Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Damaq torusu həddindən artıq izolə edilərsə



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə171/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   ...   167   168   169   170   171   172   173   174   ...   186
2020-03-16 12-28-22

1267) Damaq torusu həddindən artıq izolə edilərsə: 
A) Damağın selikli qişası bulanıq görünər və burada papillomatoz baş verər 
B) Damağın selikli qişasında atrofik proses baş verir 
C) Tappeyner leykoplakiyası əmələ gəlir 
D) Selikli qişanın hiperemiyası və papilomatoz əmələ gəlir 
E) Varikoz leykoplakiya əmələ gələr 
1268) Protezin bazisi uzadılarsa, qısaldılarsa və yaxud kənarı nazikləçdirilərsə 
nə yaranır? 
A) Protezin pis fiksasiyası 
B) Protezin öz yatağında oynaması 
C) Selikli qişanın daimi travması və müntəzəm olaraq protezin korreksiyası 
D) Aşağı çənədə protezin arxaya sürüşməsi 
E) Yuxarı çənədə protezin ön tərəfə sürüşməsi 
1269) Protezin yatağında əsməsi, oynaması nə ilə nəticələnir? 
A) Erroziya və ekskoriasiyaların əmələ gəlməsi ilə 
B) Keçid pərdəsi nahiyəsində papillomatozun əmələ gəlməsi ilə 
C) Protezin ön hissəsində çatların əmələ gəlməsi ilə 
D) Protezin pis fiksə edilməsi ilə 
E) Selikli qişanın daimi travmatik zədələnməsi və təkrar korreksiyaların aparılması 
ilə 
1270) Protezin bazisinin içəri səthi relyefinin pozulması nə ilə əlaqədardır? 
A) Modelin deformasiyası ilə 
B) Üzün aşağı hissəsinin hündürlüyünün düzgün təyin edilməməsi ilə 
C) Qeyri - qənatbəxş ölçü və modelin vaxtında alınmaması ilə 
D) Mərkəzi okklüziyanın düzgün təyin edilməməsi ilə 
E) Diş sıralarının düzgün hazırlanmaması ilə 
1271) Protezin təhvilində sonra nitqin pozulması zamanı aparılan əməliyyat: 
A) Bir həftə ərzində qəzet və jurnalların yüksəkdən oxunması 
B) Birinci üç gün ərzində karamelin sümürülməsi 
C) Bir həftə ərzində karamelin sümürülməsi 
D) Yuxarı protezin ön dişlər nahiyyəsində korreksiyanın aparılması, məşqedici 
tədbirlərin həyata keçirilməsi 
E) Protez bazisinin qalınlığının azaldılması 
1272) Protezin təhvilindən sonra öyümə refleksi yaranarsa: 
A) Soyuq qidalardan istifadə edilməsi 
B) Yeni protezin düzəldilməsi 
C) Protezin arxa hissəsinin qısaldılması; protez bazisinin qalınlığının azaldılması 
D) Yumşaq damağın keyləşdirilməsi 


E) Bir həftə ərzində gecə yatarkən protezin ağız boşluğundan çıxarılmaması 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin