1131) Hansı amillər diş əti çəkilməsinin etiolojik səbəbi olaraq sayılmır?
A) Ağız boşluğunda uyğunlaşdırılmamış çıxan protez
B) Dişlərin yumuşaq fırçalanması
C) Diş cərgəsində dişlərin anormal düzülüşü
D) Dişlərin sərt fırçalanması
E) Diş ətindəki yerli travmalar
1132) Yana istiqamətlənmiş dilim metodu hansı hallarda məqsədə uyğun
sayılmaz?
A) Donor sahədə kifayət qədər ağız dəhlizi dərinliyi varlığında
B) Təksaylı diş əti çəkilmələrinin örtülməsində
C) Donor sahədə diş əti biotipinin qalın olması
D) Donor sahədə kifayət qədər keratinləşmiş diş əti miqdarı varlığında
E) Çoxsaylı diş əti çəkilmələrinin örtülməsində
1133) Cərrahi metod seçilən zaman hansı amillər əhəmiyyətli deyil?
A) Xəstənin yaşı
B) Diş kökünün açılmasının genişliyi
C) Çəkilmə nahiyələrindəki keratinləşmiş toxumanın qalınlığı
D) Diş kökünün açılmasının dərinliyi
E) Dişlərdəki diş əti çəkilmələrinin sayı
1134) Diş əti çəkilmələrinin cərrahi müalicəsi üçün istifadə olunan müasir
parodontoloji plastik cərrahiyyə metodlarının məqsədlərindən sayılmır?
A) Yaranan estetik qüsurların ortadan qaldırması
B) Yumşaq toxumanın tam inteqrasiyasının əldə olunması
C) Hiperhəssaslığın ortadan qaldırması
D) Cərrahiyyə nəticəsində çapıq toxumasının yaranması
E) Diş kökünün tam örtülməsi
Dostları ilə paylaş: