Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə64/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   60   61   62   63   64   65   66   67   ...   118
MÜZAKĠRƏ VƏ NƏTĠCƏLƏ
 
  Adi doqquzdon növü -  yerüstü orqanları çox yüksəyə qalxmayan  kol bitkisidir. Yarpaqları 
qısa  saplaqlı,  sıx,  oval  və  ya  ellipsvarıdir,  qöyümtül  rəngdə  olub  çilpaq  və  kənarları  tamdır, 
uzunluğu  3,5 sm və  eni 3-6 sm-dir; təpə yarpaqları kasavarı şəkildə olan törəməyə cüt birləşmiş və 
yumru–ovalvaridir. Çiçəkləri ətirli, iri, oturaq olub, çiçək köbəsinə toplanmışdır.  Meyvələri qirmızı 
narıncı rənkdə olur.                                                                                                                                                                                      
            Abşeronda  adi  doqquzdon  növünün  veqetasiya  dövrü  fevral  ayınin  II  ongünlüyündən 
başlayarag noyabr ayının III ongünlüyünə qədər davam edir. Qönçələnmə dövrü aprel ayının  II-III 


onqünlüyündən, çiçəklənmə isə may ayının I onqünlüyündən başlayaraq III ongünlüyün sonunacan 
davam edir. Meyvələrin əmələ qəlməsi iyun ayının I onqünlüyündən başlayır və tam yetişməsi  bu 
ayın axırlarında müşahidə edilir. 
Adi  doqquzdon  növünün  ilkin  inkişaf  dövründə  morfogenezinin  öyrənilməsi  örtülü  şəraitdə 
səpilmiş toxumlardan  əmələ gəlmiş cücərtilər üzərində aparılmışdır. Toxumlar  xüsusi  hazırlanmış 
torpaq qarışığına (torf, peyin, qum -1:1:1) səpilmişdir.   
Səpilmiş toxumlardan  ilk cücərtilərin əmələ gəlməsi  bir aydan  sonra (30.01.2009) müşahidə 
edilmişdir. Adi doqquzdonun toxumunun cücərməsi yerüstü tiplidir (Şəkil1). 
 
 
 
Şəkil1.   Lonicera caprifolium L. növünün cücərtiləri
 
 
              Adi doqquzdon növünün cücərtilərinin ləpəyarpaqlarının ayəsinin eni 0,3 sm, uzunluğunun 
0,5  sm,  saplağı  isə  qısa  olub  uzunluğu    0,2  sm-dir.  Ləpəyarpağının  forması  yumurtavari  olub 
tamkənarlıdır. 
            Aparilan  fenoloji  müşahidələr  nəticəsində  məlum  olmuşdur  ki,  öyrənilən  növdə  həqiqi 
yarpaq 6-7 gündən sonra əmələ gəlir və 10-15 gündən sonra definitiv  forma alir. Yarpagın eni 0,2 
sm,  uzunluqu  0,4  sm,  yarpaq  saplaqının  uzunluqu  0,4  sm  olur;  15-20  gündən  sonra  ikinci  həqiqi 
yarpağ əmələ gəlməyə başlayır, bu zaman isə kökün  uzunlugu 2,7 sm çatır (Şəkil 2).  
 
 
 
 
 
               
  
 
 
 
 
 
 
 
 
                 
Şəkil 2. Lonicera  caprifolium L. növünün toxumdan ardıcıl inkişaf fazası 
 
      Bir  aydan  sonra  əmələ  gəlmiş  yarpaqların  enuinin  0,4  sm,  uzunluğu  0,6  sm,  yarpaq 
saplağının  uzunluğu  isə  0,5  sm  olduğu  müəyyən  edilmişdir.  Aparılan  biometrik  ölçülərə    əsasən 
ləpəyarpağı ilə əmələ gəlmiş ilk yarpaqların arasındakı buğumarasının uzunluğu  0,5 sm-dir, əmələ 


gələn sonrakı yarpaqlar arasındakı məsafə 0,4 sm olmuşdur. Sonraki yarpaqlar 7-9 gün intervalı ilə 
əmələ gəlir. Aprel ayında isə ləpəyarpağı quruyaraq cücərtidən ayrılır.    
       Aprel  ayınıın    sonunda  yarpaqların  kənarlarında  xırda  tükcüklərin  əmələ  qəlməsi  müşahidə 
edilir.  Vegetasiyanın  sonunda  adi  doqquzdonun  yuvenil  bitkisinin  gövdəsinin  rəngi  qəhvəyi  rəng 
alır.  Gövdənin hündürlü 7,5 sm-ə, kökünün uzunluğu isə 10-12 sm-ə çatır.  
           Abşeronda  adi  doqquzdonun  cücərtilərinin  boy  və  inkişafinın  öyrənilməsi  göstərmişdir    ki, 
cücərtilərin  intensiv böyüməsi hava temperaturunun yüksəlməsi ilə
 
(iyul, avqust) 
  
tədiricən azalır 
və sentyabır ayınacan davam edən nisbi sakitlik mərhələsinə keçir.  Sentyabr ayının əvvəlindən isə 
yenidə aktiv vegetasiya dövrünə başlayır və noyabır ayınacan davam edir.  
Adi doqquzdonun yuvenil bitkilərinin 1-illik tinglərinin boyu 9-12 sm. Bu dövrdə onlarda ilk 
budaqlanmanın başlanması müşahidə edilir.  
Bir illik doqquzdon növünün hündürlüyü 12-15 sm olan əsas kökünün uzunluğu torpagın 6-9 
sm dərinliyində yerləşərək, yan köklərinin sayı 10-12 ədəd, uzunluğu 3-6 sm, kök kütləsinin 
yerləşmə dərinliyi 6,5 sm olmuşdur (Şəkil 3 ). 
 
     
                 
 
                                           
                        Şəkil 3.  Bir və iki illik adi doqquzdonun kök sistemi 
 
İki illik bitkilərin boyunun hündürlüyü  26-28 sm çatmış, əsas kökün uzunluğu 23-24 sm,  7-
10 ədəd olan   yan köklərinin uzunluğu orta hesabla 6-17 sm  müşahidə edilmişdur. Eyni zamanda 
yan köklərdən II-ci və III-cü dərəcəli 15-18 ədəd  köklər aralanmış. Kök kütləsinin  torpağın 7-10 
sm  dərinliyində  yerləşdirilməsi  müəyyən  edilmişdir.  Beləliklə,  bir  və  iki  illik  bitkilərin  kök 
sisteminin  öyrənilməsi  qöstərmişdir  ki  Abşeron  şəraitində  onlar  yaxşı  inkişaf  edir.  Eyni  zamanda 
onlarda kollanma  və budaqlanmanin başlanması müşahidə edilir. (Şək.4). 
     Beləliklə,  müəyyən  edilmişdir  ki,  Abşeron  şəraitində  bu  növün  cücərtilərinin  yaxşı  boy 
verməsi və inkişaf etməsi iqlim, torpaq faktorunda və suvarma rejimindən  asılıdır.
 
  
              Tədqiqatların  nəticəsində,  Abşeron  şəraitində  adi  doqquzdon  növünün  biomorfolojı 
xüsusiyyətlərinin,  boy və inkişafının, kök sisteminin öyrənilməsi  onların guru iglim şəraitinə tam  
uyqunlaşmasını qöstərir. Bu isə onların Abşeronda becərilməsinə və yaşıllaşdırma işlərində istifadə 
edilməsinə imkan verir.   
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin