St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 HİDROLOJİ HESABLAMALARDA TƏTBİQ EDİLƏN



Yüklə 1,1 Mb.
səhifə28/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021
HİDROLOJİ HESABLAMALARDA TƏTBİQ EDİLƏN

RİYAZİ STATİSTİKA ÜSULU
Hidroloji hadisələrin tətqiqində, xüsusilə də axımı səciyyələndirən əsas kəmiyyətlərin təyin edilməsində və ya proqnozlaşdırılmasında ehtimal nəzəriyyəsinə əsaslanan riyazi statistika üsulları geniş tətbiq olunur. Bu üsulun tətbiq olunmasının əsas şərti müxtəlif su təsərrüfatı tikintilərinin (su anbarlarının yaradılması üçün bəndlərin, irriqasiya sistemlərinin, su qəbuledici baş qurğuların, sahilyanı qoruyucu bəndlərin və s.) layihələndirilməsi zamanı axımı səciyyələndirən kəmiyyətlər haqqında kifayətedici, dolğun məlumatların olmamasıdır. Bu baxımdan qeyd olunan üsulun tətbiqinin əsas məqsədi müəyyən təminatlı su təsərrüfatı layihələrinin yerinə yetirilməsi üçün gələcəkdə axımı səciyyələndirən kəmiyyətlər barəsində məlumatların proqnozlaşdırılması və müəyyənləşdirilməsidir.

Statistik hesablamaların aparılması və proqnozların verilməsi axım barəsində olan mövcud məlumatlar əsasında yerinə yetirilir. Onu da qeyd etmək lazımdır ki, statistik hesablamalarda axımı səciyyələndirən kəmiyyətlərdən əsasən axım sərfindən istifadə olunur və onun haqqında toplanan müşahidə məlumatlarına təsadüfi kəmiyyətlər toplusu kimi baxılır.

Eyni ölçülü kəmiyyətlərin yaranması ardıcıllığının əvvəllər müşahidə olunanlarla heç bir bağlılığı yoxdursa, belə kəmiyyətlərə təsadüfi kəmiyyətlər deyilir.

Hidroloji sıraya təsadüfi kəmiyyətlər toplusu kimi baxılmasının mümkünlüyünün nəzəri cəhətdən əsaslandırıl-masında ehtimal nəzəriyyəsi teoremindən istifadə olunur. Bu teoremin mahiyyəti ondan ibarətdir ki, çoxlu sayda sərbəst, qismən asılı və ya təsadüfi amillərin təsirindən yaranan hadisələr müəyyən statistik qanunlara tabe olan təsadüfi kəmiyyətlər toplusunu yaradır.

Bu baxımdan bir çox hidroloji hadisə və kəmiyyətlərin öyrənilməsində ehtimal nəzəriyyəsindən geniş istifadə olunur.

Ehtimal –hər hansı hadisənin başverəbilmə imkanının ölçüsünün göstəricisidir. Yəni ehtimal böyük olduqca hadisələrin başvermə imkanları da artır. Hər hansı bir hadisənin baş vermə ehtimalı (P) həmin hadisələrin yaranması üçün olan əlverişli hadisələrin (m) bütün eyni imkanlı hadisələrin sayına (n) olan nisbətidir və aşağıdakı kimi ifadə olunur:

(1)

(1) düsturu emprik ehtimalı ifadə edir. Nəzəri ehtimal isə olduqda aşağıdakı kimi ifadə olunur:



(2)

Qeyd etmək lazımdır ki, hidroloji hesablamalarda kifayət qədər məlumatlar olmadığından (xüsusilə sonsuzluğa yaxınlaşan) nəzəri ehtimalın təyini mümkün olmur və yalnız emprik ehtimal əsas götürülür.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin