www.vivo-book.com
277
– Onlara tapĢır ki, – mənə dedi, – bu acı sousun içinə elə bir Ģey
qoysunlar ki, boğzaımda atılıb düĢsün və bütün içimi yandırıb yaxsın –
yəni yeməyə yaĢıl çili atsınlar, baĢqa zəif zir-zibil atmasınlar. Bu zibil
istiot əl-ayağımı elə yığıĢdırır ki, sonrakı gün tualetdən çıxa bilmirəm,
amma düĢünmürəm ki, bu dəfə belə bir problemim olacaq, n'est-ce pas
(elə deyilmi – fr.)?
Ölümə məhkum edilənlərin böyük əksəriyyəti gic bir çılğınlıqla
öz ölməz ruhları üçün narahat olurlar, lakin Delakrua son saatlarda
mənəvi rahatlığı üçün nə istədiyi ilə bağlı ona verdiyim bütün sualların
böyük hissəsini dərhal rədd elədi. Delakruanın fikrincə, əgər “o oğlan”
Böyük BaĢçı Bitterbak üçün yarıyıbsa, deməli, ona da yarayar. Lakin
hər Ģeydən çox onu narahat edən Ģey – yəqin siz də artıq baĢa
düĢdünüz – o biri dünyaya köçməsindən sonra Mister Cinqlzın
aqibətinin necə olacağı idi. Mən edamdan əvvəlki axĢamı
məhkumlarla uzun saatlar keçirməyə vərdiĢ eləmiĢdim, lakin həmin
gecə bu uzun saatları həyatımda ilk dəfə siçanın taleyi haqqında
düĢünməklə keçirdim.
Delakrua öz dumanlanmıĢ beynində bir ssenaridən baĢqasına
keçir, yorulmaq bilmədən bütün variantları saf-çürük etməyə çalıĢırdı.
Sanki kollecə göndəriləcək bir uĢaqmıĢ kimi, öz siçanının gələcəyini
təmin etmək düĢüncəsi ilə onun haqqında fikirləĢdiklərini uca səslə
deyə-deyə Delakrua özü də bilmədən əlvan rəngli makaranı divara
tərəf atırdı. Və hər dəfə o makaranı divara atanda Mister Cinqlz onun
www.vivo-book.com
278
arxasınca Ģığıyır, tapır və geriyə, Delakruanın ayaqlarının yanına
diyirlədirdi. Nəhayət, bütün bunlar sinirlərimə təsir etməyə baĢladı:
əvvəlcə, makaranın divara çırpılaraq çıxardığı səs, sonra da Mister
Cinqlzın pəncələrini döĢəməyə sürtərək çıxardığı cığıltı – baxmayaraq
ki, bu, çox maraqlı oyun idi, amma saat yarım davam edəndən sonra
adamı bezdirirdi. Mister Cinqlz isə yorulmaq bilmirdi. O, Delakruanın
bu məqsəd üçün döĢəməyə qoyduğu qəhvə nəlbəkisindən bir udum su
içərək sərinləmək, ya da nanəli nabatdan iti diĢləri ilə balaca bir parça
qoparıb çeynəyərək qarnını doydurmaq üçün vaxtaĢırı dayanır, sonra
isə hər Ģey yenidən baĢlayırdı. Bir neçə dəfə Delakruya bu axmaq
oyuna son qoyması və siçana bir az istirahət imkanı verməsini
söyləmək üçün kəlmələr dilimin ucuna gəlsə də, Mister Cinqlz ilə
oynaması üçün onun ixtiyarında yalnız bu gecənin və sabahı günün
qaldığı birdən yadıma düĢür və boğazıma dirənmiĢ kəlmələri udmalı
olurdum. Lakin bu oyun uzandıqca, özümü saxlamaq da getdikcə
çətinləĢirdi: daim təkrarlana səs-küyün sinirlərə necə təsir etdiyini
yəqin siz də bilirsiniz. Nəhayət, sözə baĢlamaq istəyirdim ki, hansısa
bir qüvvə məni çiynimin üstündən geri baxmağa məcbur etdi. Dəhlizin
əks tərəfində Con Koffi öz kamerasının qapısının yanında dayanıb,
dinməzcə mənə baxaraq baĢını bulayırdı: sağa, sola, sağa, sola. Elə bil,
fikrimi oxumuĢdu və mənə bir də düĢünməyi məsləhət görürdü.
Mən Mister Cinqlzı Delakruanın qarımıĢ xalasına – böyük bir
torba nanəli nabat göndərmiĢ xalasını deyirəm – verməyi təklif etdim
www.vivo-book.com
279
və söz verdim ki, bunun yerinə yetirilməsinə nəzarət də edərəm.
Üstəlik, dedim ki, onun əlvan rəngli makarasını və hətta siqar
qutusundan olan “evini” də göndərərik – pul yığıb Tut-Tutu da razı
salarıq ki, “Korona” siqar qutusuna olan iddiasından əl çəksin. Bir
qədər düĢünəndən sonra Delakrua etiraz etdi (düĢünərkən Delakrua
makaranı ən azı beĢ dəfə divara tərəf atmağa macal tapdı və hər
dəfəsində Mister Cinqlz onu ya burnu ilə itələyərək, ya da pəncələri ilə
diyirlədərək geri gətirdi) və bunun yaxĢı fikir olmadığını dedi:
“Hermione xala çox qocadır və Mister Cinqlzın nə qədər istedadlı
olduğunu dərk eləyə bilməz, bir də ki, iĢdir, Mister Cinqlzın ömrü
onunkundan uzun olsa, onda necə olsun? Onda Mister Cinqlz nə edər?
Yox, yox, Hermione xala çox qocadır, o bizim iĢimizə yaramaz”.
– YaxĢı, bizlərdən biri siçanı götürər, buna nə deyirsən? Yəni
həbsxana nəzarətçilərindən biri siçanı götürsə, razısanmı? Biz siçanı
elə buradaca, “E” blokunda bəsləyə bilərik.
Delakrua bu fikrə görə mənə sidq-ürəkdən təĢəkkür edərək bu
təkliflə də razılaĢmadı və dedi ki, Mister Cinqlz bir siçandır və azad
həyat yaĢamaq üçün can atır. O – Eduard Delakrua bunu dəqiq bilir,
çünki Mister Cinqlz özü – yəqin siz də anladınız – bunu onun qulağına
pıçıldayıb.
– YaxĢı, qoy sən deyən olsun, – deyə onu sakitləĢdirməyə
çalıĢdım. – Onda, Del, bizlərdən biri onu evinə aparar. Məsələn, Din.
www.vivo-book.com
280
Onun balaca oğlu var və yəqin bu siçandan onun çox xoĢu gələcək,
inan mənə.
Bu təklifimi eĢidəndə Delakruanın qorxudan rəngi ağardı. Mister
Cinqlz kimi dahi bir gəmiricinin taleyini balaca bir uĢağa tapĢırmaq?
Allah xatirinə, deyin görüm, balaca bir uĢağın onun məĢqləri ilə
məĢğul ola biləcəyini necə güman etmək olar, mən hələ siçana yeni
fəndlərin öyrədilməsini demirəm. Bir düĢünün, birdən uĢaq ona olan
marağını itirdi və bir neçə gün dalbadal onu yemləməyi yaddan
çıxardı, onda necə olacaq? Özünün birinci cinayətini ört-basdır edə
bilmək üçün altı nəfəri məhv etmiĢ Delakrua, indi elmi məqsəd üçün
heyvanların yarılmasının qızğın əleyhdarı kimi eĢitdiklərinə qarĢı
nifrətlə əsim-əsim əsirdi.
Nəhayət, onu rahatlatmaq üçün siçanı öz evimə aparacağıma söz
verdim (onlara istədikləri hər Ģeyi söz vermək, yadınızdadırmı?
Həyatlarının son qırx səkkiz saatında onlara hər Ģeyi vəd etmək). Bəs
bu təklif necə, xoĢuna gəlirmi?
– Yox, gəlmir, ser, boss Eckum, – Del səsində üzrxahlıq tonu ilə
cavab verərək bu təklifi də rədd etdi. Və makaranı yenidən atdı.
Makara divara dəyib geri sıçrayaraq yerdə fırlandı; Mister Cinqlz
düyünün üstündəki ağ kimi bir göz qırpımında onu haqladı və burnu
ilə itələyərək makaranı Delakruanın ayaqlarının yanına diyirlətdi. –
Təklifinizə görə çox sağ olun, mersi boku (minnətdaram – fr.) lakin
sizin eviniz düz meĢənin içindədir, Mister Cinqlz orada, dans la
www.vivo-book.com
281
foretdə (meĢədə – fr.) yaĢamağa qorxar. Mən bunu dəqiq bilirəm,
çünki...
– DüĢünürəm ki, mən özüm də bunu təxmin edə bilərəm, Del.
Delakrua baĢını yırğalayaraq gülümsədi.
– Lakin biz istənilən halda düĢünüb bir yol tapa bilərik. Mütləq
taparıq. – O, yenə makaranı atdı. Mister Cinqlz dərhal makaranın
arxasınca Ģütüdü. Mən üz-gözümü turĢutmamağa çalıĢdım.
Nəhayət, bizi bu çətin vəziyyətdən qurtaran Brutus oldu. O,
həmin vaxt növbətçi masasının yanında durub Harri ilə Dinin kribbic
(kart oyunu) oynamasına tamaĢa edirdi. Persi də orda idi və Brutus
onu söhbətə qatmaq üçün etdiyi cəhdlərinin cavabında, sadəcə,
qaĢqabaqlı donqultudan baĢqa bir Ģey olmayacağını baĢa düĢərək
Delakruanın kamerasının önündə stul qoyub oturduğum yerə gəldi və
əllərini qoynunda çarpazlayıb söhbətimizə qulaq asmağa baĢladı.
– Bəs Mausvill necə, ona nə deyirsən? – deyə Brutus
Delakruanın evimin meĢədə olması səbəbilə təklifimi rədd etməsindən
sonra yaranmıĢ sükutu pozaraq söhbətimizə müdaxilə etdi. O, bu sualı
sakit bir tərzədə, elə belə, baĢqa bir təklif ortaya atırmıĢ kimi verdi.
– Mausvill? – Delakrua Brutusa həm maraq, həm də heyrətlə
baxaraq sualı təkrar etdi. – Hansı Mausvill?
– Bu, turistlər üçün Floridadakı bir attraksiondur, – deyə izah
etdi. – Məncə, Tallahassidə. Düz demirəmmi, Pol? Tallahassidə?
www.vivo-book.com
282
– Hə, – deyə bir an belə tərəddüd etmədən cavab verdim və
içimdə Allahdan Brutusu hifz eləməsini dilədim. – Hə, Tallahassidə,
düz deyirsən. Ġtlər Universitetindən sonra düz yolun üstündə. – Mənim
sözlərimi eĢidəndə, Brutusun dodaqları səyridi. Və mənə elə gəldi ki,
elə indicə o, uğunaraq hər Ģeyi korlayacaq. Lakin tez özünü ələ aldı və
baĢını yırğalayaraq mənimlə razılaĢdı. Təsəvvür etdim ki, Ġtlər
Universiteti dediyim üçün Brutus sonra mənim payımı necə verəcək.
Bu dəfə Del makaranı atmadı, baxmayaraq ki, Mister Cinqlz ön
pəncələrini havaya qaldırıb Delakruanın Ģap-Ģuplarının üstündə
dayanmıĢdı və növbəti dəfə makaranı qovmaq üçün fürsət gözləyirdi.
Balaca fransız aramsız olaraq nəzərlərini gah mənə, gah da Brutusa
çevirirdi.
– Bəs, Mausvilldə onlar nə ilə məĢğuldurlar? – deyə həyəcanla
soruĢdu.
– Sən necə fikirləĢirsən, onlar Mister Cinqlzı qəbul edərlərmi? –
Brutus Delakruanın sualını qulaqardına vuraraq məndən soruĢdu, elə
bil, Delin dediklərini heç eĢitməmiĢdi. – Səncə, Mister Cinqlzda onlara
lazım olan keyfiyyətlər varmı, Pol?
Mən özümü fikirli göstərməyə çalıĢdım.
– Bilirsənmi, – deyə nəhayət, sözə baĢladım. – Bu haqda
düĢündükcə, bu fikir mənim daha çox xoĢuma gəlir. – Gözümün ucu
ilə gördüm ki, Persi YaĢıl Mil ilə (Uortonun kamerasnıdan gen
keçərək) bizə tərəf yolun yarısını gəlib. O, bir çiyini ilə boĢ kameranın
www.vivo-book.com
283
barmaqlığına söykənərək üzündə həqarət dolu təbəssümlə bizə qulaq
asırdı.
– Bir mənə deyin görüm, “Mausvill” dediyiniz o Ģey nədir axı? –
Del bu dəfə səbrini basa bilməyərək böyük maraqla soruĢdu.
– Turistlər üçün bir növ attraksiondur, bunu sənə demiĢdim axı,
– deyə Brutus cavab verdi. – Orada, nə bilim axı, yəqin ki, yüzə yaxın
siçan olar. Sən necə düĢünürsən, Pol?
– Ġndi bəlkə də yüz əlli olar, – deyə onun sözünü təsdiqlədim. –
Son dərəcə populyardırlar. EĢitdiyimə görə, onlar birini də
Kaliforniyada açmaq və adını da “Mausvill Uest” qoymaq istəyirlər.
Odur ki, bu biznesin çiçəkləndiyinə Ģübhəm yoxdur. EĢitdiyimə görə,
təlim keçmiĢ siçanlara indi böyük maraq var, amma bunun səbəbini
baĢa düĢə bilmirəm.
Del əlində əlvan rəngli makara ilə oturub heyrətlə bizə baxırdı,
deyəsən, indi o, müvəqqəti də olsa, öz taleyini belə yaddan çıxarmıĢdı.
– Onlar yalnız ən ağıllı siçanları qəbul edirlər, – Brutus ciddi bir
görkəmlə xəbərdarlıq etdi. – Yalnız müxtəlif oyunlardan çıxa bilənləri,
fəndlər göstərən siçanları. Hə, onu da deyim ki, ağ siçanları
götürmürlər, çünki onlar mağazalarda satılır.
– Hə, onlar zoomağazada satılan siçanlardır, – deyə Delakrua
həyəcanla bağırdı. – Onları görən gözüm yoxdu.
– Hə, bir də onların... – Brutus sakitləĢmək bilmirdi, yəqin ki,
deyəcəklərini xəyalında canlandırdığından, onun gözləri yol çəkirdi, –
www.vivo-book.com
284
onların, necə deyim, bir cür çadırları da var, adamlar onun içinə
girirlər...
– Hə, hə! Sirkdə olduğu kimi! Ġçəri girmək üçün pul ödəmək də
lazımdımı?
– Sən məni ələ salmısan, nədir? Əlbəttə, içəri girmək üçün pul
ödəməlisən. Böyüklər üçün adambaĢına on sent, uĢaqlar üçün isə iki
sent. Ġçəridə bakelit qutularından və tualet kağızı rulonlarında
düzəldilmiĢ bütöv bir Ģəhər var və içəridə nə baĢ verdiyini insanların
görə bilməsi üçün binaların pəncərələrinin ĢüĢələri də jelatindən
hazırlanıb.
– Hə! Hə! – Delakrua eĢitdiklərindən vəcdə gəlmiĢdi. Sonra
mənə tərəf dönüb dedi: – Jelatin nədir?
– Sobanın qapısındakı ĢüĢə kimi, baxanda içərisi görünür, – deyə
cavab verdim.
– Əlbəttə, hə! O zibili deyirsən! BaĢa düĢdüm. – Söhbətinə
davam etməsi üçün o, Brutusa tərəf əlini yellədi. Delakrua əlini havada
yellədərkən, onun əlindəki makaranı gözdən itirməmək üçün Mister
Cinqlzın düyməyə oxĢayan yumru, qara gözləri az qaldı hədəqəsindən
çıxsın. Kənardan bu mənzərə çox gülməli görünürdü. Persi bir qədər
də yaxına gəldi, sanki nəyisə daha yaxĢı görmək istəyirdi. Onun
yaxınlaĢdığını görəndə Con Koffinin üz-gözünü turĢutması
nəzərimdən qaçmasa da, Brutusun təxəyyülündə canlandırıb bizə
danıĢdığı Ģeylər məni elə özünə çəkmiĢdi ki, Con Koffinin qaĢlarını
www.vivo-book.com
285
çatmasına heç bir əhəmiyyət vermədim. Ölümə məhkum edilmiĢ
birisinin istədiyi Ģeylərin deyilməsi yeni zirvələrə yüksəlmiĢdi və mən
Brutusun fantaziyasına heyran qalmıĢdım, inanın ki, səmimi sözümdü.
– Hə, – deyə Brutus sözünə davam etdi. – Həmin yer siçanlar
Ģəhərciyidir, lakin uĢaqların ən çox bəyəndiyi yer isə “Mausvillin
bütün ulduzları” adlı sirkdir. Burada siçanlar trapesiyalarda – iki ipdən
asılmıĢ ağacdan ibarət idman alətlərində – yellənir, kiçik çəlləkləri
diyirlədir və xırda pulları bir-birinin üstünə yığırlar...
– Hə, bax elə bizə lazım olan da budur! Mister Cinqlza lazım
olan yer elə budur! – Delakrua həyəcanlı Ģəkildə dedi. Onun gözləri
həyəcandan parıldayırdı, yanaqları isə azacıq qızarmıĢdı. Bir anlıq
mənə elə gəldi ki, Brutus Hovell, sadəcə, övliyadır. – Sən sirkdə çıxıĢ
edəcəksən, Mister Cinqlz! Floridada siçan Ģəhərində yaĢayacaqsan!
Jelatin pəncərəli evlərdə! Urra!
O, əlindəki makaranı bu dəfə daha zərblə atdı. Makara divarın
aĢağı hissəsinə zərblə çırpılandan sonra çox uzağa sıçrayaraq
kameranın qapısının dəmir barmaqlığının arasından YaĢıl Milə
diyirləndi. Bunu görən Mister Cinqlz dərhal onun arxasınca Ģığıdı.
Persi də bunun əla bir fürsət olduğunu baĢa düĢmüĢdü.
– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona
əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki,
– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin
yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı
www.vivo-book.com
286
ilə siçanın üstünə basdı. Mister Cinqlzın onurğa sümüyünün Ģaqqıltı
ilə necə sındığı aydınca eĢidildi, onun ağzından qan axmağa baĢladı.
Siçanın balaca, qara gözləri hədəqəsindən çıxmıĢdı. Mən onun
gözlərində insanlara xas olan təəccüb və iztirab ifadəsini gördüm.
Delakrua dəhĢət və kədərdən dəli kimi bağırdı. O özünü kameranın
qapısına atıb əllərini barmaqlığın arasından saldı, mümkün olduqca
irəli uzadaraq siçanı təkrar-təkrar adı ilə çağırmağa baĢladı.
Persi müzəffər bir görkəmlə əvvəlcə Delakruaya, sonra isə bizə
tərəf dönərək gülümsədi.
– Bax belə! – dedi. – Bilirdim ki, gec, ya tez o mənim əlimə
düĢəcək. Bu, sadəcə, vaxt məsələsi idi. – O bizə arxasını çevirdi və
qanına qəltan olmuĢ Mister Cinqlzı linoliumun üstündə balaca qan
gölməçəsində tərk edərək tələsmədən YaĢıl Mil ilə uzaqlaĢdı.
Dördüncü Hissə
Eduard Delakruanın
Dəhşətli Ölümü
www.vivo-book.com
287
1
Bütün bu yazdıqlarımdan əlavə, Corciya Paynzda yaĢamağa
baĢladığım gündən etibarən balaca bir gündəlik də tuturdum – vacib
bir Ģey deyildi, gündə bir-iki paraqraf yazırdım, özü də çox vaxt
havadan-sudan – və dünən axĢam gündəlikdə yazdıqlarımı gözdən
keçirdim. Bilmək istəyirdim ki, nəvələrim Kristofer ilə Daniella məni
Corciya Paynza köçməyə, müəyyən mənada, məcbur edəndən sonra nə
qədər vaxt keçib. “Bu sənin öz xeyrin üçündür, baba”, – deyə onlar
iddia edirdilər. Gəzən və danıĢan problemlərindən xilas olmaq imkanı
yarandığını anladıqları an, əslində, hamı belə edir. Onlar da belə
etmiĢdilər.
Bu, təxminən iki ildən bir qədər əvvəl baĢ vermiĢdi. Qəribə
burasıdır ki, bunun iki il, ya da bundan uzun və ya qısa müddət əvvəl
olduğunu dəqiq bilmirəm. Zaman hissiyyatım elə bil əriyir, lap elə
uĢaqların qıĢda düzəltdikləri qar adamın yanvar istiləĢməsində əridiyi
kimi. Sanki zaman özünün ilkin mənasında – ġərq Standart Zaman
QurĢağı, iĢıqlı vaxtdan səmərəli istifadə edilməsi üçün yazda saatların
irəli çəkilməsi, insanın iĢ saatı – daha mövcud deyil. Burada yalnız
www.vivo-book.com
288
Corciya Paynz zamanı mövcuddur – Qoca Adam Zamanı, Qoca
Xanım Zamanı və Yatağa ĠĢəmə Zamanı. Qalan... hər Ģey yox olub
gedib.
Bura lənətli və çox təhlükəli yerdir. Əvvəlcə, bunu baĢa
düĢmürsən; əvvəlcə, sənə elə gəlir ki, bura, sadəcə, darıxdırıcı bir
yerdir, vəssalam. Buradakı təhlükə isə uĢaq baxçasında yuxu saatı
zamanı olduğundan daha böyük deyil. Bununla belə, bura təhlükəli
yerdir, buna Ģübhəniz olmasın. Mən bura gələndən sonra bir çoxlarının
qocalıq xəstəliyinə qapıldığının Ģahidi olmuĢam. Bu adamların bəziləri
sadəcə bu xəstəliyə qapılmırlar, onlar xəstəliyə qəzaya uğramıĢ sualtı
qayıq kimi sürətlə batırdılar. Onlar buraya gələndə əksəriyyətinin
vəziyyəti, demək olar ki, qaydasında olur – sönük gözlər, əllərində əsa,
bəlkə bir az zəifləmiĢ sidik kisəsi... amma qalan bütün Ģeylər yerində.
Sonra onlarda nəsə baĢ verir. Bir ay sonra onlar sadəcə televizor
otağında oturub laqeyd gözlərini ekrana zilləyərək seriallara baxırlar,
bu zaman alt çənələrinin sallanmasından və əllərindəki portağal Ģirəsi
olan ĢüĢənin əyilərək axmasından xəbərlər tutmurlar. Daha bir ay
keçəndən sonra yoluxmağa gələn uĢaqlarının adlarını onların yadlarına
salmaq lazım gəlir. Bir ay da keçir və onlara artıq öz adlarını
xatırlatmağa məcbur olursan. Onlara burada nəsə olur, buna əminəm:
onlar Corciya Paynz zamanına uğrayırlar. Zaman burada zəif turĢuya
bənzəyir. O, əvvəlcə, sizin yaddaĢınızı silib təmizləyir, sonra da
yaĢamaq arzunuzu.
www.vivo-book.com
289
Bununla mübarizə aparmağa məcbursan. Xüsusi dostum Eleyn
Konnolliyə də elə məhz bunu demiĢdim. Mən 1932-ci ildə, yəni Con
Koffinin YaĢıl Milə gəldiyi ildə baĢ verənləri yazmağa baĢlayanda
vəziyyətim bir qədər yaxĢılaĢdı. Bu xatirələrin bəziləri acı olsa da,
onların yaddaĢımı və Ģüurumu, bıçaq karandaĢı yonub itilədiyi kimi,
necə itiləĢdirildiyini hiss edirəm. Bu da mənim çəkdiyim ağrı-acıya
məna və dəyər verir. Lakin təkcə yaddaĢ və yazmaqla iĢ bitmir. Mənim
yıpranmıĢ və qocalmıĢ da olsa, bir bədənim var. Nə qədər çətin də
olsa, bacardığım qədər məĢq edərək, onu formada saxlamağa
çalıĢıram. Əvvəlcə çox çətinlik çəkirdim – mənim kimi qəribə
adamlar, sadəcə, məĢq etmək xatirinə məĢq etmək lazım gələndə, o
qədər də həvəsli olmurlar, – amma indi hər Ģey daha asandır, çünki
çıxdığım gəzintilərin məqsədi var.
Gün ərzindəki ilk gəzintimə səhər yeməyindən bir xeyli əvvəl
çıxıram – hələ dan yeri ağarmamıĢ. Həmin səhər yağıĢ yağırdı və
nəmiĢliyi hiss edən oynaqlarım sızıldamağa baĢlamıĢdı, lakin bu
ağrılara fikir vermədən mətbəx qapısının yanındakı asılqandan
ponçomu – çiyinə atılan yağmurluğumu – götürüb bayıra çıxdım. Əgər
bir adamın gündəlik edəcəyi bir iĢ varsa, o, ağrı-acısına məhəl
qoymadan onu yerinə yetirməlidir. Bunun müsbət tərəfləri də var, ən
əsası da Corciya Paynz Zamanına qarĢı Real Zaman hissini qorumağa
yardım etməsidir. Oynaqlarım ağrıdı-ağrımadı, mənim yağıĢdan
www.vivo-book.com
290
xoĢum gəlir. Xüsusilə də səhər vaxtı – hətta mənim kimi yıpranmıĢ bir
qoca üçün də gözəl imkanlar vəd edən yeni bir gün baĢlayarkən.
Gəzintiyə çıxmazdan əvvəl mətbəxdən keçib gözləri hələ də
yuxulu olan aĢpazların birindən iki tikə qızardılmıĢ çörək istədim və
sonra bayıra çıxdım. Mən kroket meydançasından, sonra isə ətrafını
alaq otları basmıĢ balaca qolf oyuğunun yanından keçdim. Meydança
bitəndən sonra balaca meĢə baĢlayırdı, qarĢıda tərk edilmiĢ və yavaĢ-
yavaĢ dağılmaqda olan iki sarayın arasından burularaq meĢənin içinə
dar bir cığır gedirdi. Mən yağıĢ damcılarının Ģam ağaclarına çırpılaraq
çıxardığı qulaq oxĢayan səsini dinləyə-dinləyə və əlimdəki qızarmıĢ
çörəklərdən birini ağzımda qalmıĢ bir-iki diĢimlə çeynəyə-çeynəyə bu
cığırla irəlilədim. Ayaqlarım sızıldayırdı, amma bu ağrı elə də Ģiddətli
olmadığından, dözmək mümkün idi. Bu ağrıları nəzərə almasaq,
ümumiyyətlə, özünü yaxĢı hiss edirdim. Mən nəmli havanı, mümkün
olduqca, ciyərlərimin dərinliyinə çəkir və onu qida kimi qəbul edirdim.
Yolumun üstündəki köhnə saraylardan ikincisinə çatanda qısa
müddətə onun iĢçinə girdim və öz balaca ehtiyacımı ödədim.
Təxminən iyirmi dəqiqədən sonra cığırla geri qayıdanda qarnımda baĢ
qaldırmıĢ aclıq qurdunun tərpəniĢlərini hiss etməyə baĢlamıĢdım.
DüĢündüm ki, qızardılmıĢ çörəkdən daha tutumlu bir Ģey yemək pis
olmazdı. Bəlkə, bir boĢqab yulaf sıyığı, ya da yanında sosiska ilə
qayğanaq. Sosiskanı xoĢlayıram, həmiĢə xoĢlamıĢam, lakin indi bir
dənədən artıq yesəm, mədəm pozulur. Lakin birini yesəm, heç nə
|