Qeyd etmək lazımdır ki, müasir icrimai binaların yaşıllaşdırılması zamanı adətən bitkilər
pəncərədən bu məsafədə yerləşdirilir [17].
Günəşli və tutqun günlərin günorta saatlarında günəşin radiasiyasının kəmiyyəti üzərində
dayanılmışdır. Payızda (sentyabr) maksimal işıqlılıq – pəncədədən 1 m məsafədə günəşli gündə
8600 lk və tutqun gündə 4300 lk, 6 m məsafədə isə müvafiq olaraq 1700 və 800 lk müşahidə
olunur. Noyabrda işıqlılıq pəncərədən 1 m məsafədə günəşli gündə 277 lk-cən və tutqun gündə isə
1300 lk-cən azalır. Pəncərədən 6 m məsafədə müvafiq olaraq 500 və 300 lk-cən düşür.
Qış vaxtı işıqlanma daha da azalır. Dekabrda onun minimal həcmi günəşli gündə pəncərədən 1
m məsafədə 1800 lk, 6 m məsafədə 360 lk və müvafiq olaraq tutqun günlərdə 300 və 170 lk-ə
bərabər olur. Qış dövründə maksimal işıqlanma fevralda olur: günəşli gündə pəncərədən 1 m
məsafədə 5500 lk və tutqun gündə 2700 lk və müvafiq olaraq pəncərədən 6 m məsafədə 1200 və
550 lk olur. Yazda minimal işıqlanma dərəcəsi martda olur. Onun miqdarı günəşli və tutqun
günlərdə müvafiq olaraq pəncərədən 1 m məsafədə 8700 və 4300 lk-ə və 6 m məsafədə isə 1700 və
800 lk olur. Yaz dövründə ən çox işıqlanma dərəcəsi mayda müşahidə edilir. Günəşli gündə
pəncərədən 1 m məsafədə 11000 lk-ə, tutqun gündə 5600 lk-ə və müvafiq olaraq 6 m məsafədə
2200 və 1100 lk-ə çatır.
İlin yay dövründə pəncərədən 1 m məsafədə günəşli gündə maksimal işıqlanma dərəcəsi
11000 lk-ə və tutqun günlərdə isə 5500 lk-ə bərabərdir. Uyğun olaraq işıqlanma pəncərədən 6 m
məsafədə 2300 və 1200 lk olur. Avqust ayında işıqlanma dərəcəsi azalaraq yay dövrü üçün minimal
həcmə çatır. Belə ki, günəşli gündə işıqlanma dərəcəsi pəncərədən 1 m məsafədə 9000 lk, tutqun
gündə 5600 lk-ə çatır. Müvafiq olaraq 6 m məsafədə 2200 və 1100 lk olur. Qeyid etmək lazımdır ki,
bu cür işıqlandırma dərəcəsi yalınız günorta saatlarında müşahidə olunur, günün qalan vaxtlarında
bu əhəmiyyətli dərəcədə azalır.
Əgər bu faktorları nəzərə alsaq, o vaxt aydın olur ki, payız-qış dövründə üstünlük təşkil edən
tutqun günlərdə interyerlərdəki bitkilər hansı minimal həcmdə işıq enerjisi ilə kifayətlənirlər.
Havanın temperaturu. Payızda sutkalıq temperatura interyerdə demək olar ki, 13
0
C-dən aşağı
düşmür və 18
0
C-dən isə yuxarı qalxmır. Qışda 15 – 21
0
C həddində olur. Yazda temperatura artır və
18 – 25
0
C-ə çatır. Yay vaxtı sutka ərzində temperatur nisbətən yüksək olub 22 – 28
0
C təşkil edir.
Havanın nisbi rütubəti. Payız aylarında tədqiq edilən interyerlərdə havanın nisbi rütubəti
57%-dən aşağı düşmür və 70%-dən yuxarı qalxmır. Qışda aşağı düşür və 50-65% diapazonunda
dəyişir. Yaz dövründə nisbi rütubət 55-75%-cən artır. Yay dövründə isə əhəmiyyətli dərəcədə
artaraq 70 - 86% arasında dəyişir.
Beləliklə, qeyid etmək olar ki, interyerlərdə bitkilərin həyat fəaliyyəti üçün limitləşdirici
faktor işıqdır. İnteryerdə temperatur və havanın nisbi rütubəti isə adətən normaya yaxın olur.
Öyrənilən fəsilələrə (
Bromeliaceae, Orchidaceae) aid növlər üzərində aparılmış elmı-tədqiqat
işlərinin nəticələri imkan verir ki, bu bitkiləri Azərbaycanda daxili interyerlərin yaşıllaşdırılması
işlərində geniş istifadə edək.
Dostları ilə paylaş: