403) Stomalgiyanın əmələ gəlməsinə nə səbəb olur? A) Siqaret çəkmək
B) İmmunodefisit
C) Alkoqol qəbulu
D) Antibiotiklərin qəbulu
E) Psixi travma
404) Üzün aşağı şöbəsinin hündürlüyünün azalması nəyə səbəb ola bilər? A) Udqunmanın ağrılı olmasına
B) Dil-udlaq sinirinin zədələnməsinə
C) Dilin tez-tez dişlənməsinə
D) Tələffüzün pozulmasına
E) «Chorda tympani»–nin əzilməsinə
405) Dildə, alt dodaqda və sərt damaqda eyni zamanda baş verən yanğı hissiyatı necə adlanır? A) Nevrit
B) Üçlü sinirin nevralgiyası
C) Stomalgiya
D) Melkerson-Rozental sindromu
E) Qlossalgiya
406) Stomalgiyaya hansı yaş qrupunda daha çox təsadüf edilir? A) 20-25
B) 25-30
C) 30-40
D) 50-60
E) 15-20
407) Üçlü sinir nevralgiyasının xarakterik əlamətləri hansılardır? A) Ağızın selikli qişasında çoxlu ağ ərpin toplanması
B) Ağız boşluğunda olan göynəmənin qida qəbulu zamanı itməsi
C) Dilin bir yarısının keyləşməsi
D) Dildə olan daimi ağrıların qida qəbulu zamanı güclənməsi
E) Qəflətən irradiasiya edən ağrıların əmələ gəlməsi
408) Qlossalgiya zamanı dil sinirinin blokadası hansı preparatlarla aparılır? A) Lidokain və fermentlərlə
B) B1 vitamini və lidokainlə
C) Askorbin turşusu və lidokainlə
D) Lidokain və kortikosteroidlərlə
E) Kalsium xlorid və lidokainlə
409) Dilin palpasiyası hansı halda ağrılı olur?
A) Deskvamativ qlossitdə
B) «Tüklü-qara» dildə
C) Büküşlü dildə
D) Rombvari qlossitdə
E) Dilin absesi zamanı
410) Bouen xəstəliyi zamanı epitelidə hansı patoloji proses baş verir? A) Diskeratoz
B) Papillamatoz
C) Degenerasiya
D) Parakeratoz
E) Akantoz