3
4
26 Punica granatum
+
27 Pistacia mutica
+
28 Populus hyrcana
+
29 Pterocarya pterocarpa
+
30 Pyracantha coccinea
+
31 Pyrus boissieriana
+
32 Pyrus grossheimi
+
33 Pyrus hyrcana
+
34 Pyrus salicifolia
+
35 Quercus araxina
+
36 Quercus castaneifolia
+
37 Rhus coriaria
+
38 Rosa nizami
+
39 Ruscus hyrcanus
+
40 Stаphylea colchica
+
41 Taxus baccata
+
42 Vitis sylvestris
+
43 Zelkova carpinifolia
+
Temperatur. İşıq enerjisi, günəşdən gələn günəş şuasının yerə düşməsindən sonra istilik
enerjisinə çevrilir. Bu şualar torpağa düşdükdən sonra onların geriyə dönən hissəsi istilik şəklində
üzə çıxır. Bu səbəbdən yerə yaxın olan hissə ilıq, daha üst qatlar isə sərin olur. Isti, kalori ilə ölçülür
və 1 q suyun istiliyinin 15,5°C-dən 16,5°C-yə qədər yüksəlməsi üçün lazım olan istilik 1 kaloriyə
bərabərdir. Yaz və qış mövsümlərində istilik ritmi dəyişir. Əsasən, bitkilər üçün önəmli olan onların
bitmə yerindəki istilikdir. Istiliyin dəyişməsinə səbəb olan amillərdən biri torpağın quruluşu və
rəngidir. Açıq rəngli çılpaq torpaqlar işığı çox qüvvətli bir şəkildə geri qaytarır, tünd rəngli
torpaqlar isə bitki örtüyü ilə zəngin olduğundan günəş şualarını daha çox udur. Bu baxımdan tünd
rəngli torpaqda daha çox istilik olur.
Apardığımız bir təcrübədə bir günlük istilik dəyişmələri öyrənilmişdir. Tədqiqat, iyul ayında
27 növ nadir bitki üzərində aparılmışdır (cədvəl 2). Tədqiq olunan bütün bitkilərdə ən yüksək
temperatur saat 13-14 radələrində torpağa ən yaxın məsafədə olduğu qeyd edilmişdir. Torpaq
səthindən uzaqlaşdıqca temperaturun miqdarında azalmalar qeyd edilmişdir. Qeydə alınan
temperaturun torpaq səthinə ən yaxın olan sahədə növdən asılı olaraq 25-33°C arasında olduğu
məlum olmuşdur.
Apardığımız müşahidələr göstərmişdir ki, növdən asılı olaraq torpaq səthindən bitkinin təpə
hissəsinə qədər olan yüksəklikdə istilik dərəcəsi, torpaq səthinə yaxın olan sahədən 5-9°C az olur.
Temperaturun yüksəlməsi bitkilərdə zülalın dağılmasına və amiakın toplanmasına səbəb
olan amillərdəndir. Temperaturun daha yüksək olması hüceyrənin qurluşunu pozur [6].
Bildiyimiz kimi, Abşeron yarımadası may mövsümündə torpağın quru olması ilə digər
bölgələrdən fərqlənir. Belə ki, illik yağıntıların miqdarı 200-300 mm, buxarlanma isə təxminən
1000 mm-ə qədər olur. Bu baxımdan, Abşeron yarımadasında olan bitkilərin bu iqlim amilinə qarşı
uyğunlaşmaları mühüm hadisələrdən biridir. Quru isti yay aylarında Abşerona introduksiya olunan
bitkilər çox böhranlı bir vəziyyətdə olurlar [5,19].
Öyrənilən bitkilər üzərində apardığımız müşahidələr göstərmişdir ki, ех situ şəraitində bu
bitkilərin bir hissəsinin yarpaqlarında saralmalar və tökülmələr müşahidə edilir. Buna misal olaraq
Parrotia persica (D.C)C.A.Mey., Alnus subcordata C.A.Mey., Populus hyrcana Grossh., Platanus
orientalis L., Corylus colurna L., Albizia julibrissin, Pterocarya pterocarpa, Castanea sativa Mill.,
Euonymus velutina, Pyrus grossheimi Fed., Pyrus hyrcana Fed., Staphylea colchica və s. növləri
göstərmək olar. Istiliyin artması ilə əlaqədar quraqlığın davam etdiyi zaman ərzində tədqiq olunan
bitkilərədə böyümə dayanır. Sonradan istiliyin azalması ilə əlaqədar həmin bitkilərdə yenidən
yarpaqlama baş verir.
Cədvəl 2
Bəzi ağac və kol bitkilərinəd günlük istilik dəyişmələri (iyul, 2007)
№
Növ
Torpaq səthindən olan hündürlük (gövdə)
0
orta
Təpə
temperatur, °C
1
Dostları ilə paylaş: |