Qasımov Ş.N.
Azərbaycan MEA Mərkəzi Nəbatat Bağı,
gshakir@mail.ru
Məqalə daxili ekoloji şəraitin sağlamlaşdırılmasında tropik bitkilərin istifadə edilməsinə həsr edilmişdir. Bitkilər də daxil olmaqla interyerlərin ekoloji xüsusiyyətlərinə və ekoloji funksional prinsiplərinə görə təsnifat bölgüsü aparılmış və interyerlərin 8 tipi müəyyənləşdirilmişdir. Örtülü şəraitdə bitkilərin becərilməsi, böyümə və inkişafı üçün lazım olan optimal şərait isə şərti olaraq 5 qrupa bölünmüşdür.