362) Vulqar pemfiqusun kəskin dövründə həkim-stomatoloqun taktikası necə olmalıdır? A) Kortikosteroidlər təyin etməlidir
B) Zədə zonasını kriodestruksiya etməlidir
C) Həkim-dermatoloqa müraciət etməlidir
D) Ağız boşluğunun sanasiyasını aparmalıdır
E) Onkoloqa müraciət etməlidir
363) Çoxformalı ekssudativ eritema hansı xəstəliklər qrupuna aiddir? A) Qovuqlu dermatozlar
B) Virus xəstəlikləri
C) İnfeksion xəstəliklər
D) Xərçəngönü xəstəliklər
E) Travmatik zədələnmələr
364) Çoxformalı ekssudativ eritemaya daha çox kimlər arasında təsadüf edilir? A) Yaşlılar və yenidoğulmuşlar
B) Yenidoğulmuşlar
C) Klamakterik dövrdə olan qadınlar
D) Uşaqlar və yaşlılar
E) Gənc və orta yaşlılar
365) Çoxformalı ekssudativ eritema zamanı nə zədələnir? A) Dəri və selikli qişa
B) Əzələlər
C) Piy toxuması
D) Sümük toxuması
E) Oynaqlar
366) Çoxformalı ekssudativ eritemanın ağır forması necə adlanır? A) Stivens-Jonson sindromu
B) Behçet sindromu
C) Melkerson-Rozental sindromu
D) Şeqren sindromu
E) Layel sindromu
367) Xroniki dodaq çatlarına daha çox kimlərdə təsadüf edilir? A) Yeniyetmələrdə
B) Kişilərdə
C) Qadınlarda
D) Uşaqlarda
E) Yenidoğulmuşlarda
368) Çoxformalı ekssudativ eritemanın gedişinin xarakteri xəstəliyin davam etmə müddətindən asılıdırmı? A) Bəli, zaman keçdikcə xəstəliyin simptomları ağırlaşır
B) Xeyr, xəstəliyin gedişi monoton olaraq qalır
C) Bəli, zaman keçdikcə xəstəliyin gedişi yüngülləşir
D) Bəli, zaman keçdikcə xəstəlik xərçəngə çevrilir
E) Bəli, zaman keçdikcə xəstəlik permanent gediş alır
369) Xroniki dodaq çatlarının remissiyası adətən nə vaxt baş verir? A) Yazda