Periodontit. Endodontiya
95) Aşağı çənədə periodontal yarığın eni nə qədərdir?
A) 0,3-0,4 mm
B) 0,8-1,0 mm
C) 0,5-0,7 mm
D) 0,05-0,1 mm
E) 0,15-0,22 mm
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
96) Yuxarı çənədə periodontal yarığın eni nə qədərdir?
A) 0,1-0,2 mm
B) 0,20-0,25 mm
C) 0,8-1 mm
D) 0,5-0,7 mm
E) 0,3-0,4 mm
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
97) Karioz boşluğun diş boşluğu ilə əlaqəsi hansı periodontit üçün xarakterikdir?
A) Yarım-kəskin
B) Xroniki
C) Xroniki periodontitin kəskinləşməsi
D) Kəskin irinli
E) Kəskin
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
98) Xroniki periodontitin destruktiv formalarında sümük toxumasının baş verən dəyişikliklərin bərpasının minimal müddəti nə qədərdir?
A) 1-2 ay
B) 6-9 ay
C) 18-24 ay
D) 12-18 ay
E) 2-6 ay
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
99) Periodontitlər zamanı kök kanallarının proteolitik fermentlərlə yuyulması nə məqsəd daşıyır?
A) Kanalların doldurulmasını asanlaşdırmaq
B) Kanalları genişləndirmək
C) Periapikal nahiyyədə iltihab ocağına təsir etmək
D) Mikrokanallardakı patogen floraya təsir etmək
E) Pulpanın qalıqlarını əritmək
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
100) Plomblamadan qabaq kök kanalının plomblamaya hazırlanmasında hansı alətdən istifadə edirlər?
A) Plaqqerdən
B) Kök iynəsindən
C) Şarvari bordan
D) Hedstromdan
E) Kanal doldurucudan
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
101) Rentgenoqrafik apeksdən fizioloji zirvə dəliyinə kimi təxmini məsafə nə qədərdir?
A) 4-5 mm
B) 3-4 mm
C) 2-3 mm
D) 0,5-1 mm
E) 0,1-0,5 mm
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
102) Lateral kondensasiya üsulu ilə kök kanallarının plomblanmasında hansı sayda huttaperça ştiftindən istifadə olunur?
A) Bir
B) Bir-iki
C) İki-üç
D) Dörd-beş
E) Kök kanalının tam doldurulmasına lazım olan sayda
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |