Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Diş əti çəkilməsi nahiyəsinə qonşu olan interdental məməciyin açıq diş



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə152/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   ...   148   149   150   151   152   153   154   155   ...   186
2020-03-16 12-28-22

1135) Diş əti çəkilməsi nahiyəsinə qonşu olan interdental məməciyin açıq diş 
kökü səthi üzərinə yönləndirilməsi ilə örtülmə hansı metodla təmin edilir? 
A) Epitelial diş əti toxuma transplantları 
B) Taca istiqamətləniş dilim 
C) Subepitelial diş əti toxuma transplantları 
D) Apikala istiqamətləniş dilim 
E) Cüt papilyar dilim 
1136) Aypara şəkilli istiqamətlənmiş dilim hansı metodunun əsas 
modifikasiyasıdır? 


A) Taca istiqamətləniş dilim 
B) Epitelial diş əti toxuma transplantatı 
C) Yana istiqamətləniş dilim 
D) Cüt papilyar dilim 
E) Subepitelial diş əti toxuma transplantatı 
1137) Diş əti çəkilmələrini ortadan qaldırmaq üçün hansı müasir parodontoloji 
cərrahiyyə metodu istifadə olunmaz? 
A) Apikala istiqamətləniş dilim 
B) Cüt papilyar dilim 
C) Taca istiqamətləniş dilim 
D) Subepitelial diş əti toxuma transplantları 
E) Epitelial diş əti toxuma transplantları 
1138) İlərləmiş diş əti çəkilmələrinin müalicəsində yüksək dərəcədə kök 
örtülməsinin təmini və əhəmiyyətli dərəcədə keratinləşmiş toxumanın artımı 
üçün hansı metodun istifadəsi ilk tövsiyə olunmalıdır? 
A) Subepitelial diş əti toxuma transplantları 
B) Taca istiqamətləniş dilim 
C) Taca istiqamətləniş aypara şəkilli dilim 
D) Tunelləmə 
E) Apikala istiqamətləniş dilim 
1139) Diş əti hansı qalınlığı olduqda qalın biotip hesab olunur? 
A) 0, 1 - 0, 3 mm aralığında 
B) 2 mm və ya artıq 
C) 1, 0 - 1, 5 mm aralığında 
D) 0, 5 mm və ya artıq 
E) 0, 5 - 1, 0 mm aralığında 
1140) Diş kökünün örtülmə prognozunun daha yüksək olması üçün optimal diş 
əti qalınlığı nə qədər olmalıdır? 
A) 0, 8 - 1, 2 mm aralığında 
B) 0, 4 - 0, 7 mm aralığında 
C) 0, 3 - 0, 5 mm aralığında 
D) Diş əti qalınlığının diş kökünün örtülməsinə heç bir təsiri yoxdur 
E) 0, 1 - 0, 2 mm aralığında 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin