Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi


SAVALAN DAĞININ SU-BATAQLIQ BĠTKĠLĠYĠNĠN YEM MƏHSULDARLIĞI



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə67/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   63   64   65   66   67   68   69   70   ...   118
SAVALAN DAĞININ SU-BATAQLIQ BĠTKĠLĠYĠNĠN YEM MƏHSULDARLIĞI 
 
Cabir Şərifi
1
, Ş.N. Qasımov
2
, Adil Cəlili

 
1-
 
Ərdəbil Əkinçilik və Otlaqlar institutu, sharif jaber
2-
 
Azərbaycan MEA Mərkəzi Nəbatat Bağı, 
gshakir@mail.ru
 
3-
 
İran, Milli Mərkəzi Meşəliklər və Otlaqlar institutu 
 
Məqalədə  Savalan  dağının  su-bataqlıq  bitki  örtüyünün  yem  məhsuldarlığı,  bitki 
formasiyaları  tədqiq edilmişdir.
 
Öyrənilən ərazidə 28 bitki formasiyası  müəyyənləşdirilmiş 
və onların yem istehsalında əhəmiyyəti araşdırılmışdır.    
      Açar sözlər: Savalan dağı, su-bataqlıq bitkiliyi, bitki formasiyası, yem məhsuldarlığı. 
 
 İranda  mövcud  olan  ədəbiyyat  məlumatlarının  analizinə  əsasən  qeyd  etmək  olar  ki,  İranda 
bitkilərin yem məhsuldarlığının öyrənilməsinə az, bir neçə elmi tədqiqat işləri həsr edilmişdir.   
Əli-reza  Nəqinejad  özünün  "İranın  mərkəzi  Əlborz  dağının  su-bataqlıq  bitkilərinin  ekoloji 
araşdırılması"  əsərində  (2008)  İranın  on  regionu  üçün  orta  yem  məhsuldarlığının  5765  kq/h 
olduğunu qeyid etmişdir [3].  
Mosa  Akbərlu  "İranın  qərbi  Azərbaycan  əyalətinin  otlaqlar  örtüyünün  ekoloji  araşdırılması" 
əsərində  (2009)  çəmən  örtüyünün  yem  məhsuldarlığını  tədqiq  etmiş  və  qeyd  etmişdir  ki,  öyrənilən 
ərazilərdən  bəzilərində  yem  istehsalı  az  meqdarda  –  1516,5  kg/h  və  bəzilərində  isə  çoxi  –  8752,6 
kg/h  əldə  edilmişdir.  Eyni  zamanda  o,  qeyd  etmişdir  yem  istehsalını  təşkil  edən  növlərin  58,3%-i 
nazuk yarpaq bitkilər (Grasses) və 28,64 %-i isə enli yarpaq bitkilər (Forbs) təşkil edir [9].  
Cabir  Şərifi  "Ərdəbil  regionunda  yarmbozqır  otlaq  çəmənliklərinin  tanınması, 
sinifləşdirilməsi  və  bitki  növlərinin  ekoloji  araşdırılması"  əsərində  (1997)  8  bölgədə  yem 
istehsalının  miqdarını  öyrənmiş  və  həmin  bölgələrdə  yem  məhsuldarlığının  1500  –  3900  kg/h 
arasında dəyişdiyini qeyd etmişdir [2]. 
Aparılmış  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  Savalan  dağının  şimal  və  şərq 
ətəklərində  heyvandarlığın  inkişafı  üçün  yüksək  yem  məhsuldarlığına  malik  olan  bitki  örtüyü 
formalaşmışdır.  Öyrənilən  ərazinin  bitki  örtüyü  içərisində  su-bataqlıq  bitkiliyi  xüsusi  əhəmiyyət 
daşıyır.  Aparılmış  araşdırmalar  nəticəsində  28  su-bataqlıq
 
ərazisinin  bitki  örtüyünün  yem  istehsalı 
baxımından məhsuldarlığı müəyyən edilmişdir. 
Rütubətli  və  yarım  rütubətli  soyuq  iqlimə  malik  olan    dağliq  bölgələrdə  orta  yağıntı  400- 
600  mm  arasında  dəyişir.  Bu  amillərin  təsirindən    həmin  bölgələrdə  su-bataqlıq  bitki  örtüyünün 
formalşmasına şərait yaranır [5].  
Tədqiq olunan  regionda yem  istehsalının miqdarı digər bölgələrə  nisbətən  yüksəkdir. Bu  isə 
kənd  təsərrüfatında  heyvandarlığın  inkişaf  etdirilməsi  üçün  belə  məkanların  yüksək  əhəmiyytə  və 
qiymətə malik olduğunu göstərir. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin