Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Atopik xeylitin başlanğıcı hansı dövrə təsadüf edir?



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə51/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   ...   47   48   49   50   51   52   53   54   ...   186
2020-03-16 12-28-22

379) Atopik xeylitin başlanğıcı hansı dövrə təsadüf edir?
A) Gənclik dövrünə 
B) Klimakterik dövrə 
C) Ahıl yaşlara 
D) Uşaqlıq dövrünə 
E) Yetkinlik dövrünə 
380) Melkerson-Rozental sindromu hansı triadanı özündə birləşdirir?
A) Üz sinirinin iflici, makroxeylit, büküşlü dil 
B) Üz sinirinin iflici, makroxeylit, deskvamativ qlossit 
C) Dil sinirinin iflici, qlandulyar xeylit, deskvamativ qlossit 
D) Üz sinirinin iflici, qlandulyar xeylit, büküşlü dil 
E) Dil sinirinin iflici, makroxeylit, büküşlü dil 
381) Melkerson-Rozental sindromu zamanı baş verən makroxeylit nə qədər 
davam edir?
A) Bir neçə dəqiqə 
B) Bir neçə gün 
C) Bir neçə il 
D) Bir neçə ay 
E) Bir neçə saat 
382) Aktinik xeylitin əmələ gəlməsinə nə səbəb olur?
A) İmmunodefisit vəziyyət 
B) Günəş işığına olan həssaslıq 
C) Kimyəvi travma 
D) Pomadalara olan allergiya 
E) Mexaniki travma 
383) Dildə hansı məməciklər mövcuddur?
A) Sapvari, göbələyəbənzər , yarpağabənzər,iynəvari 
B) Göbələyəbənzər, yarpağabənzər və güləbənzər 
C) Sapvari, iynəvari və göbələyəbənzər 
D) Sapvari, göbələyəbənzər, yarpağabənzər, yastıqvari,novşəkilli 
E) Göbələyəbənzər, armudabənzər və yarpağabənzər 
384) Deskvamativ qlossit xəstəliyini başqa cür necə adlandırırlar?


A) «Tüklü» dil 
B) Dilin depapilyasiyası 
C) Rombvari qlossit 
D) «Coğrafi» dil 
E) «Laklanmış» dil 
385) Qıcıqlandırıcı qidanın qəbulu deskvamativ qlossit zamanı dildə baş verən 
ağrılara necə təsir göstərir?
A) Aradan qaldırır 
B) Zəiflədir 
C) Əvvəlcə itir, 1 saatdan sonra güclənir 
D) Gücləndirir 
E) Dəyişmir 
386) «Büküşlü» dil xəstəliyi başqa cür necə adlanır ?
A) «Coğrafi» dil 
B) «Qısalmış» dil 
C) «Tüklü» dil 
D) Deskvamativ qlossit 
E) Rombvari qlossit 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin