1. Ġnteryerlərin yaĢıllaĢdırılmasında Bromeliyanın tətbiq edilməsi.
Müxtəlif tipli interyerlərin yaşıllaşdırılmasında Bromeliyanın böyük sayda növlərindən
istifadə etmək olar. Onlardan müxtəlif binaların (ictimai, yaşayış və istehsalat), qış bağlarının və
mağazaların vitrinlərində dekorativ kompozisiya yaradılması zamanı, mikrokompozisiya yaradan
zaman dekorativ tərtibata həcm verilməsində istifadə edilə bilər. Bromeliyanın habitusunun özü
qeyri-adi təəssürat yaradır, yarpaqlarındakı şəkillər, rənglər və müxtəlif çiçəkləri , çiçək qrupları isə
bu təəssüratı tamamlayır. Bromeliyanın əsas üstünlüklərindən biri onların çiçəkləməsinin yaz-qış
dövrünə düşməsidir. Ancaq Bromeliyadan və ya digər tropik və subtropik bitkilərlə birlikdə
kompozisiya yaradan zaman onların təbii şəraitinə yaxın olan əlverişli şərait yaratmaq lazımdır.
Ekoloji baxımdan Bromeliya müxtəlif cinslidir. Onları 2 əsas ekoloji tipə bölmək olar. Birinci
tipə rütubətli tropik meşələrdə bitən bütün epifitlər aiddir. Buraya əsasən Vriesea və Guzmania
cinsinə aid olan əksəriyyət növlər, həmçinin Nidularium və Tillandsia-nın hamar yarpaqlı bəzi
növləri daxildir. İkinci tipə - daha sərt iqlim şəraitində (zəyif işıqda və aşağı temperaturda) bitən
bitkilər daxildir. Buraya Aechmea, Billbergia, Cryptantus, Dyckia və b. cinslərin növləri aiddirlər.
Bu tipin nümayəndələrinə cox vaxt tikanla və ya ağımtıl pulcuqla örtülmüş cod yarpaqlar, bəzən isə
sukkulent tipli yarpaqlar xarakterikdir.
Birinci tip bitkilərə lazımdır: yüksək temperatur (+25 - +27
0
C), havanın yüksək rütubəti (80 –
90%), kifayət qədər işıq. Bu cür şəraiti şüşələnmiş vitrində ya da işıqlandırılan istixanada yaratmaq
olar. İkinci tipə aid olan Bromeliyalar havanın +18 - +22
0
C temperaturunda və 60-80% nisbi
rütubətində yaxşı bitir. Ancaq onlar xüsusilə yayda və kifayət qədər işıqda gün ərzində 2-3 dəfə su
çilənməsinə ehtiyac duyurlar. Aerofit adlanan bu cür ―hava‖ bitkiləri üçün xüsusi şərait
yaradılmalıdır. Onlar üçün havanın nisbi rütubəti 90-95%-ə bərabər olmalıdır. Onlara Tillandsia
cinsinin yarpaqlarının üzəri xarakterik gümüşü örtüklə örtülmüş və çox vaxt müxtəlif rəngli
sallanan qeyri-adi çiçək qrupu olan əksər növləri aiddir.
Bromeliyanı öz dekorativlik keyfiyyətinə görə aşağıdakı qruplara bölmək olar: dekorativ
yarpaqlılar; gözəl çiçəklilər; dekorativ yarpaqlı və çiçək qruplu növlər. Yuxarıda göstərilən
qrupların hər birinin nümayəndəsini müxtəlif kompozisiyaların yaradılması zamanı tək-tək ya da
müxtəlif qrupda birləşmiş şəkildə istifadə etmək olar. Ancaq həmişə kompozisiyanın təşkili zamanı
istifadə edilən növlər üzərində təzad təşkil edən şəkil, rəng və hündürlüyə görə elə harmonik
(həmahəng) yerləşdirilməlidir ki, son nəticədə tamamlanmış estetik kompozisiya alınsın. Beləliklə,
dekorativ kompozisiya tərtib edilən zaman bitkilərin hündürlüyü elə seçilməlidir ki, hər bir istifadə
edilən ekzemplyarın rəngi, forması və ya ölçüsü görünsün.
Dyckia, Puya cinsinin nümayəndələrini, Aechmea, Billbergia–nın bəzi növlərini qış bağlarının
yaradılması zamanı uğurla istifadə etmək olar. Vriesea, Guzmania, Cryptantus, Tillandsia və b.
cinslərin növlərindən isə kompozisiya yaradılan zaman müxtəlif dekorativ həcim vermək üçün
istifadə edilə bilər. Son zamanlar Bromeliyadan qurumuş ağac gövdələrinin üzərində özünə məxsus
kompozisiya yaratmaq üçün istifadə edilir.
Bromeliya hər bir növün spesifikasından asılı olaraq uyğun interyerə yerləşdirilir. Ancaq
həmişə işıqlı yerə qoyulur. Bu məqsəd üçün yalnız şərq və qərbdə yerləşən pəncərələr daha yaxşı
uyğun gəlir. Cənubda yerləşən pəncərələr üçün Aechmea bracteata, A. distichantha, Billbergia
rosea növləri, Dyckia, Puya, Pitcairnia cinsinin nümayəndələri uyğun gəlir, şimal pəncərələr üçün
isə Vriesea, Guzmania və b. cinslərin nisbətən kölgəyə davamlı növləri münasibdir. Bromeliyanın
normal böyüməsi və inkişafı üçün su- və havanı yaxşı keçirən substrat lazımdır. Epifit növlər üçün
yaxşısı budur ki, yalnız sfaqnum, çimli torf, çürümüş peyin və qumdan (1:1:1:0,5) ibarət olan
substratdan istifadə edilsin.
Bütün hallarda, Bromeliyanın normal böyüməsi və inkişafı üçün lazım olan şərait – bu yaxşı
işıqlanma dərəcəsi, su- və hava yaxşı keçən substrat, optimal temperatur, həmçinin substratın və
havanın lazımi qədər rütubətinin olmasıdır.
2. Ġnteryerlərin yaĢıllaĢdırılmasında Səhləblərin tətbiq edilməsi.
Müasir binaların daxili interyerlərinin yaşıllaşdırılmasında digər tropik və subtropik bitkilərlə
yanaşı səhləblərdə xüsusi yer tutur. Son illər dekorativ tropik səhləblərə maraq olduqca artmışdır.
Dünyada gülçülük və oranjereya təsərüffatlarında tropik səhləblər geniş surətdə becərilir. Avropa
ölkələrində müxtəlif tipli interyerlərin dekorativ tərtibatında bu bitkidən geniş surətdə istifadə edilir.
Ancaq Azərbaycanda bu qiymətli və həddindən artıq gözəl bitki gülçülük təsərüfatlarında
becərilmir. Bununla əlaqədar olaraq AMEA-nın Mərkəzi Nəbatat Bağında tropik səhləblərin
öyrənilməsinə, becərilməsinə və praktikada istifadə edilməsinə xüsusi fikir verilir.
Səhləblər qeyri-adi, orginal çiçəklərinin olmasına görə gül həvəskarları arasında çoxdan
populyardır. Onun müxtəlif forma və rəngli çiçəkləri ətirli olur. Səhləblərin digər çiçəkli bitkilərdən
üstünlüyü ondadır ki, o uzun müddət (bəzi növləri 3-7 ay fasiləsiz) və əsasən dekabr – fevral ayları
çiçəkləyir.
Səhləblər ekoloji və bioloji xüsusiyyətlərinə görə 2 əsas qrupa bölünür – epifitlər və terrestrial
(yerüstü) bitkilər. Kulturada terrestrial növlərdən, Calanthe, Cymbidium, epifitlərdən isə Coelogine,
Dendrobium, Stanhopea və digərləri ən populyarlarıdır.
Mərkəzi Nəbatat Bağında öyrənilən səhləb növlərindən dekorativ keyfiyyətinə və bioloji
xüsusiyyətinə görə ən perspektivliləri bunlardır: Calanthe vestita, Phalaenopsis amabilis,
Dendrobium phalaenopsis, Cymbidium hybridum. Bu növləri yüksək dekorativ çiçək və çiçək
qrupunun olması, çiçəkləmənin uzun müddəti və kəsilmiş şəkildə çiçəklərinin öz təravətini uzun
müddət saxlaması, asan daşına bilməsi, istehsalat şəraitində asan becərilməsi səciyyələndirir.
Yay dövrü otaq şəraitində səhləblərin yerləşdirilməsi üçün ən yaxşı yer şərq tərəfdə yerləşən
pəncərələrdir. Bu zaman günəş şüaları bitki üçün qorxulu deyil. Qış vaxtı isə yaxşı olardı ki, bitki
cənub pəncərəsinə yerləşdirilsin. Otağın havası dəyişdirilən zaman bitkini yelçəkəndən qorumaq
lazımdır.
Yay dövründə bitkini cənub pəncərəsinə yerləşdirdikdə, bu zaman bitki günəş şüalarının
yandırıcı təsirinə məruz qalır. Buna görədə bitkini yüngül pərdə ilə kölgələndirmək lazımdır.
Səhləbləri isti günəşli günlərdə 2-3 dəfə su ilə çiləmək lazımdır. Səhləblərin otaq şəraitində uğurlu
becərilməsinin şərtlərindən biri onun təmiz olmasıdır.
Coelogyne, Cattleya,Dendrobium, Thunia-nın növləri otaq şəraitində daha asan becərilir.
Ancaq otaq şəraitində digər cinslərində növlərini yetişdirmək olur, məsələn Anselia, Cymbidium,
Stanhopea.
Xarici ölkələrin gülçülük təsərüfatlarında aparıcı kultura olan tropik səhləblərin Azərbaycanda
becərilməsinin böyük perspektivi var. Bu kulturanın ölkəmizdə kolleksiyasının toplanması,
öyrənilməsi, yerli gülçülük təsərüfatlarında yetişdirilməsi və daxili interyerlərin yaşıllaşdırılmasında
istifadə edilməsi çox vacibdir.
Dostları ilə paylaş: |