Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri Statistikanın əsas anlayışlar


Kvartil Variasiya sırasının quruluşunu xarakterizə etmək üçün medianaya əlavə olaraq



Yüklə 267,6 Kb.
səhifə15/15
tarix07.01.2024
ölçüsü267,6 Kb.
#208339
1   ...   7   8   9   10   11   12   13   14   15
Seymur-Statistika

Kvartil
Variasiya sırasının quruluşunu xarakterizə etmək üçün medianaya əlavə olaraq kvartillər, desillər və persentillər hesablanır.
Medianın düsturuna əsasən kvartillər (statistik bölgü sırasını
4 bərabər hissəyə bölən tezliklər) aşagıdakı qaydada hesablanır.

Kvartillər bölgü sırasını 4, desillər 10, persentillər isə 100 bərabər hissəyə bölür. Bunlar əsasında bölgü sırasını səciyyələndirən müxtəlif əmsallar hesablanır və təhlil edilir.


Moda və mediananın qiyməti bir qayda olaraq orta göstəricidən fərqlidir və yalnız variasiya sırasında tezliyin simmetrik bölgüsü halında üst-üstə düşür. Moda, mediana və orta kəmiyyətin bir birinə bərabər oldugu halda normal bölgü əyrisi alınır.


  1. Normal tənliklər sistemi. reqresya tənliyi ilə eyni fotmanda olacaq cavab

Korrelyasiya modelinin qurulmasının başlıca problemi nəticə əlaməti və amil əlamətinin əlaqə mexanizmini əks etdirən analitik funksiyanın növünü müəyyən etməkdir. Əlaqə formasının seçilməsi reqressiya tənliyinin qurulması üçün həlledici əhəmiyyətə malikdir. Buradan aydındır ki, əlaqənin forması düzgün seçilmədikdə aparılan hesablamalar istənilən nəticəni verə bilməz. Əlaqənin forması yuxarıda göstərildiyi kimi, hər şeydən əvvəl, öyrənilən hadisənin məzmununun keyfiyyət təhlili əsasında müəyyən edilməlidir. Əlaqənin formasının seçilməsində qrafik metodunun rolu böyükdür. Amil əlaməti və nəticə əlaməti arasında düz əlaqə olduqda düzxətli əlaqə tənliyi qurulur. Onu da qeyd etmək lazımdır ki, sosial-iqtisadi hadisələr arasınd əsasən düzxətli əlaqə forması baş verir.
Düzxətli əlaqə tənliyinin düsturu aşağıdakı kimi yazılır:


  1. Əlaqələrin növləri

Sosial fəlsəfə sosial-iqtisadi hadisələrin dərk edilməsini, öyrənilməsini onların qarşılıqlı əlaqədə və inkişafda götürülməsində görür. İctimai həyatda baş verən bütün hadisə və proseslər bu prinsipə uyğun olaraq bir-birilə sıx əlaqədə və asılılıqdadırlar. Sosial-iqtisadi hadisələri bir-birindən təcrid edilmiş şəkildə, ayrılıqda dərk etmək mümkün deyildir. Onları dərk etmək üçün daimi hərəkətdə və inkişafda, qarşılıqlı əlaqə və asılılıqda götürmək lazımdır. Məlumdur ki, ictimai həyatda baş verən hadisə və proseslər bir-birilə sıx əlaqədə və bir-birindən asılı olub, biri digərinin dəyişilməsinə, inkişafına səbəb olur. Həmin hadisə və prosesləri qarşılıqlı əlaqədə və asılılıqda öyrəndikdə müsbət nəticə əldə edilə bilər. 262 Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin öyrənilməsində mühüm mərhələ onların mahiyyətini aydınlaşdırmaqdır. Burada hadisələrin mahiyyəti keyfiyyət təhlili əsasında müxtəlif metodların köməyilə hadisələrin əlaqələri, oxşarlığı və müxtəlifliyilə müəyyənləşdirilir. Keyfiyyət, əlamətlər məcmuyundan mühüm əlamətləri seçmək və qarşılıqlı əlaqədə öyrənmək əsasında dərk edilə bilər. Deməli, tədqiqatçı əmək məhsuldarlığının dinamikasını məhsulun maya dəyərinin dinamikası ilə əmək haqqının dinamikasını əmək məhsuldarlığının dinamikası ilə, məhsulun maya dəyərinin dinamikasını məhsul istehsalına çəkilən xərclərin dinamikası ilə, məhsul istehsalının dinamikası onun bölgüsü və istehlakının dinamikası ilə və s. qarşılıqlı əlaqədə öyrənməlidir. Təhlil ayrıayrılıqda götürülmüş faktlara deyil, əlaqədə götürülmüş faktlara istinad etməlidir. Faktlar bütövlükdə götürüldükdə çox inadlı olur. Deməli, sosialiqtisadi hadisələr haqqındakı faktlar bütövlükdə, qarşılıqlı əlaqədə götürüldükdə dərk edilə bilər. Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələr və asılılıqlar mövcuddur. Ölkənin iqtisadi fəaliyyət sahələri arasında, eyni zamanda ayrı-ayrı sahələr daxilində mövcud olan hadisələr arasında çox sıx əlaqə vardır. Həmin sosialiqtisadi hadisələrin göstəriciləri arasında da belə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Məsələn, fəhlələrin əmək haqqı ilə əmək məhsuldarlığı, məhsulun maya dəyəri ilə əmək məhsuldarlığı, məhsul istehsalının həcmilə əmək məhsuldarlığı, əmək məhsuldarlığı ilə hər işləyənə düşən əsas istehsal fondlarının dəyəri və s. arasında sıx əlaqə və asılılıq vardır. Göstərilən göstəricilərin hər biri bir çox müxtəlif amillərin təsiri nəticəsində dəyişir. Belə ki, əmək məhsuldarlığının səviyyəsi əməyin mexanikləşdirilməsi səviyyəsindən, əməyin enerjilə silahlanması dərəcəsindən, fəhlələrin iş stajından, tarif dərəcələrindən və bir sıra digər amillərin təsiri nəticəsində dəyişir. Sosial-iqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət amil (faktor) əlaməti, amil əlamətlərinin təsiri əsasında dəyişən əlamət isə nəticə əlaməti olur. Məsələn, əməyin enerjilə silahlanması, əməyin mexanikləşdirilməsi, fəhlələrin tarif dərəcələri, iş stajları və s. amil əlamətləri, əmək məhsuldarlığının səviyyəsi isə nəticə əlamətidir. Əsas istehsal fondlarının dəyəri və məhsul istehsalının həcmi arasında əlaqə tədqiq edilərkən əsas istehsal fondlarının dəyəri amil əlaməti, məhsul istehsalının həcmi isə nəticə əlaməti kimi götürülür. Buradan aydın olur ki, hadisələr və onların göstəriciləri arasındakı əlaqə və asılılıqların tədqiqi əsasında nəticə əlamətinə təsir edən ayrı-ayrı amillərin rolu müəyyənləşdirilir. Bu öz növbəsində bu və ya digər sahədə işləri yaxşılaşdırmaq və yüksək nəticələrə nail olmaq üçün kollektivin gücünü həmin istiqamətə yönəltməyə imkan verir. Beləliklə əlaqə və asılılıqların tədqiqi mühüm təcrübəvi əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq statistika tədqiqatının mühüm vəzifələrindən biri hadisələr və onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları müəyyən etmək və onların sıxlıq dərəcələrini ölçməkdən ibarətdir. Xarakterinə, istiqamətinə görə, analitik ifadəyə görə və s. əlaqələrin müxtəlif növləri və formaları mövcuddur. Hadisələr və onların göstəriciləri arasındakı əlaqə və asılılıqların xarakterinə görə əlaqələr funksional (tam) və korrelyasiya (tam olmayan) əlaqəsinə ayrılır. Funksional əlaqədə amil əlamətilə nəticə əlamətinin dəyişilməsi arasında tam asılılıq olur. Amil əlamətinin müəyyən kəmiyyətinin dəyişilməsi nəticə əlamətinin kəmiyyətinin dəyişilməsinə tam uyğun olarsa, belə əlamətlər arasında olan əlaqə funksional əlaqə adlanır. Başqa sözlə, nəticə əlamətinin dəyişilməsi tamamilə müəyyən amil əlamətinin və ya əlamətlərinin dəyişilməsindən asılıdırsa, belə göstəricilər arasında funksional əlaqə mövcuddur. Məsələn, dairənin sahəsi radiusun kvadratı ilə düz mütənasibdir ( 2 S = πr ). Burada radius amil əlaməti, dairənin sahəsi isə nəticə əlamətidir. Funksional əlaqə dəqiq riyazi düsturla: Y=f(x) ifadə olunur. Funksional əlaqə ən çox təbii hadisələr arasında mövcuddur. Sosial-iqtisadi hadisələrdə funksional əlaqəyə nadir hallarda rast gəlmək olar. Sosial-iqtisadi hadisələrin əlamətləri arasında, funksional əlaqədə olduğu kimi, ciddi uyğunluq olmur. Burada amil əlamətinin eyni qiymətinə nəticə əlamətinin müxtəlif qiymətləri uyğun gələ bilər. Məsələn, eyni iş stajına və yaxud eyni ixtisas səviyyəsinə malik olan fəhlələrin əmək məhsuldarlığı müxtəlif ola bilər. Korrelyasiya əlaqə formasında bir çox amil əlamətinin dəyişməsinin təsiri nəticəsində nəticə əlamətinin orta qiyməti dəyişir. Lakin əlamətlərin dəyişməsi 264 arasında möhkəm nisbət olmur. Məsələn, torpağa verilən gübrənin miqdarı ilə bitkinin məhsuldarlığı arasında korrelyasiya əlaqəsi vardır. Eyni miqdarda gübrə verilmiş müxtəlif sahələrdən müxtəlif miqdarda məhsuldarlıq götürülə bilər, təcrübədə elə hallara rast gəlmək olar ki, az gübrə verilmiş sahədən çox məhsul götürülür. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, nəticə əlaməti olan buğdanın məhsuldarlığına (y) amil əlaməti olan torpağa verilən gübrənin miqdarından (x) başqa, nəzərə alınmayan digər amillərdə - səpin müddəti, torpağın becərilməsi, yağıntının miqdarı, yığım müddəti və s. təsir göstərir. Ona görə də korrelyasiya əlaqəsi az götürülmüş iki-üç əlamətin qiyməti əsasında deyil, çox götürülmüş müşahidə məlumatı əsasında özünü aydın büruzə verir. Deməli, korrelyasiya təhlilini çox götürülmüş statistika məlumatı əsasında aparmaq lazımdır. Ancaq belə halda sosial-iqtisadi hadisələrin əlamətləri arasındakı qarşılıqlı əlaqələrin qanunauyğunluğunu aşkar etmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, korrelyasiya əlaqəsi tam olmayan əlaqədir. Göstərdiyimiz kimi, bitkinin məhsuldarlığı torpağa verilən gübrənin miqdarından başqa bir çox digər amillərdən də asılıdır. Ona görə də təhlil zamanı məlumat çox götürülsə belə həmin amillərin bir çoxu sərfnəzər edildiyinə görə əlaqə tam olmayacaqdır. Bu korrelyasiya əlaqəsinin ikinci mühüm xüsusiyyətidir. Bu o deməkdir ki, korrelyasiya təhlilində məlumat çox götürülsə və nəticə əlamətinə təsir edən mühüm amillər əhatə olunsa belə, əlaqə funksional əlaqəyə yaxınlaşa bilər, lakin tam əlaqə ola bilməz. Əlaqələr istiqamətlərinə görə düz və tərs əlaqəyə ayrılır. Düz əlaqədə həm amil həm də nəticə əlamətləri eyni istiqamətdə dəyişir. Düz əlaqədə amil əlamətinin qiyməti artdıqca və yaxud azaldıqca nəticə əlamətinin də qiyməti artır, yaxud azalır. Amil əlamətinin qiyməti artdıqca və ya azaldıqca nəticə əlamətinin qiyməti müvafiq olaraq azalarsa və ya artarsa, belə əlaqə tərs əlaqə adlanır. Düz və tərs əlaqə həm funksional, həm də korrelyasiya əlaqələrində mövcuddur. Düz əlaqəyə misal, fəhlələrin iş stajları ilə əməyin ödənişi, əməyin əsas fondlarla silahlanması ilə əmək məhsuldarlığı, əmək məhsuldarlığı ilə məhsul istehsalı və s. arasındakı əlaqələri göstərmək olar. Əmək məhsuldarlığının səviyyəsi və məhsul vahidinin maya dəyəri, məhsul vahidinə sərf edilən vaxtın miqdarı və 265 əmək məhsuldarlığının səviyyəsi və s. arasındakı əlaqə tərs əlaqədir. Deməli, düz əlaqə formasında amil əlamətinin qiymətinin artması əsasında nəticə əlamətinin fərdi və orta qiymətlərinin artması meyli müşahidə olunur, tərs əlaqədə isə amil əlamətinin qiymətinin artması nəticə əlamətinin qiymətinin azalmasına və ya artmasına doğru meyl etməsinə səbəb olur. Analitik ifadəyə görə əlaqə düzxətli və əyrixətli əlaqəyə ayrılır. Amil əlamətinin kəmiyyətinin artması və ya azalması nəticəsində nəticə əlamətinin kəmiyyəti müntəzəm olaraq artarsa, yaxud azalarsa belə asılılıq düzxətli korrelyasiya asılılığı və ya xətti əlaqə adlanır. Belə asılılıq riyazi cəhətdən düzxətli tənliklə y a a x x = 0 + 1 ifadə olunur. Düzxətli əlaqənin koordinat sistemində qrafiklə təsviri düz xəttə yaxın olan bir xətlə ifadə oluna bilər. Əgər amil əlamətinin qiyməti artdıqca və ya azaldıqca nəticə əlamətinin qiyməti müəyyən nisbətdə azalarsa və ya artarsa belə korrelyasiya asılılığına əyri xətli əlaqə deyilir. Belə əlaqənin qrafiklə təsviri əyri xəttə yaxın olan hər hansı qırıq xətlərlə (hiperbola, parabola və i.a.) ifadə oluna bilər. Onu da göstərmək lazımdır ki, ancaq funksional əlaqə analitik tənliklə dəqiq ifadə oluna bilər, korrelyasiya əlaqəsi isə təqribi ifadə olunur. Korrelyasiya təhlilində əgər bir amil əlamətilə nəticə əlaməti arasında əlaqə öyrənilərsə, belə əlaqə qoşa korrelyasiya, nəticə əlamətinə bir neçə amil əlamətinin təsiri öyrənildikdə isə belə asılılıq çoxamilli korrelyasiya adlanır. Sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqların müəyyənləşdirilməsi nəzəri təhlilə əsaslanmalıdır. Nəzəri təhlil əsasında əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı, fəhlələrin iş stajları və əməyin ödənişi, əmək məhsuldarlığı və məhsul istehsalı arasında əlaqə olduğunu müəyyən etmək çox da çətin deyildir. Məsələn, tutaqki əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri arasında əlaqə olduğunu müəyyən etmək tələb olunur. Məntiqi olaraq demək olar ki, əmək məhsuldarlığı artdıqca məhsul vahidinin maya dəyəri azalır. Məlumdur ki, əmək məhsuldarlığı artdıqca məhsul vahidinə sərf edilən əmək azalır. Əməyin kəmiyyət və keyfiyyətinə uyğun ödənildiyini nəzərə alsaq, onda aydın olar ki, əmək məhsuldarlığı artdıqca əmək haqqı üzrə məhsul 266 vahidinə çəkilən xərclər azalacaqdır. Təhlil zamanı onu da nəzərə almaq lazımdır ki, əmək məhsuldarlığının artması müəssisələrin əsas fondlarla təmini səviyyəsinin artması ilə sıx əlaqədardır. Deməli, əməyin ödənişi üzrə məhsul vahidinə çəkilən xərclərin azalması müəyyən dərəcədə amortizasiya xərclərinin artmasını ödəməyə yönəldilir. Lakin elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala düzgün tətbiqi ona gətirib çıxarır ki, məhsul vahidinə düşən əməyin ödənilməsinə qənaət amortizasiyaya çəkilən əlavə xərcdən həmişə çox olur. Bunun nəticəsi olaraq əmək məhsuldarlığı artdıqca məhsulun maya dəyəri aşağı düşür. Beləliklə, bu iki göstərici arasında əlaqə olduğunu nəzəri cəhətdən sübut etdik. Bununla bərabər ictimai həyatda elə hadisələrə rast gəlmək olur ki, onların arasındakı əlaqəni nəzəri təhlil əsasında müəyyən etmək mümkün deyildir. Belə halda statistikanın köməyindən istifadə etmək lazımdır. Nəzəri təhlil əsasında əlaqə müəyyən edildikdə belə, statistikanın köməyinə müraciət etmək lazım gəlir. Çünki nəzəri təhlilin nəticəsi ancaq faktiki statistika məlumatları ilə təsdiq edilə bilər. Beləliklə, əlaqələrin mövcudluğunu, xarakterini, istiqamətini, əlaqənin sıxlığını (kəmiyyətcə) ayrı-ayrı amil əlamətlərinin nəticə əlamətinə təsir dərəcəsini və s. öyrənmək statistikanın əsas vəzifəsidir.

  1. Seçme üsulları və sxemleri

Yüklə 267,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin