Göllərin çay axımına təsiri. Göllər çayın axımına və rejiminə bəzən o qədər
güclü təsir göstərir ki, qalan amillərin təsiri heç hiss olunmur. Göllər onlara daxil
olan suyu toplayır və sonra tədricən çaya verir, yəni konkret fiziki-coğrafi
şəraitdən, gölün tipindən, hidrometrik müşahidə məntəqəsinə yaxınlıqdan, hövzədə
göllərin sayından və onların axarlı-axarsız olmalarından, göllərin yeraltı sularla
əlaqəsindən asılıdır.
İfrat və kifayət qədər rütubətli zonalarda su səthindən və torpaqdan
buxarlanma çox az fərqlənir. Buna görə də göllərdən buxarlanma ilə itki o qədər də
böyük əhəmiyyət kəsb etmir və göllər yalnız çay axımını tənzimləyir. Gölün
tənzimləyici prizmasının həcmindən asılı olaraq bu tənzimləmə aylıq, mövsümi və
çoxillik ola bilər. Mövsümi tənzimləmə şəraitində minimal və maksimal axım
əhəmiyyətli dərəcədə dəyişə bilər, illik axım isə ola bilər dəyişməz qalsın.
Arid zonada su səthindən buxarlanma hövzə səthində buxarlanmaya nisbətən
5-6 dəfə çoxdur. Buna görə də gölün sahəsi nə qədər böyük olarsa, buxarlanma ilə
əlaqədar itki də bir o qədər çox olar. Bəzən bu itkilər göldə akummlyasiya olunmuş su həcmindən də artıq ola bilər. Bununla əlaqədar göllü hövzəyə malik çayların
axımı, gölsüz çaylara nisbətən azalır, xüsusilə azsulu illərdə.
Hövzədə çoxsaylı axarsız göllər olduqda, onlar səth və yeraltı suları
akummlyasiya edir və sonra onları buxarlandırır. Belə hallarda göllərin çay
axımına təsiri mənfidir, yəni onlar axımı azaldır. Əsas çayın məcrasında yerləşən
göllər, qollarda yerləşən göllərlə müqayisədə çay axınına daha güclü təsir göstərir,
xüsusilə müşahidə məntəqəsinin yaxınlığında olduqda. Çayların yuxarı axınında
yerləşən göllərin həcmi çox zaman kiçik olur və onlarda toplanan su yalnız qısa
müddət ərzində çayların qidalanmasında iştirak edir.
Ümumiyyətlə, göllərin illik axıma təsiri onların hövzədə nisbi sahəsi
2-5%-dən çox olduqda daha əhəmiyyətli olur.
Gölün tənzimləyici prizmasının həcmi kiçik olduqda, o yalnız yay minimal
axımına təsir göstərir.
Göllərin morfometrik ünsürləri. Gölün əsas morfometrik ünsürləri
aşağıdakılardır:
• Su aynasının sahəsi (F)- sahil xətti, yəni sıfırıncı izobatla əhatələnmiş
sahədir;
• Gölün uzunluğu (L)- sahil xətti üzərində bir-birindən ən uzaqda olan
nöqyələri su səthindən keçməklə ən qısa yolla birləşdirən xəttin
uzunluğudur.
Dostları ilə paylaş: |