480) Metal – keramik diş protezlərinin (körpü, qapaq) əsas mənfi cəhətləri
hansıdır?
A) Dişlərin çox yonulması
B) Optimal estetik xüsusiyyətləri
C) Antiseptik xüsusiyyətlərə malik olması
D) Materialın bərkliyi
E) Orqanizm üçün zərərli olması
481) Yüksək temperaturda bişən farfor əsasən hansı məqsədlər üçün istifadə
olunur?
A) Protez növləri üçün
B) Vinirlər üçün
C)
Taxmalar üçün
D) Çıxan protezlərə süni diş hazırlamaq üçün
E) Qapaq üçün
482) Təbii rəng almaq və estetik effektə nail olmaq məqsədilə farfora nə qatılır?
A) Kvars
B) Çöl – şpatı
C)
Kaolin
D) Kalsium – karbonat
E) Rəngli piqmentlər
483) Ərimə temperaturunu aşağı salmaq məqsədilə farforun tərkibinə nə qatılır?
A) Kvars
B)
Rəngləyici piqmentlər
C) Titan – oksid, xrom - oksid
D) Çöl – şpatı
E) Kalsium – karbonat, natrium – karbonat (Flyus)
484) Diş yonmanın keyfiyyətinə aşağıdakılardan hansı təsir etmir?
A) Diş toxumasının səthi
B) Həkimin əlcəksiz işləməsi
C) Fırlanma sürəti
D)
Sudan istifadə edilməsi
E) Bornun tipi
485) Dişi qapaq altına yonmaq üçün proses hansı borla başlanılır?
A) Silindrik bor
B) Şar (kürəvi) bor
C)
Marker bor
D) Əks konus bor
E) Çarxvari bor
Dostları ilə paylaş: